Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyadan həyəcan siqnalı: Tramp Avropanı dağıdır?


Politoloq Nəsimi Məmmədli: “ABŞ-Almaniya münasibətlərindəki etimadsızlıq Obama Administrasiyasının dönəmində daha qabarıq üzə çıxsa da, görünən budur ki, Trampın prezidentlik dönəmində də gərginlik olacaq”


“Trampın Çin, Rusiya və Orta Şərq siyasəti yeni təlatümlər, mürəkkəb münasibətlər sistemi yarada bilər”.

Bu sözləri politoloq Nəsimi Məmmədli  Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin Trampla bağlı fikirlərinə münasiət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer belə bir fikir irəli sürüb ki, Tramp Avropanı və Avropa dəyərlərini dağıtmaq üçün gəlib. Almaniyanın xarici işlər nazirinin həyacan siqnalı kimi dəyərləndiriləb bu fikiri Avropanın bir çox siyasətçiləri də paylaşırlar. Xüsusilə Trampın beynəlxalq ticarəti darmadağın edəcək bir sıra addımlar atmağa hazırlaşması Avropa siyasətçilərini ciddi şəkildə düşündürməkdədir. 

Qeyd edək ki, Tramp vəzifəsinə başladıqdan həmən sonra ABŞ-ın Trans-Sakit okean Əməkdaşlığından (TPP) çıxması ilə bağlı fərman imzalayıb. Bu saziş hələ ki, ABŞ Konqresi tərəfindən ratifikasiya olunmadığı üçün fərman qüvvəyə minib və faktiki olaraq, Trans-Sakit okean Əməkdaşlığı (TPP) buraxlıb. Həmçinin Trampın 1994-cü ildən tətbiq olunan Şimali Amerika ölkələri Sərbəst Ticarət Anlaşmasından da (NAFTA) çıxması gözlənilir. Həmçinin Tramp davamlı olaraq Avropa ilə hərbi, siyasi və iqtisadi münasibətlərə yenidən baxacağını hər fürsətdə vurğulayır. Trampın həmçinin Avropa Birliyində mərkəzdən qaçan qüvvələri dəstəkləyəcəyi də ehtimal olunur.

Doğurdanmı, güclü və yekdil Avropanın varlığı Tramp adminstrasiyasının maraqları xaricindədir və Almaniyanın xarici işlər naziri haqlıdır? Əgər Ştaynmayer haqlıdırsa, onda Respublikaçılar hansı səbəblərə əsaslanaraq ABŞ-ın əsas və təbii müttəfiqi rolunda çıxış edən Avropanı parçalayıb zəiflətməyə can atırlar?

Bu mövzunu PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədli ilə müzakirə edib.

Image result for nəsimi məmmədli politoloq

Nəsimi Məmmədli: “Avropada öz əvvəlki siyasi-iqtisadi əhəmiyyətini tədricən itirən ABŞ anlayır ki, onun üçün ən etibarlı təsir vasitəsi hərbi ittifaqdır”.


ABŞ üçün əvvəllər mövcud olan təbii müttəfiqlik anlayışının indiki zamanda mahiyyətini çox dəyişdiyini vurğulayan politoloq Nəsimi Məmmədliyə görə, Trampın prezidentlik müddətində ABŞ-Almaniya münasibətlərindəki etinadsızlıq davam edəcək:

ABŞ-Almaniya münasibətlərini incələyərkən mütləq Avropanın son yüz illik tarixinə nəzər salmaq lazımdır. Həm Birinci, həm də İkinci Dünya müharibələrinin ən ağır və dağıdıcı zərbəsini Avropa yaşayıb. İtkilərin və dağıntıların miqyası elə böyük olub ki, hətta bir müddət Avropada normal həyatı bərpa etməyin mümkün olmayacağı təsəvvürü də hakim olub. 
İkinci Dünya müharibəsindən sonra Avropanın birlikdə sülh şəraitində yaşaması ilə bağlı çoxsaylı təşəbbüslər nəhayət, 50-ci illərdə özünün təsdiqini tapdı və Avropa ölkələrinin birliyinin təməli qoyuldu. Avropa xalqları sülh şəraitində birgə yaşayışın prinsiplərini müəyyən edərək öz siyasi sistemlərini buna uyğun formalaşdırmağa başladılar.  Faktiki olaraq, İkinci Dünya müharibəsindən qətiyyən zərər görməyən ABŞ Avropanın yenidən sosial, siyasi, iqtisadi və hərbi quruculuğunda əsas tərəfdaş oldu və Avropanın ən yaxın müttəfiqi rolunda çıxış etməyə başladı. Avropanı yenidən ayağa qaldırmaq ABŞ üçün əsas strateji məsələyə çevrildi.

“Soyuq müharibə” dönəmində ABŞ-Avropa münasibətləri çox yüksək səviyyəyə çatsa da, bu strateji münasibətlər sistemi SSRİ-nin dağılmasından sonra yeni məzmun almağa başladı. 1990-cı ildə Almaniyanın birləşməsi ilə Avropa yeni dönəmə qədəm qoydu. Sürətlə öz dəyərlərini formalaşdıraraq qonşularına da könüllü yaymağa nail olan AB 1998-ci ildə qəbul etdiyi yeni hüquqi-siyasi müqavilələrlə həm də tədricən ABŞ-ın əhəmiyyətini bu siyasi coğrafiyada azaltdı. Təsadüfi deyil ki, AB-nin yürütdüyü müstəqil siyasət tez-tez ABŞ-la arasında fikir ayrılıqları ilə müşayət olunur.  

Avropada öz əvvəlki siyasi-iqtisadi əhəmiyyətini tədricən itirən ABŞ anlayır ki, onun üçün ən etibarlı təsir vasitəsi hərbi ittifaqdır. Təsadüfi deyil ki, məhz NATO-nun mövcudluğunu şərtləndirən hərbi-siyasi amillərin davam etməsi ABŞ-ın indiyədək sərgilədiyi xarici siyasətində əsas öncəlik təşkil edir. Zəif Rusiyanı özü üçün təhlükə saymayan AB-nin sürətlə öz dəyərlərini qonşu ölkələrə yayaraq yeni münasibətlər sistemi formalaşdırması ABŞ-ın dünya siyasətindəki hegomonluğuna kölgə salırdı. Neft qiymətlərinin sürətlə yüksəlməsi ilə Rusiyanın yenidən güclənərək Avropa üçün təhlükəyə çevrilməsi çox güman ki, təsadüfən baş vermiş təbii proses deyildi.  

Nəsimi Məmmədli: “Trampın ABŞ-ın maraqları baxımından həyata keçirmək istədiyi siyasət AB ilə münasibətlərə təsirsiz ötüşməyəcək”.


Rusiyanın güclənməsi ABŞ-ın Avropada əvvəlki təsirlərini artırmaqla yanaşı, həm də bütövlükdə beynəlxalq strateji maraqlarına da ciddi zərbə vurmağa başladı. Məhz bu kimi mənfi təsirlərə görə ABŞ tərəfindən neftin qiymətlərinin sürətlə aşağı salınmasına hesablanan siyasət yürüdüldü. Rusiyanın və müttəfiqlərinin içərisində olduğu nəhəng sosial-iqtisadi böhranın nəzərəçarpacaq siyasi nəticələr doğuranadək davam edəcəyi də şübhəsizdir. Habelə ABŞ-ın “Orta Şərq” siyasəti nəticəsində yaranmış siyasi böhran da AB və Rusiya üşün əlavə problemlər yaradır.  

Dünya siyasətin konyukturasını incələsək, Almaniya-ABŞ münasibətlərinə ayrıca məsələ kimi baxılması doğru olmaz. Bu münasibətlər əsasən vahid Avropa siyasəti ilə bağlıdır. ABŞ-Almaniya münasibətlərindəki etimadsızlıq Obama Administrasiyasının dönəmində daha qabarıq üzə çıxsa da, görünən budur ki, Trampın prezidentlik dönəmində də gərginlik olacaq. Xüsusilə də Angela Merkelin ABŞ tərəfindən dinlənilməsi ilə yaranan qalmaqal bu münasibətlərə xeyli etimadsızlıq gətirib. Trampın ABŞ-ın maraqları baxımından həyata keçirmək istədiyi siyasət də AB ilə münasibətlərə təsirsiz ötüşməyəcək. 

Bir məsələni də diqqətdən qaçırmamalıyıq ki, Avropada əsas söz və güc sahibi Almaniyadır. İndi demək olar ki, müasir Almaniyaya əksər Avropa xalqları şübhə və qorxu ilə yanaşmır. Əksinə daha çox etimad göstərilir. Bu psixoloji amil Almaniyanı Avrpoanın təbii liderinə çevirməkdədir. Görünən budur ki, Trampın Çin, Rusiya və Orta Şərq siyasəti yeni təlatümlər, mürəkkəb münasibətlər sistemi yarada bilər. Hətta Avropanın yenidən sosial-iqtisadi böhrana sürüklənməsini də istisna etmək olmaz. Həm də artıq ABŞ üçün əvvəllər mövcud olan təbii müttəfiqlik anlayışı indi mahiyyətini xeyli dəyişib. Onun əvvəlki müttəfiqləri ilə münasibətlərini maraqlar müəyyən edəcək”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar