Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Test üsulunun ləğv olunmasını istəyənlər nəyə can atırlar? - Ekspert rəyi


Kamran Əsədov: “Azərbaycan təhsilinin 25 ildə ən böyük uğuru qəbul imtahanlarının test imtahanı ilə həyata keçirilməsidir”


“Slavyan Universiteti ləğv olunub Dillər Universitetinə, Menecment və Turizm Universiteti İqtisad Universitetinə, Texniki Universitet Memarlıq və İnşaat Universitinə, Neft və Sənaye Universiti Ali Neft Məktəbinə birləşəcək”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov test üsulunun ləğv edilməsi və özəl universitetlərin bağlanmasına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Son zamanlar yenidən test üsulunun ləğv olunması ilə bağlı təkliflər səsləndirilir. Təhsil Nazirliyinin də rəsmi nümayəndələri bu təklifi müdafiə edirlər. Test üsulu niyə Təhsil Nazirliyinin bəzi rəsmilərini qane eləmir və müəyyən mənada rüşvəti əngəlləyən bu sistemi əvəz edəcək yeni sistem varmı? Yoxsa söhbət ancaq Sovet dönəmindəki imtahan siteminə keçməkdən gedir? 

Bununla yanaşı, bir neçə gün öncə Təfəkkür Universiteti daha sonra isə ölkəmizin ən keyfiyyətli təhsil ocaqlarından biri olan Qafqaz Universiteti bağlandı. Qafqaz Universitetinin bazası əsasında dövlət universiteti yaradılır. Bəzi özəl universitetlərin də bağlanacağı ilə bağlı söz-söhbət gəzməkdədir. Özəl ali təhsil müəssisələrinin bağladılması təhsil sisteminin inkişafında hansısa əsaslı dəyişikliklərə səbəb ola bilərmi?

Bu mövzularla bağlı təhsil üzrə ekspert Kamran Əsədov PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.

Image result for kamran əsədov tqdk
Kamran Əsədov: “Ali məktəblərə qəbul imtahanları üçün ən obyektiv seçim üsulu test imtahanıdır”.


Təhsil sistemində test üsulunun ləğv edilməsinin yanlış addım olacağını vurğulayan Kamran Əsədova görə, şagird və tələbələrin nitq və yazı qabiliyyətinin itməsinin əsas səbəbi normal tədris prosesinin olmamasından irəli gəlir:

Azərbaycan təhsilinin 25 ildə ən böyük uğuru qəbul imtahanlarının test imtahanı ilə həyata keçirilməsidir. Nə qədər ciddi nəzarət olsa belə, əgər imtahan nəticələrinin yoxlanılmasında insan faktoru olacaqsa, heç bir vaxt obyektivlikdən söhbət gedə bilməz. Problem imtahan nəticələrinə tapşırıq, rüşvət kimi məsələlərin təsirindən getmir, imtahan nəticələrini yoxlayan marker şəxsin qiymətləndirmədə tam şəkildə obyektiv, bərabər və dəqiq qiymətləndirmə missiyasını yerinə yetirməsi mümkün deyil. Kim nə qədər əmin etsə belə, mən sizi əmin edirəm ki, insan faktorunun olduğu imtahan nəticələri heç bir halda obyektiv şəkildə qiymətləndirilə bilməz. Bu dəfələrlə sınanmış bir təcrübədir. Bir neçə il əvvəl TQDK jurnalistika ixtisasına qəbul üçün esse-inşa mərhələsi keçirdi. Təsəvvür edin ki, eyni yazı işinə kifayət qədər təcrübəsi olan elmi dərəcəli bir müəllim 8 bal yazmışdı, o biri 5 bal, digəri 3 bal...

Hesab edirəm ki, ali məktəblərə qəbul imtahanları üçün ən obyektiv seçim üsulu test imtahanıdır. Bu həm sürətli imtahan nəticələri elan etməyə, seçim aparmağa imkan verir, həmdə nəticələrə insan təsiri yoxa bərabərdir. Əlbəttə ki, mütəxəssislər və müəllimlər testin şagird və tələbələrdə bir sıra bacarıqların məhv olduğunu deyirlər. Haqlı iraddır. Amma bu test imtahanının ləğvi ilə düzələcək problem deyil. Bizdə belə bir fikir var ki, Məmməd dağa tərəf getmirsə, dağı Məmmədə tərəf gətirək. A kişi, şagird və tələbələrin nitq qabiliyyəti, yazı qabiliyyəti itibsə, buna test imtahanı neynəsin?! Sizin orta məktəblərdə, ali məktəblərdə normal tədris prosesi həyata keçirilsə, bu problemlər aradan qalxar”.

Kamran Əsədov: “Təfəkkür universitetinin aqibətini gözləyən digər universitet Kooperasiya Universitetidir”.


Özəl universitetlərin bağlanmasına gəlincə, ekspert ölkədə özəl universitetlərin qarşılaşdıqları bu problemin gözlənilən olduğunu qeyd edib:

“Bilirsiniz, artıq Azərbaycan 90-cı illərdə ki, ölkə deyil. O zaman müstəqilliyi təzə əldə etmişdik. Həmin  dönəmdə elmi dərəcəsi və müəyyən əlaqəsi, maliyyəsi olan şəxs bir bina götürüb universitet açırdı. Amma onların demək olar ki, böyük əksəriyyətinin maddi texniki bazası yox idi, amma bütün ixtisaslar üzrə kadr hazırlığını həyata keçirirdilər. Lakin son illər ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı üçün ciddi tədbirlər görüldüyünü nəzərə alsaq, daha Azərbaycana rəqabətə davamlı universitetlər lazımdır.  Azərbaycan insanı dəfələrlə özəl universitetlərin yaratdığı problemlərlə qarşılaşıb. Onların insanımızın başına açdığı oyunlar hələ çətin ki, uzun müddət unudulsun. Son belə ağır zərbəni Azərbaycan Beynəlxalq Universiteti vurmuşdu. Beynəlxalq Universitetin tələblərə yaratdığı problem hələ də davam edir. Ondan sonra insanların özəl ali təhsil müəssisələrinə inamı azalmışdı. Daha sonra bağlanan digər universitetlərin tələbələri başqa özəl universitetlərə köçürüldü. Bu siyahıya bu gün Təfəkkür Universiteti də daxil oldu. Bu gözlənilən idi. 2016-ci il Ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent toplaya bilməyən universitetin bağlanacağı qaçılmaz idi. Təsəvvür edin ki, Odlar Yurdu Universitetini 2016-cı ildə elan etdiyi plan yerinin cəmi 11 faizinə tələbə qəbulu apara bildi və 89 faiz yer boş qaldı. Bu o deməkdir ki, həmən ali təhsil müəssisəsinin gəliri rəsmi olaraq tələbələrin təhsil haqqı olduğuna görə onlar bundan məhrum olacaq. Təfəkkür universitetinin aqibətini gözləyən digər universitet Kooperasiya Universitetidir. 

Apardığım sorğulardan da məlum oldu ki, tələbələrin böyük əksəriyyətinin Odlar Yurdu universiteti, Təfəkkür Universitinin və Koperasiya Universitinin smestr imtahanlarından böyük narazılığı var. Demək olar ki, bu ali təhsil müəssisələrində tələbələrin öz savadları ilə imtahandan müsbət qiymətlər alması mümkün deyil. Amma xarici ölkələrdən tələbələrin böyük hissəsinin bu universitetlərə köçürmə alması bunları ayaqda saxlayan amillərdən idi. Bu ildən etibarən Azərbaycan ərazisində tələbə köçürülməsi vahid qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcəyinə görə onlar bu gəlirdən də məhrum oldular. Dünyada ali təhsil müəssisələrinin gəlirinin böyük hissəsini onların ixtiraları təşkil edirsə, bizdə ancaq tələbənin təhsil haqqı təşkil edir. Hal hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Hesab edirəm ki, hələ bir neçə universitetin bağlanması o qədər də böyük təsir göstərməyəcək. Bu digər universitetlərin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.

Kamran Əsədov: “Dünyada ali təhsil müəssisələrinin gəlirinin böyük hissəsini onların ixtiraları təşkil edirsə, bizdə ancaq tələbənin təhsil haqqı təşkil edir”.


Özəl ali təhsil müəssisələrinin böyük əksəriyyəti ailə üzvlərinin idarə etdiyi qəbiləni xatırladır. Rektorundan tutmuş qapıçısına qədər hamısı qohumdur. Əlbəttə ki, belə mühitdə təhsil inkişaf edə bilməz. Hansısa ali təhsil müəssisəsi bağlanan zaman qarşıya çıxan ilk problem orda təhsil alan tələbələrin aqibəti ilə bağlı olur. Bu universitet bağlanması Azərbaycanda nə ilkdir, belə görünür ki, nə də sondur. Bundan əvvəl oxşar hadisələr baş verəndə özəl ali təhsil müəssisələrinin tələbələri elə digər özəl universitetlər arasında bölüşdürülürdü. Mən düşünürəm ki, bağlanmış Təfəkkür Universitetinin tələbləri Bakı Biznes Universitetinin, Odlar Yurdu Universitetinin, Kooperasiya Universitetinin aralarında bölüşdürüləcək. Burada təhsil haqları və keçilən fənnlər məsələsində problemlər çıxacaq. Hesab edirəm ki, bu məsələdə tələbələrə güzəştlər tətbiq olunacaq.

 “Qafqaz Universiteti heç də digər özəl universitetlər kimi aşağı balla tələbə qəbulunu həyata keçirmirdi. Bu təhsil ocağına hətta maksimum 700 bal toplayan abituriyentlər də seçim edirdi. Hesab edirəm ki, ali təhsil müəssisələrinin ləğv edilməsi prosesi davam edəcək. Bunu qaçılmaz edən faktlar var. Belə ki, Bakı şəhərinin qəbul edilmiş baş planına əsasən universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsi planı var. Bundan əlavə, universitetlərin gəlirləri ciddi şəkildə aşağı düşüb. Düşünürəm ki, tədris ilinin sonuna qədər hətta dövlət universitetlərindən də bağlananları olacaq. Fikrimcə, Slavyan Universiteti ləğv olunub Dillər Universitetinə, Menecment və Turizm Universiteti İqtisad Universitetinə, Texniki Universitet Memarlıq və İnşaat Universitinə, Neft və Sənaye Universiti Ali Neft Məktəbinə birləşəcək. Bizim bir neçə özəl ali təhsil müəssisələri binadan, partadan və tələbədən ibarətdir. Heç bir potensial fəaliyyəti yoxdur. Bu sırada Avrasiya Universiteti də var. Bəlkədə çoxları adını ilk dəfə oxuyacaq,  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tipli ali təhsil müəssisələrinin fəaliyyəti ancaq qəbul prosesində iştirak etməkdən ibarətdir. Heç bir elmi tədqiqat işləri aparılmır, ictimai fəaliyyətlə məşğul olmurlar. Sadəcə olaraq, say təşkil edirlər. Hesab edirəm ki, 2017-ci il adlarını çəkdiyim ali təhsil ocaqları üçün son il olacaqdır. Çünki Azərbaycana ADA, Ali Neft Məktəbi kimi yeni yaranmış və rəqabətə davamlı, beynəlxalq reytinq cədvəlində yer tuta biləcək universitetlər lazımdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar