Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaur Hüseynov “Prezidentlərin danışan şəkillər lövhəsi”ni niyə sökdürüb? - Fotolar

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Zaur Hüseynov ulu öndərin 90 illik yubileyinə yaradılan Heydər Əliyev və onun layiqli davamçısı olan cənab prezident İlham Əliyevin danışan şəkillər lövhəsini sökdürüb


Zaur Hüseynovun işlədiyi qısa müddət ərzində "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində külli miqdarda yeyinti və maxinasiyalar üzə çıxıb.

Kütləvi informasiya vasitələrində habelə Miq.az olaraq Zaur Hüseynovun maxinasiyaları haqqında dəfələrlə məlumat vermişik. Büdcədən ayrılan supsidiyaların mənimsənilməsindən tutmuş, dövlət sifarişi olan layihələrin yaxın şəxslərə həvalə olunaraq pul “silinməsinə” qədər bir çoxl faktlar Zaur Hüseynovun vəzifəsini itirməsi ilə nəticələnə bilər. Z. Hüseynovun “yeraltı hegomonluğu”nun “sərhədləri” gözlənildiyindən daha artıq böyük olduğundan, yuxarılara gedən və təsdiqini tapan şikayətlər də şok effekti yaradıb. Söhbət kiçik mənimsəmələrdən yox, dövlətə aid olan milyonlarla pulun şəxsi sərvətin artırılmasına yönəlməsindən gedir. Bu faktları bir müddət əvvəl Miq.Az saytında da vermişdik.

Metropolitendə “həbs siyahısı”

Hər şeyin belə davam edəcəyini demək isə çətindir. İşçilərdə yaranmış narazılıqla yanaşı, Z. Hüseynovu hədələyən bir məqam da var: Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən “Bakı Metropoliteni” QSC-nin Kadrlar İdarəsinin rəisi Azər İsmayılovun həbs olunma xəbərini də saytda vermişdik. Onun otağının bir müddət möhürlü qalması və verilən məlumata görə, möhürlənən kabinetdə yüzlərlə "maaş kart”larının da olduğu iddia olunan informasiya nədənsə mətbuat üçün qapalı qaldı. Metropoliten işçiləri arasında yayılan məlumatlara görə, hətta A. İsmayılov intihar etmək də istəyib. Lakin bu alınmayıb. O, hər kəsə bəyan edib ki, həbs olunacağı təqdirdə özü ilə ən azından 15 nəfəri “içəri” aparacaq. Onların kim olduğu bilinmir. Lakin əminliklə demək olar ki, Z. Hüseynov həmin 15 nəfərin kimliyini yaxşı bilir. Və bəlkə siyahının başında onun adı var?!

Miq.Az olaraq xatırladırıq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən “Bakı Metropoliteni” QSC-nin Kadrlar İdarəsinin rəisi Azər İsmayılovun həbs olunma xəbərinə sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə də aydınlıq gətirmək istədik. Nəsimi Paşayev Miq.Az əməkdaşı ilə söhbətində bildirdi ki, deyilənlər həqiqətə uyğun deyil. Heç bir həbs hadisəsi baş verməyib. Əgər mənim cavabıma inanmırsınızsa, onda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi ilə də əlaqə saxlaya bilərsiniz.

Zaur Hüseynovu kim əvəz edəcək?

Redaksiyamıza daxil olan məlumata görə, Zaur Hüseynov yaxın günlərdə yola salınır. Onu əvəzləyən şəxs, yəni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəisi vəzifəsinə bu sahədə uzun illər işləmiş bir mütəxəssisin gətiriləcəyi gözlənilir. 

Heydər Əliyevə hörmətsizlik, İlham Əliyevə etimadsızlıq

Miq.Az-a göndərilən şikayət məktubları içərisində diqqətimizi çəkən maraqlı bir məqam var: “Vaxtilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mexanikləşdirmə idarəsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Mexanikləşdirmə idarəsinin əvvəlki rəisi Aslan İsgəndərovun təşəbbüsü ilə ulu öndərin 90 illik yubileyinə görə, Heydər Əliyev və onun layiqli davamçısı olan cənab prezident İlham Əliyevin danışan şəkillər lövhəsi yaradılıb. Metropoliten işçiləri hər səhər işə gələndə Azərbaycanın himninə, Ulu öndər Heydər Əliyevin və möhtərəm prezident İlham Əliyevin Metrotikintiyə verdiyi tövsiyyələrə qulaq asıb işə başlayırdıq. 2014-cü ildən bu yana heç bir dəfə də olsun Metropolitenin rəisi Zaur Hüseynov və onun komandası danışan şəkillər lövhəsinə nə baxıb, nə də bir dəfə də olsun qulaq asmayıb. Əvəzində lövhələr sökülərək harasa atılıb”.

Prezidentlərin danışan şəkillər lövhəsi” indi hardadır?

Redaksiyamıza daxil olan bu şikayət məktubu əsasında danışan şəkillər lövhəsinin hətta yaradıcıları və onu quraşdıran ixtira müəlliflərini axtrasaq da tapa bilmədik. Əlibaba və Elçin (soyadlarını dəqiqləşdirə bilmədik) tərəfindən hazırlanan danışan şəkillər lövhəsini necə hazırlamaqları və yaratdıqları bu sənət əsərinin bu günkü aqibəti haqqında danışmaq istəsək də, adları çəkilən şəxslər telefonlarımıza cavab vermədilər. Və onu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Əlibaba adlı həmin müəllif hal-hazırda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən uzaqlaşdırılıb. 

Yaxın günlərdə daha ətraflı..

Araşdırmalarımız davam edir. (miq.az)

Ölkənin baş metroçusu dəyişdirilir
Ölkənin baş metroçusu dəyişdirilir
Ölkənin baş metroçusu dəyişdirilir
Ölkənin baş metroçusu dəyişdirilir 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar