Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İncik, küsülü, “düşmən” olan deputatlarımız…


Siyasətçilər, xüsusilə, siyasi kəsimin mühüm tərkib hissəsi olan deputatlar-parlamentarilər arasında münasibətlərin rəvan olmaması, bəzən isə daha irəliyə gedərək küsülülük və düşmənçilik həddinə çatması günümüzün, dövrümüzün reallıqlarındandır


Demək olar ki, belə hallara-hadisələrə dünyanın hər bir yerində, hər bir parlamentində rast gəlmək mümkündür.

Azərbaycan parlament və parlamentariləri də bu məsələdə istinsna təşkil etmirlər. Necə deyərlər, “siyasətdə əbədi dostluq və əbədi düşmənçilik yoxdur, əbədi maraqlar var” deyimindən “irəli gələrək” maraqları tez-tez üstü-üstə düşməyən (bura nüfuz mübarizəsi də daxildir) deputatlarımız arasında inciklik, küsülülük, hətta düşmənçilik səviyyəsinə gəlib çatan hallar mövcuddur. 

Gununsesi.info da bu yöndə apardığı araşdırmanı oxuculara təqdim edir:
Məsələn, SSRİ Xalq artisti, ünlü sənətçi Zeynəb Xanlarova ilə spiker Oqtay Əsədovun münasibətləri rəvan sayıla bilməz. İki parlamentari arasına illərdir ki, gərginlik yaşanır. Xüsusilə də, spikerin 75 illik yubileyi ilə bağlı  Heydər Əliyev adına Respublika Sarayında yekun konserti verən Zeynəb xanımın tədbirinə qatılmaması ünlü sənətçini bərk qəzəbləndirmiş və o incikliyini açıq-aşkar parlamentdəki çıxışında da bildirmişdi. Həmin vaxtdan da bu yana münasibətlərdə elə bir istilik müşahidə olunmur.

Spikerlə münasibətləri, Anadolu türkləri demişkən, “limoni” olanlar arasında millət vəkili Elmira Axundova da var. Münasibətlərin xoş olmaması parlamentin plenar iclaslarında qarşılıqlı sözləşmələr, dialoqlar zamanı tez-tez özünü göstərməkdədir.

Eyni zamanda, spikerlə münasibətləri gərgin olan millət vəkillərindən biri və bəlkə də birincisi Zahid Orucdur. Hər kəsə də yaxşı məlumdur ki, neçə müddətdən bəridir Əsədovla Oruc arasında sular durulmur ki, durulmur, əksinə, münasibətlər daha da gərgin hal almaqdadır.
 Parlamentin sonuncu yaz-yay sessiyasında yaşananları da yəqin ki, heç kim unutmayıb.

Zahid Orucun gərgin münasibətlərdə olduğu, “ulduz”u barışmadığı həmkarlarından biri də birinci vitse-spiker Ziyafət Əsgərovdur. Bir necə il öncə Əsgərovun rəhbərlik etdiyi parlament komitəsinin iclasında birinci vitse-spikerlə Orucun münasibətləri necə gərginləşdisə, çanaq iclası işıqlandıran KİV nümayəndələrinin başında “çatladı”. İclasdan yarımçıq çıxarılan parlament jurnalistləri (AZƏRTAC, “Azərbaycan”, AzTV və İTV-nin müxbirlərini çıxmaq şərtilə) bir daha Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin iclaslarına buraxılmadılar. Həmin vaxtdan bu yana Əsgərovla Oruc arasında bir neçə dəfə də “atəşkəs” pozulması, gərginlik anları yaşanıb.

Əsgərovla münasibətləri xoş olmayan deputatlar arasında Qüdrət Həsənquliyev və Fuad Muradov da var. Birinci vitse-spikerlə adıçəkilən deputatlar arasında da bir neçə dəfə “duel-duet” yaşanıb və münasibətlər gərginlik müstəvisindən-mərhələsindən bir addım da o yana keçməyib.
Münasibətləri yaxşı olmayan deputatlar arasında parlamentin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə ilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov da var. Bu iki parlamentari arasında münasibətlər o dərəcədə gərginləşdi ki, Seyidovun ədəbaz, özündənrazı davranışlarına və yekəxanalığına dözə bilməyən sakit təbiətli Mirzəzadə sonda məlum nümayəndə heyətindən könüllü şəkildə uzaqlaşmalı oldu və o vaxtdan da  bu günədək  münasibətlərdə müsbətə doğru bir irəliləmə yoxdur.

Bununla yanaşı, vitse-spkier Valeh Ələsgərovla münasibətləri gərgin olan deputalar arasında millət vəkili Qənirə Paşayeva ilə parlamentin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov da var.  2007-ci ildə parlamentin plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunla bağlı fikirlərini dilə gətirən xanım Paşayevanın çıxışına gözlənilmədən sərt reaksiya verməsi sonradan bu iki şəxs arasında münasibətlərin əməllicə gərginləşməsinə səbəb olmuşdu. Eləcə də, bir neçə ilə əvvəl cənab Ələsgərovun Mədəniyyət komitəsinin iclasında “Yaradıcılıq ittifaqları və yaradıcı şəxslər” haqqında qanun layihəsini “yıxıb-sürüməsi” o zaman hələ komitə sədrinin müavini olan Rafael Hüseynovun çox kəskin və qəzəbli reksiyasına səbəb olmuşdu. Hətta, münasibətləri, gərginliyi yumşaltmaq üçün komitə sədri Nizami Cəfərov Valeh Ələsgərovu qucaqlayıb öpsə də, bu da vitse-spikerlə Hüseynov arasında yaşanan gərginliyi yumşaltmamışdı.

Bununla bərabər, ötən ilin əvvəllərində ölkədə unun qiymətinin bahalaşması ilə bağlı millət vəkili Fəzail Ağamalının həmkarları, un istehsalı ilə məşğul olan biznesmen deputatlar Tahir Süleymanovla Əsabil Qasımova ünvanladığı tənqidləri bu şəxslər arasında münasibətləri az qala düşmənçilik həddinə gətirib çıxarmışdı. Və o vaxtdan da cənab Ağamalı ilə adıçəkilən iki deputat arasında münasibətlər gərginliyi ilə “davam” etməkdədir.

Həmçinin, xanım deputatlardan Aqiyə Naxçıvanlı ilə Sona Əliyeva arasında gərgin münasibətlər yaşanmaqdadır və məsələ hətta, soncunun Naxçıvanlının sədrlik etdiyi komitədən çıxması ilə nəticələn(miş)di.
YAP rəsmilərindən olan Siyavuş Novruzovla akademik Ziyad Səmədzadə, o cümlədən, Gövhər Baxşəliyeva arasında “soyuq ruzgar”lar əsməkdədir. Buna səbəb isə Novruzovun Səmədzadənin, o cümlədən, Baxşəliyvanın rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunun ünvanına kəskin fikirlər səsləndirməsidir…

Bu yöndə siyahını uzatmaq da olar… Ancaq hələlik bununla kifayətlənirik, gələcəkdə isə bu yöndə növbəti araşdırmamızı oxucuların diqqətinə çatdıracağıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar