Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliyada “TAP-ın arxasındakı qaranlıq oyunlar” adlı məqalə dərc edilib



İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin “Occhi della Guerra” bölümündə son günlər İtaliyada Azərbaycana və TAP layihəsinə qarşı aparılan kampaniyanın arxasında dayanan səbəblərə dair “TAP-ın arxasındakı qaranlıq oyunlar” adlı məqalə dərc edilib


PİA.AZ-ın məlumatına görə, dekabrın 2-də dərc olunmuş məqalənin müəllifi “Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı, professor Andrea Marciglianodur. Məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik.
 
TAP-ın arxasındakı qaranlıq oyunlar
 
Azərbaycan yataqlarından çıxarılan qazı İtaliyaya nəql edəcək  Trans-Adriatik qaz kəməri TAP layihəsi ətrafında qəribə “küləklər” əsir. Qəribə və təhdidedici küləklər. TAP İtaliyanı, daha dəqiqliklə desək, təyinat nöqtəsi olan Puliyanı, bütün Avropaya qaz paylaşdırmaq imkanlarına sahib olacağı səbəbindən, mühüm strateji qovşağa çevirəcək.
 
Böyük inkişaf potensialına malik olan bu qaz kəməri hətta Aİ tərəfindən Birgə Maraq Layihəsi statusuna layiq görülərək, Aİ-nin enerji siyasətinin strateji məqsədlərinə xidmət edəcək 12 prioritet “dəhliz”dən biri olan Cənubi Qaz Dəhlizinin mühüm hissəsini təşkil edir. Bundan başqa, TAP-ın tikinti xərclərinin böyük hissəsi Şahdəniz 2 yatağını idarə edən Azərbaycan konsorsiumu tərəfindən qarşılanacaq. Ətraf mühitə təsirlərin qiymətləndirilməsi göstərir ki, layihə yüksək ekoloji göstəricilərə malikdir.
 
 
Lakin indi TAP-ın həyata keçirilməsi üçün vacib şərt olan İtaliya və Azərbaycan arasında mövcud əla münasibətlərə zərbə vurmağa yönəlmiş, bütün jurnalistika vasitələrindən istifadə ilə böyük media hücumu başlayıb. Bu media hücumu əsasən Bakının ifadə azadlığı və insan haqlarını sistematik şəkildə pozması tezisi üzərində qurulub. Lakin unudulur ki, İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutillonun dediyi kimi, Azərbaycan bütün dini və mədəni azadlıqların hüquqları təmin edilən dünyəvi bir dövlətdir və bu ölkə Qərb tipli siyasi-institusional modelin qurulması istiqamətində önəmli dövlət quruculuğu prosesi yaşayır. Digər tərəfdən, Roma-Bakı münasibətlərinə zərbə vurmağa çalışanların İtaliyanın liberal demokratiya nümunəsi olmayan, tolerantlıq və multikulturalizmdən uzaq olan dövlətlərlə, məsələn, Səudiyyə Ərəbistanı ilə mövcud iqtisadi münasibətlərinə dair susqunluq nümayiş etdirməsi təəccüb doğurur.
 
TAP qaz kəməri vasitəsilə yaxın zamanda il ərzində 10 mlrd. kub, daha sonra isə 20 mlrd. kub qazın nəqli üçün bütün məsələlər qaydasında olmalıdır. Bu infrastrukturun strateji əhəmiyyətini dərk etmək çətin deyil. Belə ki, bu layihənin reallaşması həm Puliya iqtisadiyyatına, həm də ümumilikdə bütün ölkə sənayesinə böyük fayda gətirəcək. Unutmaq lazım deyil ki, məhz TAP sayəsində İtaliya Azərbaycan qazını Avropaya daşımaqla strateji qovşağa çevriləcək və nəhayət ki, adi bir idxalçı ölkə kimi aşağı status vəziyyətindən çıxacaq.
 
Bütün bu şübhə edilə bilməyən üstünlüklərə baxmayaraq, “kimsə” layihənin həyata keçirilməsini əngəlləməyə cəhd göstərir. Əvvəllər “Puliyanın gözəl sahili dağıdılacaq!” “Zeytun ağacları kəsiləcək!” kimi ekoloji bəhanələr ekoloji təsirin elmi cəhətdən dəyərləndirilməsinin üzə çıxması ilə puça çıxıb. Daha sonra Puliya regionun prezidenti Mikele Emilliano kəmərin Leççedən deyil, Brindisidən keçməyini təklif edərək TAP-n marşrutundan şikayət etməyə başladı. Həyata keçirilməsi çətin olan bu təklif layihə üzrə işlərin bir neçə il təxirə salınmasına gətirib çıxaracaq və layihənin beynəlxalq səhmdarlarını boru kəmərinin marşrutunu dəyişdirməyə və onu bizim sahillərimizə doğru çəkməməyə məcbur edəcək.
 
Lakin indi TAP-ın həyata keçirilməsi üçün vacib şərt olan İtaliya və Azərbaycan arasında mövcud əla münasibətlərə zərbə vurmağa yönəlmiş, bütün jurnalistika vasitələrindən istifadə ilə böyük media hücumu başlayıb. Bu media hücumu əsasən Bakının ifadə azadlığı və insan haqlarını sistematik şəkildə pozması tezisi üzərində qurulub. Lakin unudulur ki, İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutillonun dediyi kimi, Azərbaycan bütün dini və mədəni azadlıqların hüquqları təmin edilən dünyəvi bir dövlətdir və bu ölkə Qərb tipli siyasi-institusional modelin qurulması istiqamətində önəmli dövlət quruculuğu prosesi yaşayır. Digər tərəfdən, Roma-Bakı münasibətlərinə zərbə vurmağa çalışanların İtaliyanın liberal demokratiya nümunəsi olmayan, tolerantlıq və multikulturalizmdən uzaq olan dövlətlərlə, məsələn, Səudiyyə Ərəbistanı ilə mövcud iqtisadi münasibətlərinə dair susqunluq nümayiş etdirməsi təəccüb doğurur.
 
Bu qaranlıq görünən məsələdən başqa, sual ediləsi digər məsələ Roma və Bakı arasındakı münasibətlərdə mümkün böhrandan kimlərin bəhrələnə biləcəyi və xüsusilə də kimlərin TAP-ın reallaşmamasında maraqlı olmasıdır. Çoxlu fərziyyələr mövcuddur və böyük ehtimalla bu, Demokratik Partiyanın daxilində Mikele Emiliano və Matteo Renzi arasındakı ədavət kimi ölkəmizdə dar maraqların qəliz bir torunun mövcudluğu ilə bağlıdır və daha qəliz olanlar isə iti-baxışlı siyasi və iqtisadi maraqlara malik beynəlxalq “güclər”dir. O güclər ki, İtaliyanın, göründüyü kimi, Qaz bazarında mövcud Böyük Oyunun fəal iştirakçısı olmasını istəmirlər və İtaliyanı ağır şərtlərə tabe olmağa məcbur edirlər.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar