Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Cəfərli: “Bununla nə dəyişəcək?...”


“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində inhisarçı rolunu əldən vermək fikrində deyil”


Bu sözləri politoloq Şahin Cəfərli Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiyanın yeni xarici siyasətinə konsepsiyasına daxil edilməsinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Putin tərəfindən Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilib. Həmin bölümdə qeyd olunur ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövcud çoxtərəfli danışıqlar mexanizminə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə birgə bəyanatlarında qeyd olunmuş prinsiplər əsasında yardım edir. Bu qərarın münaqişənin həllində hansısa rola malik olacağını gözləmək olar? Ümumiyyətlə, Putinin bu addımını Rusiyanın xarici siyasətində Dağlıq Qarabağ probleminin proritet olması ilə əlaqələndirmək mümkündürmü?

Bu suallarla PİA.AZ-ın əməkdaşı politoloq Şahin Cəfərliyə müraciət edib.

Şahin Cəfərli: “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin xarici siyasət prioritetləri sırasında göstərilməsini mən Moskvanın postsovet məkanına böyük önəm verməsinin nəticəsi sayıram”.


Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilməsini elə də əhəmiyyətli fakt hesab etməyən politoloq Şahin Cəfərlinin fikrincə, Rusiyanın bu məsələdə tutduğu mövqe hər kəsə aydındır:

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilməsi faktını böyütmək və ona xüsusi əhəmiyyət vermək lazım deyil. Bununla nə dəyişəcək? Rusiyanın münaqişənin həlli prosesində rolu və yanaşmasında prinsipial fərq yaranacaqmı? Bəlkə Rusiya daha ədalətli mövqe tutacaq? Buna inanmıram. 

Rusiyanın bu münaqişə ilə bağlı siyasəti və tutduğu mövqe ortadadır. Hətta hazırda Moskva Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirməkdədir. Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının rəsmiləşməsi, Azərbaycanın xeyrinə pozulmuş hərbi paritetin bərpası istiqamətində addımlar atılması və Ermənistana müasir silah sistemləri verilməsi buna sübutdur. Bütün bunların nəticəsində son vaxtlar biz Sarkisyanın xeyli arxayınlaşdığını və mövqeyini daha da sərtləşdirdiyini müşahidə edirik.   

Şahin Cəfərli:  “Bununla nə dəyişəcək? Rusiyanın münaqişənin həlli prosesində rolu və yanaşmasında prinsipial fərq yaranacaqmı? Bəlkə Rusiya daha ədalətli mövqe tutacaq?”


Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin xarici siyasət prioritetləri sırasında göstərilməsini mən Moskvanın postsovet məkanına böyük önəm verməsinin nəticəsi sayıram. Rusiya “yaxın xaric” adlandırdığı bu zonanı öz həyati maraqlarının olduğu bölgə kimi qiymətləndirir. Kreml bu ərazini ölkənin təhlükəsizlik maraqları baxımından kritik əhəmiyyətə sahib bölgə kimi görür və buraya xarici müdaxilələri aqressiv qarşılayır. 

Bu, o deməkdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində inhisarçı rolunu əldən vermək fikrində deyil. Çünki əks təqdirdə, Cənubi Qafqaza ABŞAvropanın müdaxilə etməsi üçün əlavə yol açılmış olur. Dağlıq Qarabağ məsələsi məhz bu səbəblə Rusiya üçün prioritetdir. Burada bizim xeyrimizə heç nə yoxdur, əksinə, həll prosesində Rusiyanın dominant rolunun davam etməsi, ümumən regionda Moskvanın dayaqlarının möhkəmlənməsi Azərbaycanın maraqlarına ziddir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar