Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Türkiyədə prezidentlik sisteminin tətbiq edə biləcək?

Natiq Miri: “Türkiyədəki çevriliş Türkiyənin parçalanması və hissələrə bölünməklə digər dövlətlər arasında paylaşdırılması, Türkiyənin içərisində bir neçə kiçik dövlətin yaradılması prosesi idi”


“Əgər söhbət Türkiyənin gələcək mövcudluğundan gedirsə, mütləq mənada Türkiyədə çox güclü bir hakimiyyət bərqərar olmalıdır”.

Bu sözləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri yenidən gündəmə gələn Türkiyədə prezidentlik sisteminin tətbiqi ilə bağlı referendum keçirilməsi məsələsini
PİA.AZ-a şərh edərkən deyib.

Türkiyədə iyuldakı çevriliş cəhdindən sonra fövqəladə vəziyyət hökm sürdüyündən hakimiyyət 10 minlərlə adamı asanlıqla cəzalandırır. Cəhdin arxasında dayanmaqda, ya da dayananlarla əlaqədə suçlandırılan 100 mindən çox adam ya işdən qovulub, ya da həbs edilib. Bir çox analitiklərin fikrincə, hakimiyyətin FETÖ-ya qarşə mübarizə adı altında həyata keçirdiyi repressiyalar xeyli dərinə gedib və prezident Recep Tayyip Erdoğannın vəziyyətdən yararlanaraq istəyir. Analitiklər iddia edirlər ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Trampın qələbəsindən sonra vəziyyətdən yararlanaraq, ölkə konstitusiyasını, siyasi sistemi dəyişmək niyyətini açıqca ortaya qoyur və Türkiyədə avtoritarizmə dayanan prezident sistemini tətbiq etməyə çalışır.

Bu mövzu ətrafında Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşının sualların cavablandırıb.











Natiq Miri: “Türkiyədə hərbi çevrilişə cəhd hadisəsindən sonra prezident sisteminin tətbiqi ciddi şəkildə gündəmə gəldi”.


Politoloq qeyd edib ki, bu gün terror çevrəsində olan Türkiyəni mütləq mənada güclü hakimiyyət qorumalıdır:

“Bildiyimiz kimi bir neçə ildir ki, Türkiyədə prezident sisteminin tətbiqi üçün referenduma hazırlıq gedir. Sadəcə referendumun keçirilməsi üçün siyasi mühit olmadığına görə bunu tətbiq etmək mümkün olmayıb. Amma Türkiyədə hərbi çevrilişə cəhd hadisəsindən sonra prezident sisteminin tətbiqi üçün referendumun keçirilməsi ciddi şəkildə gündəmə gəldi. AKP hakimiyyəti də bu vəziyyətdən yararlanaraq daha çox güclü bir hakimiyyətin bərqərar olmasına çalışır. Bu gün də proseslər bu istiqamətdə gedir. 

Bildiyimiz kimi Cümhriyyət Xalq Partiyası (CXP) referendumun əleyhinə çıxış edir və bildirir ki, əgər referendumun keçirilməsi ilə bağlı olan sənəd Milli Məclisə gələrsə, sənədin əleyhinə səs verəcəklər. Ayrıca Kürd Partiyasının rəhbərliyinin həbsindən sonra demək olar ki, partiya parlamentin iclaslarında da iştirakdan imtina ediblər. Ancaq buna rəğmən onlar da prezident üsul idarəsinin əleyhinə gedən bir partiya kimi özlərin göstəriblər. Bir sözlə Türkiyədə referendumun keçirilməsinə razılıq verən yeganə müxlif partiya Milliyyətçi Hərəkət Partiyasıdır (MHP). Milliyyətçi Hərəkət Partiyası milli və dövlət maraqları kontekstində çıxış edərək bu məsələyə müəyyən şərtlər altında dəstək verəcəyin bəyan edib. 

Natiq Miri: “Türkiyədə mövcud olan bütün terrorçular Türkiyədən bəhrələnmir. Onlar hamısı xarici dövlətlərdən və xarici maliyyə şəbəkələrindən qidalanır”.


Türkiyədəki çevriliş təkcə AKP hakimiyyətini iqtidardan düşürmək məqsədi daşımırdı. Bu bütövlükdə Türkiyənin parçalanması və hissələrə bölünməklə digər dövlətlər arasında paylaşdırılması, Türkiyənin içərisində bir neçə kiçik dövlətin yaradılması prosesi idi. Buna görə də bu gün Türkiyə və onun ətrafında ciddi surətdə qlobal terror bəlası mövcudkən, mütləq mənada Türkiyə kimi vacib bir ölkəyə güclü bir hakimiyyət lazımdır. Milliyyətçi Hərəkət Partiyası da məhz bu prizmadan çıxış edərək müəyyən şərtlər altında AKP hakimiyyətinə dəstək verməyə hazırdır. Ancaq MHP-in şərtəri budur ki, konstitusiyanın ilk dörd maddəsində hansısa dəyişikliklər olmasın. Bunlar da prinsipial məsələlərdir. Bu şərtlə bağlı da həm Milliyyətçi Hərəkət Partiyası, həm də AKP partiyasında müəyyən uzlaşma olub. Mən hesab edirəm ki, bu yöndə konkret anlaşma da var. 

Əgər konstitutsiya dəyişikliyi ilə bağlı referendum sənədləri parlamentə gəlsə, MHP-nin dəstəyi ilə təbii ki, sənəd qəbul olunacaq. Bundan sonra da sənədi xalqa, yəni referenduma çıxaracalqar ki, bu da yalnız xaqlın iradəsindən asılı olacaq. Amma hər bir halda indiki şəriatdə mən referendum məsələsinə o qədər də pis yanaşmıram. Əgər söhbət Türkiyənin gələcək mövcudluğundan gedirsə, mütləq mənada Türkiyədə çox güclü bir hakimiyyət bərqərar olmalıdır. Halbuki indiyə qədər Türkiyənin bütün xüsusi xidmət orqanlarının böyük əksəriyyəti məhz xarici xüsusi xidmət orqanlarına xidmət edəcək bir qurum halındaydılar. Bu gün bütün bu qurumların yenidən qurulması və türkiyələşdirilməsi üçün güclü bir prezident hakimiyyətinə ehtiyac var. 

Onu da qeyd edim ki, Türkiyədə mövcud olan bütün terrorçular Türkiyədən bəhrələnmir. Onlar hamısı xarici dövlətlərdən və xarici maliyyə şəbəkələrindən qidalanır. Bu şəbəkələr, ölkələr də dünənə kimi Türkiyənin Qərb dünyasındakı strateji və hərbi müttəfiqləri sayılırdılar. Hansı ki, bu gün həmin dövlətlər birmənalı olaraq həm PKK-ı, həm PKK-ın Suriyadakı qolu PYD, YPG türk terrorçularını, eyni zamanda da İŞİD terrorçuların dəstəkləyirlər. Buna görə də bu gün terror çevrəsində olan Türkiyəni mütləq mənada güclü hakimiyyət qorumalıdır. Türkiyə ən azından öz gələcək təhlükəsizliyinə və güclü dövlət olmasında təminat almalıdır. Mən hesab edirəm ki, Türkiyədə referendum keçirilməsi məsələsinə bu prizmadan baxılsa daha doğru olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar