Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəqliyyatda “İntellektual korrupsiya“

Nəqliyyatda "İntellektual korrupsiya" 2005-ci ildə neft pullarının böyük axınınından sonra ölkədə modern infrastrukturun qurulması istiqamətində bir neçə layihəyə start verildi.


Milyonlarla dəyəri olan bu layihələrdən biri də Nəqliyyatı İntellektual İdareetmə Mərkəzi oldu. Böyük kapital tələb edən, bir çox Avropa dövlətlərində olmayan Nəqliyyatı İntellektual İdareetmə Mərkəzinin təməlinin qoyuluşundan sonra burada baş verən ciddi qanun pozuntularının-yeyintilərin olduğu barədə tutarlı ittihamlar səsləndirilməyə başladı.
 
2010-cu ildə mərkəzin tikintisinə başlanarkən heç bir tender keçirilmədən tikinti işləri ölkənin ən böyük holdinqlərindən olan "ZQAN” holdinqə verildi. Qeyd edək ki, 2013-cü ildə qəfil adını dəyişərək "QARANT” holdinqə çevrilən "ZQAN” holdinq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova aiddir. Ona görə də, Nəqliyyat nazirliyinin tikintisinə nəzarət edəcəyi dəyəri ilk zamanlar 77 sonra isə 94 milyon manat olan (o zamankı ekvivalentlə 120 milyon dollar) nəhəng layihənin Nəqliyyat nazirinin oğlunun şirkətinə verilməsi ciddi şübhələrə əsas yaratdı. İctimaiyyətdə yaranmış bu şübhələrə o zaman nəqliyyat nazirliyinin səlahiyyətli nümayəndəsi mətbuat vasitəsilə layihənin tikintisi üçün ən yaxşı təklifin "ZQAN” holdinqdən gəldiyini söyləyərək cavab vermiş, əslində bu cavabı ilə şübhələri daha da dərinləşdirmişdi.
 

 
MDB ölkələrindən olan Ukraynanın paytaxtı Kiyev şəhərində 30 milyon manata ərsəyə gələn layihənin Bakıda 77 milyona tikilməsi layihənin dəyərinin şişirdilməyini açıq-aydın göstərirdi.Ancaq tikintini aparan Nəqliyyat nazirliyi isə bu məbləğlərin səmərəli xərcləndiyini, ayrılan vəsaitin heç də çox olmadığını, gələcəkdə paytaxtın avtobus dayanacaqlarında quraşdırılacaq avtobusların hərəkət istiqamətini müəyyənləşdirəcək manitorların hər birinin 10 min dollara başa gələcəyini deyirdilər. Nəqliyyat nazirliyinin yetkililəri bu monitorların bahalılığını isə onun çoxfunksiyalı olması ilə izah edərək, sərnişinlərə nəinki dayanacağa gələn marşrutların vaxtını və adlarını, hətta şəhərdəki bütün avtobusların siyahısını təqdim etməklə yanaşı, paytaxtın xəritəsini əks etdirəcəyini, bayram və ya mühüm dövlət tədbirlərinin canlı yayımlanacağını deyirdilər. Qeyd edək ki, o zaman paytaxtın xəritəsinin hazırlanmasına da əlavə olaraq 1.2 milyon manat, 700-ə yaxın dayanacaqda quraşdırılacaq monitorlarına isə 7 milyon manata yaxın vəsait xərcləndi...
 

   
Beləliklə 2011-ci ilin dekabr ayında 100 milyon manata qədər dövlət vəsaiti xərclənmiş NİİM-nin Respublika Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə təntənəli açılış mərasimi oldu. Mərkəzin rəsmi açılışında geniş çıxış edən dövlət başçısı çıxışını "Sizə tövsiyəm bundan ibarətdir ki, bu mərkəzi yaxşı idarə edəsiniz. Burada mövcud olan avadanlığa uyğun olan xidmət və menecment yaradasınız, əminəm ki, belə də olacaq.”- sözləri oldu.
 
Ancaq NİİM-in sonrakı fəaliyyəti heç də ölkə başçısının tövsiyyəsinə uyğun olmadı. Mərkəzin iş mexanizminin düzgün qurulmaması, dayanacaqların keyfiyyətsiz materiallardan və əksər hallarda uyğunsuz yerlərdə inşa edilməsi,dayanacaqlardakı on minlik (!!!) monitorların işləməməsi, çox vaxt rəqəmləri səhv göstərməsi və sonradan şəhər ətrafı qəsəbələrdəki dayanacaqlardan manitorların sökülərək aparılması mərkəzin effektiv və şəffaf fəaliyyətinə olan ümidləri öldürdü.
 

 
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi fəaliyyətə başladıqdan sonra paytaxt yollarında nəinki nəqliyyatın idarəedilmısi asanlaşdı, əksinə, bir çox hallarda xaos daha da böyüdü. Mərkəz tərəfindən əsaslı və ciddi optimallaşdırma yox, maraqlar çərçivəsində tədbirlər həyata keçirildi. Bu da ki, sahibkarların və sərnişinlərin narazılığını daha da böyütdü. Paytaxtın ictimai nəqliyyat şəbəkəsinin müasir səviyyədə qurulması istiqamətində nailiyyət əldə olunmadı. Qeyri-sabit hava şəraitlərində və günün pik saatlarında tıxacların aradan qaldırılması yönündə mərkəz tərəfindən heç bir uğurlu iş aparılmadı.
 
Xərclənən milyonlarla dövlət vəsaitinə və illərlə zamana rəğmən hələ də NİİM-in marşrut xəttlərinin seçimi və trayektoriyasının müəyyənləşdirilməsi üçün optimal variantları təhlil edə xüsusi ekspert qrupu yoxdur. Əgər belə bir ekspert qrupu yaradılıbdırsa da çox zəif fəaliyyət göstərirlər. NİİM-nin bu gün gördüyü iş sadəcə yollardakı "probka”nı efirlərdən bəyan etməkdir ki, bu da vətəndaşlarda sadəcə ikrah doğurur.
 
Qlobal.az-a verilən daha bir ilginc məlumatda isə deyilir ki, NİİM-in rəhbərliyinə yaxın şəxslər tez-tez xarici ölkələrə təcrübə toplamaq üçün göndərilir. Böyük vəsaitlər hesabına NİİM-in "seçilmiş” əməkdaşları xaricə etdikləri bu səfərlər çərçivəsində təcrübə toplamaqdan əvəzinə daha çox şəxsi istirahətlərinə zaman ayırırlar.
 

 
Digər məlumatda isə NİİM-nin bir çox maxinasiyaları var ki, bunlardan biri də Bakı Nəqliyyat Agentliyi ilə edilən "əməkdaşlıqdır”. Belə ki, guya fəaliyyətləri- mexanizmləri NİİM tərəfindən təhlil olunaraq "nöqsanlar” aşkarlanan sərnişindaşıma ilə məşğul olan şirkətlərin adları Bakı Nəqliyyat Agentliyinə ötürülür. Sonuncu isə həmin şirkətin ünvanına-qarajlarına gedərək mütəmadi "yoxlamalar” aparırlar. Mənbəmiz qeyd edir ki, burada məqsəd əslində qismən zəif qorunan sərnişindaşıma ilə məşğul olan sahibkarların bu sektordan sıxışdırılaraq çıxarılmasıdır. Məlumata görə, əslində paytaxt sərnişinlərində ən çox narazılıq doğuran marşrut xəttlərində (202, 133, 49, 225 və s.) fəaliyyət göstərən şirkətlərdə isə indiyədək heç bir monitorinq aparılmayıb. Səbəb isə bu şirkətlərin arxasında daha böyük vəzifə sahiblərinin olmasıdır.

Əldə etdiyimiz məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin daha bir maxinasiyası işə qəbulla bağlıdır. 
 
Etibarlı mənbədən verilən məlumata görə, dövlətin 100 milyon vəsaiti hesabına ərsəyə gəlmiş bu müəssisədə işə qəbul qaydaları əslində "adət-ənənə”lərə uyğun aparılır. Sadəcə görüntü xatirinə vakant yerlər üçün işə qəbul olmaq istəyən şəxslərdən CV tələb olunur. Fəaliyyətə başladığı 5 il ərzində hələ heç bir kəsin "tanış-biliş”siz NİİM-ə işə düzəldiyinə rast gəlinməyib. Saytımıza verilən məlumata görə, illərdir ki, vətəndaşlardan qəbul olunan CV-lər sadəcə hesabat üçün NİİM-in məlumat bazasına daxil edilir. Anormal olan hal isə nəinki ölkəmizdə hətta regionda yeganə olan bu müəssisənin işə düzəlmək istəyənlərdən vəzifələrindən asılı olaraq 1 ildən 3 ilədək iş stajı tələb etməsidir...
 
Növbəti araşdırmamızda NİİM-in kadr və texniki təchizat siyasətindəki qüsurları araşdıracağıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar