Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Qarabağ “missiya”sı bitdimi?


Üzeyir Cəfərov: “Aprel əməliyyatlarının davamı olacaq”


Arzu Nağıyev: “Bu gün Rusiya açar fiqur olaraq həm özü, həm region, həm də Azərbaycanla gələcək münasibətinin daha da müsbət səviyyədə qurulması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli “missiya”sını yerinə yetirməlidir”.

Məlumdur ki, Azərbaycan-Ermənistan təmas xəttində 2-5 aprel tarixlərindəki döyüşlər vəziyyəti kökündən dəyişdi.  Üstünlüyün Azərbaycan tərəfində olduğu açıq şəkildə özünü biruzə verdi. Aprel döyüşləri zamanı Rusiyanın üzərinə düşən missiya da var idi. Bəs görəsən Qarabağ münaqişəsinin həlli üçün aprel döyüşlərindən sonra Rusiyanın üzərinə götürdüyü "missiya" bitdimi? Və bundan sonra münaqişənin həllində müharibə variantı gündəmdə dururmu?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərov və politoloq Arzu Nağıyevə müraciət edib.

Image result for üzeyir cəfərov

Üzeyir Cəfərov: “Rusiya öz sözünün üstündə durmadı. Biz gözləyirdik ki, Rusiya işğal olunmuş ərazilərin tezliklə boşaldılması ilə bağlı bir qərar verməsi üçün Ermənistanı başa salacaq.  Ancaq bunun əksi olaraq, Rusiya aktiv şəkildə Ermənistanı silahlandırdı”.


Aprel döyüşlərinin Rusiyanın çirkin niyyətinin bir parçası olduğunu vurğulayan hərbi ekspert Üzeyir Cəfərova görə, Ermənistan Azərbaycan torpaqlarını sülh yolu ilə verməyəcəyi təqdirdə müharibənin olacağı qaçınılmazdır:

“Qarabağ münaqişəsinin həlli üçün gedən aprel döyüşlərində Rusiya öz çirkin niyyətinə nail oldu. Rusiyanın niyyəti Azərbaycanın başını aldadaraq vaxt qazanmaqla düşmənə əlavə şanslar vermək idi. Aprelin əvvəllərində Ermənistanı düşdüyü ağır vəziyyətdən xilas edən məhz Rusiya oldu. Lakin Rusiya öz sözünün üstündə durmadı. Biz gözləyirdik ki, Rusiya işğal olunmuş ərazilərin tezliklə boşaldılması ilə bağlı bir qərar verməsi üçün Ermənistanı başa salacaq.  Ancaq bunun əksi olaraq, Rusiya aktiv şəkildə Ermənistanı silahlandırdı. Ermənistana qol-qanad verdi. Hətta ABŞ-ın dövlət katibi Con Kerri Ermənistana dəstək verən bəyanatla çıxış edərək bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hal-hazırda gündəmdə deyil. Yəni Azərbaycanda o qədər də aktivlik olmasın. Bir sözlə, gedişat hələlik Rusiyanın istədiyi kimi gedir. Ermənistana havadarlıq edən Rusiya bu gün çox rahat şəkildə Dağlıq Qarabağın status-kvonunun dəyişməməsi üçün əlindən gələni edir. Bu isə Ermənistana imkan yaradır ki, Azərbaycan torpaqlarını hələ bir müddət də öz nəzarəti altında saxlasın, onun yeraltı və yerüstü sərvətlərindən kifayət qədər yararlansın.

Dağlıq Qarabağda müharibə riski hər an mövcuddur. Müharibəyə başlamaq və öz ərazilərini işğaldan azad etmək Azərbaycanın haqqıdır. Bu qərarın nə vaxt reallaşacağını deyə bilmərəm. Hər halda bu qərarı ölkə rəhbərliyi qəbul edir. Amma hesab edirəm ki, bu qərar mütləq olmalıdır. Çünki Ermənistan öz havadarlarının köməyilə Azərbaycan torpaqlarını işğal azad etməyə hazırlaşmır. Hətta bir qarış belə torpağı Azərbaycana verməyəcəklərini bildirirlər. Bu isə o deməkdir ki, aprel əməliyyatlarının davamı olacaq və bu dəfə ölü sayı hər iki tərəfdə yüzlərlə yox, bəlkə də minlərlə olacaq”.

ADPPPiuQLm8+iACjI9hR0Wrp5IwQByFwnLw55+C4c+i4IEekdkrf8AKrHQrz1n0xj/AORvUqf3NcktpLO803YdQMu8ZqE9jZ/0HdWq/wDqfiT5q53g0FhBEggg9oQBkuCcg0dYEYHS9pZAxFuIQ5omcJaR1mhzWOquKJM6YsiMLcXXDiHAQ7OZh4BOLI1ntL2w0Fxn5LUfJxNo13B31g6mLQabgdQWkAg7oyTq1tAqNaAIxtZG7A7og5sfZIyI3oAZtfhOIOBLSHlwyacg8RGjcOExJIYG5npMR01zg4NI0wiPEArN6YkCc5qMJnOSSXknvcA7vEq87Nn/AEtD/jZ8EDKL7X7vhtCsBnicw/ztxCf6D5rOT+fwWw+1sf6H/wAlP/sFj27nggDv1RHaozt/j8Em/VAArpQLkAFqOSMnf5JU6pNyQBg5OrlvKrZ6nS0nFrgR3Eb2uG8JkErOiLA3rZy+mWug2q3I6Pb9h41H4jsKkiVnHsjccVoE5YaZjdMvErRSqQjkVyFA5MD/2Q==" alt="Image result for arzu nağıyev">

Arzu Nağıyev: “Qərbin Rusiyadan tələblərindən biri Rusiyanın Dağlıq Qarabağ məsələsini sona yetirərək iqtisadi sanksiyalardan azad olunmasıdır”.


Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin Qərbin Rusiyaya qarşı tələblərindən biri olduğunu bildirən politoloq Arzu Nağıyevin fikrincə, Rusiyanın bu münaqişəni həll etməməsi özünün gələcəyini də təhlükə altına alır:

“Düşünürəm ki, Rusiyanın bu “missiya”sı tək aprel döyüşlərinə aid deyildi. ATƏT-in Minsk Qrupu həmsədrlərini  təmsil edən dövlətlərdən biri də Rusiyadır. Eyni zamanda Rusiya SSRİ-nin bir sələfi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa cavabdeh olmasa da, münaqişənin həlli üçün  müsbət rol oynamalıdır. Demək olar ki, Sankt-Peterburq görüşlərində Rusiya bu “missiya”nı müəyyən qədər həll etmişdi və bu münaqişənin həlli üçün Sarkisyana  təzyiqlər də göstərmişdi. Lakin Sarkisyan öz gələcək taleyindən qorxduğuna görə və hakimiyyətini qorumaq üçün  bunun mümkünsüzlüyünü dəfələrlə müxtəlif yollarla Rusiyaya çatdırdı. Və bu məsələdə durğunluq yarandı. 

Rusiya öz “missiya”sını bitirməyib və münaqişəni sona qədər həll etməyib. Həmçinin Qərbin Rusiyadan tələblərindən biri Rusiyanın Dağlıq Qarabağ məsələsini sona yetirərək iqtisadi sanksiyalardan azad olunmasıdır. Buna görə də Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində hərtərəfli maraqlı olmalıdır. Rusiya həm özünün gələcək taleyi, həm regionda nüfuz sahibi olmaq, həm bütün regional problemlərdən az da olsa canını qurtarmaq, həm də beynəlxaq və iqtisadi layihələrə  qoşulmaq üçün əlindən gələni etməlidir. Eyni zamanda NATORusiyanın sərhəddi məhz Ermənistandan keçir. Rusiya bu məsələni də nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsini həll etməlidir. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya daha çox maraqlı olmalıdır. Digər tərəfdən, Rusiya-Türkiyə münasibətinin müəyyən qədər yaxınlaşması üçün Rusiya bu məsələdə öz töhfələrini verməlidir. Çünki Ukrayna və Suriya  problemlərinə görə Rusiya çətin durumdadır. Bütün bunlar Rusiyanın gələcəyinə təsir edən amillərdir. Bu amillərin başlıca səbəblərdən biri məhz Dağlıq Qarabağ münaqişəsidir. Ona görə də Rusiya kollektiv təhlükəsizlik təşkilatının üzvü kimi Ermənistana ciddi təsir göstərməlidir. 

Son vaxtlar  ATƏT-in Minks qrupunun amerikalı həmsədri Ceyms Uorlik həm Azərbaycanda, həm də Ermənistanda bəyanatlar verir. Fransa demək olar ki, susur. Minsk qrupunun rusiyalı həmsədri İqor Popov isə məhz Dağlıq Qarabağ ərazisində seperatçılar və icma rəhbərləri ilə görüşəndə əsas danışığı aparır. Yəni, bu gün Rusiya açar fiqur olaraq həm özü, həm region, həm də Azərbaycanla gələcək münasibətinin daha da müsbət səviyyədə qurulması üçün bu “missiya”nı yerinə yetirməlidir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar