Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki


"Fermer evləri" layihəsi niyə dayandı?


Keçən günlərdə "Trans-Broker" MMC-nin sabiq sədri Əbülfəz Məlikovla ilginc faktları təqdim etdik. 

Məlumatlarda deyilirdi ki, əslində gömrükdəki özbaşına sistemi səbəbindən dövlət büdcəsinə külli miqdarda ziyan vuran bir şəbəkənin rəhbəri olmuş Əbülfəz Məlikov həbs olunmaq əvəzinə bu gün kəndli-fermerin dostu kimi ictimaiyyətə təqdim olunmaqdadır. Amma adamın özünün hazırki halından məmnun olmadığı da deyilir və bildirilir ki, son illərdə əli böyük pullarla oynamış Əbülfəz Məlikov bu gün əslində yeni missiyasında çox problemli görünür.

Bu barədə Dia.az-a danışan mənbə bildirir ki, uzun illər ərzində "Trans-Broker" MMC adı altında Məlikov cənabları təxminən 400 milyon dollarlıq bir xərvət əldə edib, indi isə onayeni vəzifəsində - “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri postunda əslində gömrükdən büdcəmizə ötürülməli olan və onun tərəfindən mənimsənilən pulları xərcləmə missiyası həvalı olunub.

Amma edirmi?

Mənbə açıqlamasında bildirir ki, Əbülfəz Məlikov hələ bu ilin əvvəlində "yuxarılara" verdiyi vədi demək olar ki, "unudub". Mənbənin söylədikləri: "Quba rayonunda “Fermer evi” yaradılmalı idi. Bu məqsədlə Məlikov bir neçə milyonundan keçməli idi. Amma etmədi". 

Qeyd edək ki, pilot layihə olan “fermer evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə tutulurdu. Fermerlər qarşılaşdıqları problemlərin həllini həmin evlərdə tapmalı idilər. Orada fermerlərə müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcək və onlara açıq dəstək veriləcəkdi.

Amma olmadı. Çünki Məlikov rəsmən hökumətə "atdı". Mənbə dia.az-a bildirir: "Bu zaman vaşa düşmədi ki, təkcə özünü yox, onunla bağlı "yuxarılara" təminat verən səlahiyyətli şəxsi də zərbə altında qoymuş olur. Və indi də problemlər qabara bilər ki, bu da Məlikovun birdəfəlik "silinməsinə" gətirib çıxaracaq".

Mənbə: Dia.az
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar