Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Firdovsi Hadıyevin kazino sevgisi


"Qazax-Konserv” ASC-nin rəhbəri, dostu Abid Məmmədovla birgə qonşu ölkədəki kazinolara tez-tez baş çəkir


Saytımızda "Qazax-Konserv ASC ətrafında yeni qalmaqal” başlıqlı tənqidi yazı dərc olunmuşdu. 

Əslində bu məqalənin hazırlanması üçün əsas götürdüyümüz şikayət ərizəsində, sözügedən ASC-nin rəhbəri Firdovsi Hadıyevin yaxın dostu və şəriki olan Abid Məmmədov adlı iş adamının Sevda Nəsibovaya olan borcunu ödəməkdən imtina etməsilə bağlı yaranmış problem ön planda dururdu. Lakin, bu iki şəxsin ümumi maraqları, ortaq biznes fəaliyyətləri və bir çox digər məqamlar Firdovsi Hadıyevin fəaliyyətini də yenidən diqqət mərkəzinə gətirmiş oldu. 

Artıq qeyd olunduğu kimi, hələ bir neçə il bundan öncə Qazax konserv zavodunun bağlanması respublika səviyyəsində səs-küylü qalmaqalla müşahidə olunmuşdu. Bu barədə ölkə mətbuatına təqdim olunan məlumatlarda isə, zavodun əmlakının talan olunması, milyon manatlarla vəsaitlərin mənimsənilməsinə dair iddialar ortaya qoyulmuşdu. Zavod fəaliyyətini dayandıranda Dövlət Əmlak Komitəsi tərəfindən o vaxtkı pulla 9 milyard 250 milyon manat dəyərində qiymətləndirilib. 460 işçisi olan müəssisənin avadanlıqları, o cümlədən tutumu 50 ton olan şərab termosları xaricə satılıb. Zavodun bütün əmlakı talan edilib. Bütün bu talançılıqdan "karlı” çıxan isə, məhz Firdovsi Hadıyev olub.  Qeyd olunmalıdır ki, Qazaxdan əldə etdiyimiz məlumatlara görə, Firdovsi Hadıyevin bu gün üstünlük verdiyi həyat tərzi də rayon ictimaiyyətinin ciddi qınağına yol açır. Bu barədə aldığımız açıqlamalardan birində deyilir: "Dərc etdiyiniz yazıda siz də tamamilə düzgün olaraq qeyd etmisiniz ki, Firdovsi Hadıyev bir neçə il bundan öncə ikinci dəfə ailə həyatı quraraq, öz katibəsilə evlənmişdir.

Lakin onun birinci həyat yoldaşı Firdovsi Hadıyevin əksər maxinasiyalarından xəbərdar olduğuna görə, konserv zavodunun direktoru hər iki ailəni maddi cəhətdən təmin etmək məcburiyyətindədir. Belə ki, Firdovsi Hadıyevin birinci nigahdan iki oğlu var. Bu gün Firdovsi Hadıyev birinci nigahdan olan hər iki oğlunu evləndirmiş, onlara Bakıda mənzil almışdır. Həmçinin, heç yerdə işləməyən bu oğlanlarının dolanışıqları da Firdovsi Hadıyev tərəfindən təmin olunur. 

Bundan başqa isə, Firdovsi Hadıyev ixtisasca həkim olan birinci həyat yoldaşına da Bakıda özəl klinika açmışdır. Təbii ki, bütün bunların müqabilində ikinci ailə də heç cür "korluq” çəkməməlidir. Onu da deyim ki, Firdovsi Hadıyevin ikinci nigahdan da üç oğlu var. Onlardan biri (Xəqani) hazırda Qazax-Konserv ASC-də mühasib işləyir, digərini Firdovsi Hadıyev təzəlikcə Türkiyəyə təhsil almağa göndərib, üçüncüsü isə hələ məktəblidir. Lakin Firdovsi Hadıyevin ikinci həyat yoldaşı da özünə qarşı xüsusi "diqqət” tələb edir. Məhz bu tələbə qarşılıq olaraq, Firdovsi Hadıyev də ona Qazaxın Dəmirçilər kəndi ərazisində tikdirdiyi dörd mərtəbəli bir villa hədiyyə etmişdir...”  

Təbii ki, belə həyat tərzi böyük məsrəflər tələb edir. Ötən yazıda biz artıq qeyd etmişdik ki, Firdovsi Hadıyevin rəhbərlik etdiyi müəssisə hazırda gəc, əhəng, alçı (şpatlyovka) və sairə bu kimi tikinti materialları istehsalı ilə məşğuldur. Bu məqsədlə həmin müəssisədə Qazaxın Daş Salahlı kəndi ərazisində yerləşən Avey dağından gətirilən daşlardan xammal kimi istifadə olunur. Yeni aldığımız məlumatlarda isə, həmin daşların istehsal olunduğu karxananın da məhz elə Firdovsi Hadıyevə məxsus olduğu bildirilir. Bu müəssisələrin biznesi kifayət qədər gəlir gərisə də, Firdovsi Hadıyev dövlət tərəfindən sahibkarlığın inkişafı üçün ayrılan kreditlərlə müxtəlif maxinasiyalar həyata keçirməkdən də çəkinmir. 

Bu barədə müəssisənin daxilində olan şəxslər məlumat verirlər. Həmçinin məlumatda bildirilir ki, Firdovsi Hadıyev bir müddət bundan əvvəl digər bir tanınmış iş adamı, Elçin Carçıyevlə şəriklik münasibətlərində olub. Lakin müəyyən səbəblərdən onların arasında mübahisə yaranıb və ortaqlığa son qoyulub. Məhz bundan sonra Firdovsi Hadıyevin Abid Məmmədovla yaxınlaşmaları baş verib. Mənbənin iddiasına görə, bu iki şəxsin yaxınlaşmalarına səbəb olan daha bir amil də, onların ümumi maraqları, yəni hər ikisinin qumar oyunlarına həvəs göstərmələri ilə bağlıdır. Açıqlamada bildirilir ki, bu gün də dostlar Gürcüstan ərazisində yerləşən kazinolara tez-tez birlikdə baş çəkirlər...  
Materialda adı keçən bütün şəxslərin öz mövqeyini bildirmək hüquqları var.

Mənbə: xalqxeber.az
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar