Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəbər verdiyimiz kimi, bir müddət öncə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqda yazılar dərc etmişdik


Konkret rüşvət olayın da yer aldığı video və faktların yer aldığı həmin yazılarla bağlı cumhuriyyet.az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP)sədri Hafiz Hacıyev daha ciddi ittihamlar səsləndirmişdi: 

“Bu gün rayon baytarlıq idarələri ancaq qəssabların başının üstünü kəsib “haq” yığmaqla məşğuldurlar. Halbuki həmin baytar həkimlər indiyəqədər bir malı müalicə edib sağalda bilməyib. Sadəcə onlar H.Əsədovun erməni mənşəli bir insanla müqavilə bağlayıb gətirdiyi dərmanları işə keçirməklə məşğuldurlarlar ki, həmin dərmanların heç bir təsiri yoxdur. Ona görə də, hazırda ölkəmizin kənd təsərrüfatı bərbad vəziyyətdədir”.

İddiaları dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cumhuriyyet.az-a söyləyib ki, Azərbaycanın aqrar siyasəti yarıtmaz vəziyyətdədir: “Rayonların birində yaşlı bacım yaşayır. O, kənd təsərrüfatında çalışan professorlardan çox savadlıdır. Bacım geni dəyişdirilmiş toxumlarla aborogen toxumları əkir. Ona baxıram və nümunələr gətirirəm”.

Dövlət baytarlıq xidmətinin fəaliyyətinə gəlincə, ekspert söyləyib ki, bu qurumun xidmətlərinə nəzər yetirəndə adamda müxtəlif suallar yaranır: “Nə üçün paytaxta böyürə-böyürə heyvan kəsirlər? Nə üçün uşaqlar, hamilə qadınlar paytaxtda o böyürtünü eşitməlidir? Heyvanın tökülən qanını görməlidir? Cavab: ona görə ki, buna tələbat var. İnsanlar gözlərinin önündə kəsilmiş heyvanın ətini almaq istəyirlər. Sual: Nə üçün buna tələbat var. Cavab: Ona görə ki, baytarlıq xidmətinə xalqın inamı yoxdur. Səhər -səhər vətəndaş bazara girəndə görür ki, yüzlərlə cəmdəyin üstünə bayratlığın möhürü vurulub. Guya ki, baytarlar səhərə kimi yatmayıb, ekspertiza aparıblar. Baytarlıq xidmətində hansı akkreditasiya olunmuş aparat var? Yoxdur. Əhali marketlərdən ət almır. Gedib gözünün önündə kəsilən malın ətini alır. Tələbat olduğu üçün təklif də olur. İnzibati yollarla bunun qarşısını almaq mümkün deyil. Aksiomatik yollarla sübut etdim ki, paytaxt küçələrində ona görə heyvan kəsilir ki, cammatın baytarlara və baytarlıq xidmətinə inamı yoxdur. Əks halda insanlar əti gedib dükan və supermarketlərdən alardılar. Deməli baytarlara inam, güvən yoxdur. Hətta Azərbaycanda tam baytarlıq nəzarətində olan “Azprotein”MMC var. Onların ayrıca sosisləri var. Cammat onu mağazalardan almır. Halbuki təmiz ətdən hazırlanır. Baytarlığa inamı yoxdur deyə, cammat onları almır. Baytarlıq xidməti cəmiyyətdə özünə inam qazanmalıdır. Kənd yerlərində böyük fermer təsərrüfatlarının özlərinin baytarları var. Lakin kəndlərdə baytarlıq xidmətinin fəaliyyəti yox səviyyədədir. Heyvan xəstələnəndə yerli baytar çağırırlar. O baytar heyvana sağaltsa sağaldır, sağalda bilmirsə, leş yığanlar onların leşini yığıb Bakıya gətirirlər. Baytarlıq idarəsi isə üstünə möhür vurur ki, guya sağlam ətdir. Yəni bu anarxiyada və biabırçılıqda baytarların böyük payı var”.

Təşkilat sədri bildirib ki, Cəbrayıldan, Biləsuvardan heyvanlarda “qarayara ” xəstəliyi yayılıb və heyvan xəsətliklərinin insanlara keçməsi prosesi gedir: ” “”bürsülyoz” xəstəliyini kim müayinə edir? Bazarlara çıxarılan pendirləri kim yoxlayır? Bazarlarda “bürsülyozu” ekspertiza edən avadanlıq yoxdur. Belə olan halda insanların həyatı üçün təhlükə yaranır. Azərbaycan xalqı sağ qaldığı üçün Azərbaycan mətbəxinə minnətdar olmalıdır. Mətbəximiz xalqımızı qoruyur. Bizim mətbəxdə ət yaxşı bişirilir. Azərbaycanda da Avropadakı kimi əti yarıqanlı bişirsəydilər, indi xalqımız heyvan xətəliklərindən qırılardı”.

Ümumiyyətlə bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) bir türlü sualar durulmur. Bir neçə il əvvəl, hələ İsmət Abbasov dönəmində Dövlət Baytarlıq Xidmətinin o zamankı rəisi İsmayıl Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra hamı düşünürdü ki, nəhayət, bu sistemdə işlər qaydasına düşəcək. Amma gözləntilər özünü doğrultmadı. Onun yerinə Xanlar rayonunun Zurnabad kəndində Biokombinatın mudiri isləyən Siyalə Rustəmova DBNX-inə rəis gətirildi. Ancaq yenə də DBNX-də milyonluq yeyintilər və böyük mübarizələr davam etdi. Ona görə ki, həm Dövlət Xidmətində, həm də paytaxt Bakıda kifayət qədər savadlı, təcrübəli mütəxəssislər və alimlər ola-ola nə üçün ucqar rayonda kombinat müdiri işləyən xanıma belə yüksək vəzifə verilməsi çoxlarında qıcıq yaratdı. Heydər Əsədov Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirildikdən sonra, o da DBNX-də qayda yaratmağa qalxdı. Amma Heydər Əsədovun da təyinatı hamını təəssüö içində buraxdı. Ucqar Zurnabad kəndində kiçik bir idarənin müdiri olaraq çalışan Siyalə Rüstəmovanı vəzifədən alan Heydər Əsədov onun yerinə yenə Xanlar rayonundan yeni kadr seçdi. 

Belə ki, nazir Xanlar rayn Baytarlıq İdarəsinin rəisi Azər Süleymanovu DBNX-inə müvəqqəti rəis təyin etdi. Siyalə Rüstəmovanı isə Sumqayıt səhər Baytarlıq Idarəsinə rəis göndərdi. Sentyabr ayının 14-də, yəni təqribən bir ay əvvəl isə Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətiilə dair daxil olmuş şikayətlərlə əlaqədar keçirilən kollegiya iclasında nazir Siaylə Rüstəmovanı işdən azad etdi. Nazir Heydər Əsədovun bu qərarı hamı üçün sürpriz oldu. Amma DBNX-nin müvəqqəti rəisi Azər Süleymanov və ona yaxın olan bəzi şəxslər üçün bu qərar heç də gözlənilməz olmadı. Çünki Siaylə Rüstəmova haqqında qərar verilməmişdən əvvəl Azər Süleymanovun adamları Sumqaytda videoçəkiliş aparmış və həmin video Heydər Əsədova təqdim olunmuşdu. Bundan sonra isə nazirin kabinetində faciə-məzhəkə tamaşası oynanılmışdı. Faciə-məzhəkənin baş rejissoru isə Azər Süleymanov olmuşdu. Nazirin kabinetində baş verənlərin detalları və digər məqamlarla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmaları “Heydər Əsədovun baytarlığında erməni ortaq, nazirin kabinetində video qalmaqalı və…” başlıqlı yazımızda təqdim etmişdik….

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar