Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hərbi xərclərin azalması ordumuzun döyüş qabiliyyətinə mənfi təsir etməyəcək” - Hərbi ekspert


Üzeyir Cəfərov: “Düşünürəm ki, bu sahədə problem olmamalıdır. Azərbaycan siyasi rəhbərliyi bunu gözəl bilir”


“Ordumuzun hərbi təlimləri, beynəlxalq miqyasda antiterror əməliyyatlarında və digər sülh yaratma misiyalarında iştirakı öz qüvvəsində qalır”.

Bu sözləri PİA.AZ-a hərbi ekspert Üzeyir Çəfərli dünən açıqlanan 2017-ci ilin büdcə planında hərbi sahəyə ayrılan vəsaitdə baş verən kəskin  azalmaya münasibət bildirərəkən qeyd edib. 

Xatırladaq ki,  dünən 2017-ci ilin büdcə planı açıqlandı. Layihəyə əsasən gələn ilin büdcəsində ən kəskin ixtisar müdafiə xərclərində edilib. Belə ki, gələn il üçün müdafiə sektoruna 1 milyard 615 milyon 359 min 868 manat vəsait ayrılması nəzərdə tutulub. Bu, indiki məzənnə ilə təqribən 1 milyard ABŞ dolları edir. Müqayisə üçün qeyd edək ki, neftin ucuzlaşmasına baxmayaraq 2015-ci ildə Azərbaycanın hərbi xərcləri rekord həcmdə-2014-cü ilə nisbətən 27 faiz artırılaraq dollar ekvivalenti ilə 5 milyarda çatmışdı. 2014-cü ildə isə hərbi xərclər 3.7 milyard dollardan çox idi. 

Ümumiyyətlə, Azərbaycan 2004-cü ildən etibarən hərbi xərclərini hər il artırıb və nəticədə hərbi sahəyə Ermənistanın ümumi büdcəsinin gəlirlərindən ildə az qala 1.5 dəfə çox vəsait xərcləyib. Azərbaycanın hərbi xərcləri Ermənistanın hərbi xərclərini təqribən 8-10 dəfə üstələyib.

Bu baxımdan gələn il üçün büdcədə hərbi xərclərə dollar ekvivalenti ilə cəmi 1 milyard nəzərdə tutulması kəskin ixtisar hesab etmək olar. Bəs 2017-ci il üçün dövlət büdcəsi layihəsində hərbi xərclərin kəskin şəkildə azaldılması ordumuzun döyüş qüdrətinə necə təsir edəcək və xərclərin kəskin azalması əsasən ordunun hansı sahəsinə daha çox təsir edəcək? Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Çəfərova müraciət edib. 

Картинки по запросу üzeyir cəfərov

Üzeyir Çəfərov: “Hərbi xərclər 2 milyard manat civarindadır. Mən buna kəskin azalma deməzdim”.


Lakin hərbi ekspert Üzeyir Çəfərovun fikrincə hesab etmək olmaz ki, orduya ayrılan vəsait kəskin şəkildə azalıb. Onun sözlərinə görə, büdcə planlamasında orduya olan ayrılan digər illərə nisbətən kəskin azalma baş verməyib. O biri illərə nisbətən azalma baş versə də, bu o qədər də böyüdüləcək məsələ deyil. Çünki dövlət artıq 2017-ci ildə hərbi sahədə görüləcək bütün planları təsdiq edib. Və bu müharibə şərartində olan ölkənin döyüş qabiliyyətinə təsir etməyəcək:

 “Mən buna kəskin azalma demezdim. Ümumiyyətlə 2017-ci il üçün dövlət büdcəsindəki rəqəmlər kimləri isə qorxudur. Deyəsən söz-söhbətlərə səbəb olan məsələdə elə budur. Azərbaycanın hərbi xərcləri gələn il 2 milyard manat civarindadır. Mən demezdim ki, azalıb. Düzdür əvvəlki illərdə ayrılan vəsait 3 milyardı  keçirdi. Amma gələn ilə ayrılan vəsait də optimal xərclərdir. Bu üzdən hesab edirəm ki, xərclərin azalması ordumuzun döyüş qabiliyyətinə əsla təsir etməyəcək. Çünki nəzərdə tutulan xərclər daha çox silah-sursatın alınması, döyüş hazırlığı və digər məsələlərin həllinə xərclənəcək. Ordumuzun hərbi təlimləri, beynəlxalq miqyasda antiterror əməliyyatlarında və digər sülh yaratma misiyalarında iştirakı öz qüvvəsində qalır. Sadəcə ola bilsin ki, arxa cəbhədəki  bəzi hərbi hissələrdə infrastrukturun genişləndirilməsi nöqteyi -nəzərindən tikiləcək yeni hərbi obyektlərin sayı azalsın. Amma bütövlük büdcə planına baxsaq azalma  digər güc strukturlarına aiddir, bunun Müdafiə Nazirliyinə təsiri yoxdur.

On görə də mən narahatçılıq üçün ciddi əsas görmürəm. Nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitində olan ölkədir. Və bu ölkənin ən ciddi məsələsi olan Dağlıq Qarabağ problemi həllini tapmayıb. Ona görə də düşünürəm ki, bu sahədə problem olmamalıdır. Azərbaycan siyasi rəhbərliyi bunu gözəl bilir və hesab edirəm ki, hərbi xərclərin nisbətən azalması ordumuzun döyüş qabiliyyətinə mənfi təsir etməyəcək”.

Sübü ƏZİZOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar