Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva: “Azərbaycan tolerantlıq və yeni ideyalar məkanına çevrilib“

"Azərbaycan qədim adət ənənələrə qədim adət-ənənələrə malik ölkədir. Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz Şərq müdrikliyi ilə Qərbin mütərəqqi ideyalarını bir araya gətirir"


APA-nın məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Mikayıl Cabbarovun moderatorluğu ilə keçirilən panel müzakirəsi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi və rəhbəri Leyla Əliyeva “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda çıxışı zamanı deyib.
 
O bildirib ki, Azərbaycan tolerantlıq, dialoq və yeni ideyalar məkanına çevrilib: "Azərbaycanın unikal coğrafi mövqeyi onun təbiətinə də təsir edir, ölkəmiz təbiətinin müxtəlifliyi ilə də seçilir. 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Mən gənclər və vətəndaş cəmiyyətləri adından ətraf mühit məsələləri ilə bağlı bir sıra layihə irəli sürmüşəm. Ekoloji məsələləri həll etmədən davamlı inkişafı təmin etmək mümkün deyil.
 
Biz IDEA kampaniyası irəli sürmüşük. Bu kampaniyaya Azərbaycanla yanaşı, digər ölkələrin də gənclərini cəlb etmişik".
 
Bir çox layihələrə imza atdıqlarını qeyd edən L. Əliyeva müsbət nəticələr əldə olunduğunu bildirib: "Minlərlə ağac əkmişik, nəsli tükənməkdə olan heyvanların qorunmasını təmin etmişik, gənc rəssamların sərgilərini təşkil etmişik, onların ekoloji mövzuda rəsmlərinin təqdimatını keçirmişik".
 
L. Əliyeva qlobal ekoloji məsələlərin əsrlər boyu diqqətdən kənarda qaldığını diqqətə çatdırıb: "Bu isə bütün planetə zərərlidir. Ekoloji sivilizasiya konsepsiyasının inkişafı bizim üçün vacibdir. Ətraf mühitlə bağlı tədbirlərin çərçivəsi olmur. Bu, bütün ölkələr üçün vacib təşəbbüslərdir. Bəzən təbiətə bilərəkdən zərərlər vurulur. Biz yubanırıq və vaxt bizim xeyrimizə işləmir. Qaçaqmalçılar tərəfindən hər 15 dəqiqədə bir fil öldürülür. Meşə və bitki aləminə ciddi zərər vurulur. Bunun qarşısının alınması istiqamətində dünyanın bir çox yerində mühüm addımlar atılır. Mən şadam ki, ətraf mühit qoruyucuların səylərin sayəsində panda ayılarının sayı artıb, onlara olan təhlükə aradan qaldırılıb. Azərbaycanda da ceyranların artırılması üzərində çalışırıq. Biz balıq ehtiyatlarının artırılmasına da diqqət yetiririk. Nərə balığının tükənməsi ilə bağlı təhlükənin aradan qaldırılması niyyətindəyik".
 
O qeyd edib ki, dünyada 120 milyon insanın humanitar yardıma ehtiyacı var: "Bu, tək humanitar deyil, həm də inkişaf böhranıdır. Bu il davamlı kənd təsərrüfatı inkişafı tədbirləri görmək əzmindəyik. Bu, inklüziv cəmiyyətlərin inkişafına da dəstək göstərə bilər. Biz əlimizdən gələni etməliyik ki, heç bir uşaq acından ölməsin və qidasızlıqdan əziyyət çəkməsin. Biz yalnız əl-ələ verərək bunun öhdəsindən gələ bilərik". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar