Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BTRİB-in baş direktoru sensasion faktlar açdı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib


Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirilib ki, adıçəkilən şəxslər dövlət büdcəsini 752 min manat mənimsəməkdə, tenderlərdə qanunsuz yollarla öz yaxın adamlarının şirkətlərini qalib etməklə vəzifə saxtakarlığı etməkdə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərin hər ikisi özünü qismən təqsirli bildiyini deyib.

Vəkillər müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət veriblər. Hakim vəsatətin təmin edilmədiyini bildirib.

F.Seyidov sərbəst ifadə verərək deyib ki, müvafiq olaraq yuxarı instansiyadan aldığı əmrə uyğun olaraq işləyib: "İttihamda yazılan qədər pul mənimsəməmişəm, amma atamdan qalan mirasları satıb, bunu ödəmişəm. Mən, ürək xəstəsiyəm".

R.Məmmədov sərbəst ifadəsində tenderlərdə qalib gələn şirkətlərin kimə məxsus olduğunu bilmədiyini deyib:

"Bizim qovşağın xüsusi bank hesabı olsa da, oradan özümüz pul çıxara bilmirdik. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəsmi məktubla icazə alırdıq. Sadəcə rəhbərliyin göstərişi ilə saxta sənədlərə qol çəkmişəm. Heç bir məbləği mənimsəməmişəm. Sadəcə bayramda, toya gedəndə rəis 100-200 manat verirdi, bu da mükafat idi".

Prosesə BTRİB-in hazırda həbsdə olan keçmiş sədri Beytulla Hüseynov şahid qismində ifadə verib.

O, uzun müddət rabitə sahəsində işlədiyini və bir çox mükafatlara layiq görüldüyünü deyib:

"Gördüyümüz işlər də dövlət proqramına salınan işlərdir. Nazirliyin tapşırdığı işləri görmüşük. Hamı bilir ki, Azərbaycanda paket sistemi var, hamıya da verilib. Tenderlər üçün lazım olan məbləğin 20-25 faiz şişirdilməsini mən yox, nazirlik qovşaq rəislərinə tapşırırdı".

BTRIB-in həbsə olan sabiq baş mühasibiAnar Mustafayevdə şahid qismində ifadə verib. O, deyib ki, rəhbərliyin tapşırığı nə olubsa, həmin işi də icra ediblər: "Mən nə Fətullah Seyidova, nə də Rəşad Məmmədova pul vermişəm. Təmir-tikinti şirkətləri ilə danışıqları biz özümüz həll edirdik, bundan qovşaq rəislərinin xəbəri yox idi".

Hazırda həbsdə olan, "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin sabiq direktoru Emin Məmmədovtəqsirləndirilən şəxslərdən yalnız F.Seyidovu tanıdığını deyib: "Qovşaqlar üçün tikinti işləri görürdük, lazım olan pulu 5-10 faiz artırırdıq. Bu da öz xərcimiz üçün idi".

Daha sonra şahid qismində "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin sabiq direktoru Bayram Vəliyev, Qulu Namazov, Yaşar Nəzərəliyev və digərləri ifadə veriblər.

Məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək.(qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar