Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “Referendumun yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görüldü”

Prezident İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaanın başçılıq etdiyi, Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası müşahidə missiyasının rəhbəri Farrugia Angelonun, eləcə də Malta, Serbiya, İtaliya, Fransa, Monteneqro, Bosniya və Herseqovina, Rumıniya parlamentlərinin deputatlarının və Avropa Şurası Parlament Assambleyasının üzvlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib


Dövlət başçısı Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası kimi önəmli bir qurumu təmsil edən qonağın böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən və referendumun monitorinqi prosesində iştirakından məmnunluğunu ifadə edib. 

Referendum zamanı müşahidələr aparmaq üçün 30-dan çox dövlətdən, həmçinin mühüm beynəlxalq təşkilatlardan çoxlu sayda müşahidəçilərin Azərbaycana gəldiyini vurğulayan Prezident İlham Əliyev onların səsvermənin gedişini izləmələrinin önəmini qeyd edib. Dövlət başçısı səsverməyə çıxarılan hər bir məsələ ilə bağlı ayrılmış müddət ərzində əhali arasında maarifləndirmə işlərinin aparıldığını, referendumun yüksək səviyyədə təşkil olunması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü bildirib. 

Prezident İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının təkcə Bakıda deyil, bölgələrdə də müşahidələr aparmasının əhəmiyyətini qeyd edib.

Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaan səhər saatlarından başlayaraq missiya nümayəndələrinin ayrı-ayrı məntəqələrdə müşahidələr apardıqlarını qeyd edib. 

Görüşdən sonra missiyalarını davam etdirəcəklərini deyən Goris Emiel Stefaan günün axırında aparılacaq yekun qiymətləndirmələrdən sonra qurumun müşahidələrin nəticələri ilə bağlı bəyanatla çıxış edəcəyini bildidib.

Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası müşahidə missiyasının rəhbəri Farrugia Angelo müşahidə apardıqları məntəqələrdə səsvermənin dinc və mütəşəkkil şəkildə keçdiyinin, seçicilərin referenduma çıxarılan hər bir məsələyə diqqətlə yanaşdıqlarının şahidi olduqlarını deyib. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar