Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Referendumu 35 ölkənin və beynəlxalq təşkilatların parlamentariləri izləyəcək


“Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-na təyin edilən referendumun yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün lazımi işləri vaxtında həyata keçirib”


APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. 
 
M.Pənahov bildirib ki, MSK referendumun keçirilməsi üçün müəyyən edilən 60 gündən çox səmərəli istifadə edib və hətta bir sıra işlər vaxtından əvvəl həyata keçirilib. Seçicilər də referendum barəsində ətraflı məlumatlandırılıb: “Həm dairə, həm də məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də maarifləndirilib və onlar öz işlərinə məsuliyyətlə yanaşır. Bütün seçki dairələri texniki vasitələrlə təmin edilib ki, məlumatlar dərhal MSK-ya daxil olsun. Bunun üçün kompüter mütəxəssislərinə xüsusi təlim keçirilib. Seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi üçün digər dövlət qurumları, o cümlədən polis orqanlarının, Pentensiar Xidmətin, Ombudsman Aparatının, Səhiyyə Nazirliyinin, kütləvi informasiya vasitələrinin əməkdaşları üçün də bu istiqamətdə təlimlər keçirilib. Hesab edirəm ki, sabah səsvermədə heç bir problem yaranmayacaq”.
 
M.Pənahov qeyd edib ki, hazırda xaricdə olan seçicilərin səsverməsi üçün müvafiq şərait yaradılıb, xaricdə olan səfirlik və konsulluqlarda seçki məntəqələri yaradılıb. MSK sədri nəzərə çatdırıb ki, referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi MSK-da akkreditasiyadan keçib: Həmin beynəlxalq müşahidəçilər 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir: “Müşahidə aparmaq istəyən ölkə vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir. Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həmçinin qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir. Ümumilikdə müşahidəçilərin sayı 53 mindən artıqdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar