Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətai rayon İcra Hakimiyyətində müşavirə keçirilib


28.07.2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun rəhbərliyi ilə müşavirə keçirilib


PİA.AZ xəbər verir ki, tədbirdə millət vəkili Hüseynbala Mirələmov, rayon hüquq-mühafizə orqanlarının, MKTB-nin, sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, Xətai və  Əhmədli bələdiyyələrinin sədrləri və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər. 

Müşavirədə rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, yüksək mərtəbəli binalarda aparılan təmir işləri, yay mövsümündə rayon ərazisinin sanitar –gigiyenik vəziyyəti, baş verə biləcək yangın hadisələrinin  qarşısının alınması məqsədilə ərazilərdə quru otların təmizlənməsi və digər tədbirlərin görülməsi, yeni dərs ilinə hazırlıqla bağlı məktəb və bağçalarda cari təmir işləri, rayon ərazisindəki xüsusi proqramla təmiri həyata keçirilən 5 yaşayış binasındakı və Nazirlər Kabinetinin qərarına əsasən sökülüb yenidən tikiləcək qəzalı binalardakı mövcud vəziyyət   müzakirə edilib.

Müşavirədə həmçinin qeyd olunub ki, rayon sakinlərinin asudə vaxtlarının, istirahətinin daha səmərəli təşkil olunması çərçivəsində yeni nümunəvi həyətlərin tikilməsi  ilə əlaqədar YAP Xətai rayon təşkilatı ilə birgə irəli sürülən təşəbbüs rayon sakinləri tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir. Bu məqsədlə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun müvafiq sərəncamına əsasən komissiya yaradılıb, tədbirlər planı hazırlanıb. Plana əsasən , daha öncədən rayon ərazisində mövcud olan 70 nümunəvi həyətdə bir sıra yenidənqurma və cari təmir  işləri aparılacaq, daha 31 ünvanda isə bu tipli yeni həyətlər salınacaq. Layihəyə əsasən, bu həyətlərdə sakinlərin və uşaqların asudə vaxtlarını daha maraqlı keçirmələri üçün əyləncə, idman və s.  qurguları quraşdırılacaq. Görüləcək işlərin  sentyabr ayının 15-dək yekunlaşdırılması nəzərdə tutulur.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar