Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nurçuların və ya digər radikal cərəyanların Silahlı Qüvvələrimizə təsir göstərməsi mümkün deyil”


Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunda baş verən son hadisələri Azərbaycan Silahlı Qüvvələri ilə əlaqələndirməyə cəhd göstərən bəzi kütləvi informasiya vasitələrində yer alan yazılara cavab verib


K. Vəliyev APA-nın bununla bağlı sorğusuna cavabında bildirib ki, bəzi kütləvi informasiya vasitələrinin ümumilikdə qardaş Türkiyədə və xüsusilə onun ordusunda baş verən son hadisələri Azərbaycan Silahlı Qüvvələri ilə əlaqələndirməyə cəhd göstərməsi heç bir əsası olmayan cəfəng addımdır:

 ““Nurçular” və ya digər radikal cərəyanların Silahlı Qüvvələrimizə təsir göstərməsi istisna edilir və bunun üçün heç bir zəmin yoxdur. Bu kimi məsələlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq, eləcə də müvafiq təhlükəsizlik orqanları tərəfindən bu sahədə ehtimal olunan hər hansı cəhdin qarşısı isə dərhal və birdəfəlik alınacaq”.
 
K. Vəliyev bildirib ki, bu gün ordumuzda aparılan ideoloji təbliğat işləri, dövlətçilik ənənələrinin qorunması və Ali Baş Komandana sadiqlik Silahlı Qüvvələri bütün xarici və daxili radikal təsirlərdən uğurla qorumağa imkan verir: “Türkiyəli hərbi müəllimlərin və digər mütəxəssislərin Azərbaycan Silahlı Qüvvələrində çalışması məsələsinə gəlincə isə bildirirəm ki, 2000-ci illərdən Türkiyənin müəllim və təlimatçıları ordumuzda çalışmır və fəaliyyət göstərmirlər. Azərbaycandan kənarda qardaş Türkiyədə, o cümlədən digər dövlətlərdə təhsil alan hərbi qulluqçularımızla həmin ölkələrdəki hərbi attaşelik aparatlarımız, səfirliklərimiz mütəmadi əlaqə saxlayır və onların fəaliyyətləri daim nəzarətdədir. Bu səbəbdən də Azərbaycanlı kursantların Türkiyədə baş verən son hadisələrdə adlarının hallandırılmasının da heç bir əsası yoxdur”.
 
K. Vəliyev Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun inkişaf etdiyini bildirib: “Bu əməkdaşlığa xələl gətirmək məqsədi güdən istənilən səy və müdaxilənin qarşısı istər Azərbaycan, istərsə də Türkiyə tərəfindən qətiyyətlə alınacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar