Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dillər Universitetində qalmaqal: Yeni rektor Səməd Seyidova qarşı


Azərbaycan Dillər Universitetində (ADU) növbəti qanunsuzluqlar üzə çıxıb


PİA.AZ bildirir ki, bu barədə Savash.org-un redaksiyasına sözügedən təhsil müəssəsindəki etibarlı mənbədən məlumat verilib. 

Qaynağımızın iddiasına görə, bu universitetin sabiq rektoru Səməd Seyidov, həmin dövrdə prorektor vəzifəsində çalışan Vazeh Əsgərov və təhsil ocağının İnsan Resursları departamentinin rəhbəri Durdanə Əliyeva ilə əlbir olaraq 40 -a yaxın şəxsi universitetə işə götürüblər. Lakin hazırda həmin işçilər üçün dərs saatı tapılmır.

Hətta mənbə onu da diqətə çatdırıb ki, həmin 40 nəfər arasında bakalavr diplomu ilə işə götürlənlər də mövcuddur: “Onların hamısından külli miqdarda rüşvət alıb, işə götürüblər. İndi də universitetdə “ştat” olmadığından o şəxslərin hamısı kənarda qalıb. Bəzilərinin bakalavr diplomu ilə işə götürülməsi isə qanunlara ziddir. Hazırkı rektor əvəzi, professor Dünyamin Yunusov da çaş- baş qalıb. Həmin 40 nəfərin məsələsini necə tənzimləyəcəyini bilmir. Onları işdən belə azad edə bilmir. Ona görə ki, universitetdə S. Seyidovun və onun “sağ əli” olan V.Əsgərovun təsirləri hələ də qalmaqdadır. Hazırda da S. Seyidov universitetlə əlaqəsini kəsməyib. Bir neçə ay öncə S. Seyidov universtitətə təşrif buyuraraq, rektor əvəzi ilə görüşüb. Məhz bu məsələlərə görə də, D.Yunusov məsələni açıb-ağartmır. Konkret olaraq 40 nəfərin qanunsuz yolla işə götürülməsi səbəbindən universitetin magistratura pilləsini əla qiymətlərlə başa vuran geniş potensiallı gənc kadrlar işə götürülmürlər”.

Mənbə onu da bəyan edib ki, Təhsil Nazirliyi (TN) işə qarışmasa, 40 nəfər məsələsinin həllini tapması çox çətindir:”Ona görə ki, rektor əvəzi D.Yunusov S.Səmədovun rektor olduğu dönəmdə elmi işlər üzrə prorektor vəzifəsində çalışıb. Və çalışdığı müddətdə çox şəffaf, demokratik və humanist addımları ilə seçilib. Hazırda da müəssisənin idarəçilik sistemində çox mütərəqqi adımlar atmaqdadır. Amma S. Seyidov ona işləməyə imkan vermir. Məhz bu səbəbdən rektor əvəzinin Səməd Seyidov “sindromunu” sındıracağı ehtimal olunmur. Amma görünür, D. Yunusov da məcbur olub, məsələ barədə TN-ə müraciət edəcək. Çünki rektor əvəzi elə hazırda da universiteti çox demokratik prinsiplərlə idarə edir. Sözügedən təhsil ocağında bu cür arzuolunmaz hallar D. Yunusovu da ciddi narahat edir. Amma neynəsin ki, sabiq rektor rektorluq postundan getdiyini biləndən sonra, V. Əsgərova “səni rektor təyin etdirəcəm” deyib, onunla əlbir olub, bu cür qanunsuzluqlara yol veriblər. Hər halda alınan rüşvətdən V.Əsgərova “pay” çatmamış deyil. Çünki bu işi S. Seyidovla birlikdə şərikli formada reallaşdırıblar. Ona görə də, indi qanunsuz əməllər aşkarlandıqca, V.Əsgərov bütün irad və tənqidlərin üstündən susqunluq mümayiş etdirməklə keçir. S. Seyidov universitetə rektor gətirilməsi üçün TN-ə V. Əsgərovu təqdimatını versə də, nazir Mikayıl Cabbarov haqlı olaraq onun qəbul etməyib. Ona görə ki, tarix müəllimin ADU da rektor seçilməsi gülünc məsələ olardı. Bir sözlə hazırda univeristetdə 40 nəfər olayları və digər özbaşınalıqlara dair ciddi araşdırmalar aparılır. Yəqin ki, bütün qanunsuzluqlar zaman-zaman gün üzünə çıxacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar