Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq Baş prokurorun adı SOCAR-la qalmaqalda: Sabiq icra başçısının oğlu Rumıniyada saxlanılıb?


Rumıniya hüquq-mühafizə orqanları ARDNŞ-in bu ölkədəki nümayəndəliyində (“SOCAR PETROLEUM SA Rumıniya” şirkəti) həbslər keçirib


Bu sensasiyalı məlumat “AzPolitika.info”ya mötəbər mənbələrdən daxil olub.

Məlumata görə, yerli hüquq-mühafizə orqanları ARDNŞ-in nümayəndəliyinə qarşı külli miqdarda vergidən yayınma şübhəsi ilə bağlı cinayət işi qaldırıb. Söhbət, fırıldaq sxemləri əsasında təxminən 20 milyon avronun vergidən yayındırılmasından gedir. Bu səpgili faktlarla bağlı Rumıniya hüquq-mühafizə orqanları cinayət təhqiqatına başlayıb, bir türk şirkətində və SOCAR-ın Rumıniya nümayəndəliyində həbslər həyata keçirib.

“AzPolitika” həbs olunanlardan birinin adını dəqiqləşdirə bilib – bu, SOCAR-ın Rumıniyadakı tikinti işlərinə məsul şəxs olan Tural Kərimovdur. T.Kərimov, təxminən, 1 həftə əvvəl saxlanılıb.

Məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev işin obyektiv araşdırılması və günahkarların cəzalandırılması barədə göstəriş verib.

Xatırladaq ki, “SOCAR PETROLEUM SA Rumıniya” şirkəti Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə, 30 yanvar 2011-ci il tarixində təsis edilib və “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlayıb.

Hazırda Rumıniyada “SOCAR” brendi altında 32 YDM fəaliyyət göstərir.

***

Strateq.az isə öz mənbələri vasitəsi ilə dəqiqləşdirib ki, həbs olunduğu deyilən Tural Kərimov Salyan rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun oğludur. Baş verən hadisələrin kökü isə bir xeyli əvvələ – hazırda Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri olan Eldar Həsənovla “SOCAR PETROLEUM SA Rumıniya” şirkəti arasında yaranmış ziddiyyətə gedib çıxır.

Bildirildiyinə görə, bu ziddiyyətin mahiyyəti ARDNŞ rəhbərliyinə də məlumdur. Qısaca desək, məsələnin kökündə əslində şəxsi maraq və münasibətlərin toqquşmasından qaynaqlanan çəkişmənin xeyli böyüməsi və sonradan məsələyə Rumıniya hüquq-mühafizə orqanlarının məqsədli şəkildə qarışdırılmasının durduğu iddia edilir…

Qeyd edək ki, əlavə dəqiqləşdirmələrdən sonraya mövzuya təkrar qayıdacağıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar