Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: “Ermənistan Dağlıq Qarabağla bağlı müxtəlif illüziyalar irəli sürür”


Politoloq: “Birmənalı şəkildə söyləmək olmaz ki, yaxın vaxtlarda Qarabağ problemində ciddi kompramistlər əldə olunacaq və böyük sülh sazişinin imzalanması mümkün olacaq”


““Lavrov planı”nda Azərbaycanın maraqlarına uyğun gəlməyən və tamamilə ermənipərəst adlandırıla biləcək məqamlar var ki, bunu Azərbaycan qəbul edə bilməz”.

Bu sözləri politoloq Qabil Hüseynli AzərbaycanErmənistan prezidentlərinin növbəti Paris görüşündə Dağlıq Qarabağla bağlı gedən proseslərdə hansısa nəticənin əldə olunmasının gözləntilərin PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Fransa AzərbaycanErmənistan prezidentlərinin növbəti görüş yeri olaraq Parisi təklif edib. Bu barədə Fransanın xarici işlər naziri Jan-Mark Eyro məlumat verib. O qeyd edib  ki, “Biz Dağlıq Qarabağdakı situasiyanı müzakirə etdik. Cənab Lavrov məni Vladimir Putinlə azərbaycanlı və erməni həmkarları arasında baş tutan danışıqlar barədə xəbərdar etdi. Mən xatırlatdım ki, yeni danışıqlar üçün Parisin namizədliyini təklif etmişik”.

Beləliklə prezidentlərin növbəti görüşünün Parisdə keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bir çox siyasi şərhçilər isə əmindirlər ki, yaxın 10 ildə Dağlıq Qarabağ probleminin həlli yoxdur. Danışıqların bu şəkildə intensivləşməsi Dağlıq Qarabağ probleminin həllində hansısa inkişafın əldə ediləcəyinə ümid verirmi və hazırkı dönəmdə Rusiya problemin həllində maralıdır?      
 

Qabil Hüseynli: “Azərbaycanın müvqeyi beynəlxalq hüqüq normalarına əsaslanır və Azərbaycan istəyir ki, öz ərazi bütövlüyün təmin etsin”.


Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib. Qabil Hüseynli qeyd edib ki, bir tərəfdən problemin həll edilə biləcəyinə ümidlər var, bir tərəfdən də problemin həllində müəyyən əngəllər olduğunu da görməmək mümkün deyil:

“Bu məsələ bir az ziddiyətlidir və birmənalı fikir söyləmək çətindir. Düzdür Qarabağ prosesinin yerdən tərpənişi başlayıb. Yəni Qarabağ məsələsində irəliləyişlər var. Amma birmənalı şəkildə söyləmək olmaz ki, yaxın vaxtlarda Qarabağ problemində ciddi kompramistlər əldə olunacaq və böyük sülh sazişinin imzalanması mümkün olacaq. Ona görə də mütləq müəyyən problemləri də nəzərə almaq lazımdır. 

Bu problemlər hələ ki, Rusiya tərəfindən irəli sürülmüş, “Lavrov planı”nda da (plan Lavrov tərəfindən irəli sürülüb), ermənistan tərəfindən qaldırılan müxtəlif iddialarda da, həmçinin Qarabağ problemi ilə məşğul olan super dövlətlərin məsələyə yanaşmasında da var.  Azərbaycanın müvqeyi beynəlxalq hüqüq normalarına əsaslanır və Azərbaycan istəyir ki, öz ərazi bütövlüyün təmin etsin. Ərazisində bir dənə də olsun işğalçı erməni qoşunu qalmasın. Bizim başqa dövlətinin bir qarış torpağında gözümüz yoxdur. Ermənistan Dağlıq Qarabağla bağlı müxtəlif illüziyalar irəli sürür. Məsələn Dağlıq Qarabağa keçici stasusun verilməsi, yəni Dağlıq Qarabağa Ermənistanın tərkibində hər hansı bir status verilməsi və s.


Qabil Hüseynli: “Dağlıq Qarabağın danışıqlar prosesi hələ müəyyən cilalanma, müəyyən konsensuslardan keçməklə irəliləyəcək”.


Hətta Dağlıq Qarabağ ərazisindən Ermənistanın Vardenis rayonundan (vaxt ilə bu rayonda azərbaycanlılar yaşayıb) Ağdərə rayonuna yeni bir yolun çəkiblər. Bu yol da Laçın kolidorundan xeyli uzun və xeyli strateji əhəmiyyətə malikdir. Ermənistan Laçın kolidoru kimi çəkilən bu yola da beynəlxalq statusun verilməsi istəyirlər. Yəni müxtəlif problemlər var ki, bunlar sülh yaratma prosesinə mane olur. Azərbaycan da təbii ki, belə bir yanaşmalara öz etirazın bildirir və qəbul etmək istəmir. Bir tərəfdən problemin həll edilə biləcəyinə ümidlər var, bir tərəfdən də problemin həllində müəyyən əngəllər olduğunu da görməmək mümkün deyil.

Rusiyanın təklif etdiyi variantların içərisində “Lavrov planı”nda Azərbaycanın maraqlarına uyğun gəlməyən və tamamilə ermənipərəst adlandırıla biləcək məqamlar var ki, bunu Azərbaycan qəbul edə bilməz. Mən bununla demək istəmirəm ki, Rusiya Dağlıq Qarabağ problemin həllin istəmir. Görünür Rusiya ilə daha çox işləmək lazım gələcək. Düşünürəm ki, Dağlıq Qarabağın danışıqlar prosesi hələ müəyyən cilalanma, müəyyən kansessulardan keçməklə irəliləyəcək. Problemin həlli üçün hər halda ortaq məxrəc tapmaq səyləri göstərilir. Bu səylərin nəticəsinin olacağına ümid edək”.

Xatlırladaq ki, prezidentlərin sonuncu görüşü Sankt-Peterburqda baş tutmuşdu.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar