Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa dair Putin planı açıqlandı

Qarabağa dair Putin planı: Nalbəndyan deputatları qapalı görüşə çağırıb deyib ki...


Ermənistanda parlamentin xarici əlaqələr komissiyasının üzvlərinin Qarabağ məsələsinə görə XİN-də qapalı görüşə çağırıldıqları məlum olub

Prezidentlərin Sankt-Peterburq görüşü zamanı Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın işğal edilmiş 5 rayonunun qaytarılmasını, Dağlıq Qarabağa möhkəm aralıq statusun verilməsini nəzərdə tutan planının müzakirə olunduğu haqda yayılmış xəbərlərin ardınca baş verib. Həmin plan haqda Ermənistanın ANİ araşdırmalar mərkəzi məlumat yaymışdı.

Mərkəz bildirdirdi ki, diplomatik mənbələrdən Putinin tərəflərə təqdim etdiyi plan barədə məlumat əldə edib və həmin plana əsasən 5 rayon qaytarılır, Dağlıq Qarabağ Madrid prinsiplərində nəzərdə tutulan aralıq statusdan daha üstün aralıq status alır. Bu status Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə tutmur, eyni zamanda təsəvvür olunan gələcəkdə müstəqillik əldə etməsini də təsbit etmir. Plana əsasən Dağlıq Qarabağda yekun statusa dair referendumun keçirilməsi qeyri-müəyyən vaxta təxirə salınır, eyni zamanda LaçınKəlbəcərin qaytarılması haqda heç nə deyilmir. Bildirilirdi ki, Azərbaycan tərəfi bu planla razı deyil, Dağlıq Qarabağın formal da olsa Azərbaycanın tərkibində olmasında israr edir.



“Putin planı”nın açıqlanması Ermənistan siyasi dairələrində ərazilərin qaytarılması hazırlıqlarının getdiyi haqda təşvişə səbəb olub. “Joqovurd” qəzetinin yazdığına görə həmin gün iyunun 28-də Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının üzvləri XİN-ə, nazir Edvard Nalbəndyanla qapalı görüşə çağırılıb. Görüş üçün vaxt saat 18.00-dan 20.00-a qədər müəyyən edilib. Lakin deputatlar görüşə az qala bir saat gecikiblər və nəticədə tədbir nəzərdə tutulan vaxtdan qısa olub. Görüşdə Nalbəndyan deputatları əmin edib ki, Sankt-Peterburqda prezidentlərin üçtərəfli görüşündə münaqişənin həlli yollarına dair heç bir sənəd müzakirə predmeti olmayıb. Görüşdə yeganə mövzu təmas xəttində stabil atəşkəs rejiminin yaradılması barədə olub.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar