Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahimovların şəriki həbs olundu - Milyonluq dələduzluq

Azərbaycanda məşhur iş adamı, “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımov həbs olunub


DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan iş adamı barədə istintaq aparılır. Hazırda o, istintaq təcridxanasındadır. Məlumata görə, iş adamı dələduzluqda, külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirli bilinir.
 
Bildirilir ki, İlham Qasımovun bir mənzili bir neçə nəfərə satması, başqa iş adamlarınının məbləği milyonlarla ölçülən vəsaiti mənimsəməsi barədə çoxsaylı şikayətlər olub. Şikayətçilər arasında çox məşhur adamların olduğu da daxil olan məlumatlar sırasındadır.
 
Şikayətçilərdən birinin AzNews.az-a verdiyi məlumata görə, dələduzluqda ittiham olunan iş adamı istintaq təcridxanasında özünə çox yaxşı şərait qurub və orada hətta bəzi iş görüşmələrini də aparır.
 
Xatırladaq ki, İlham Qasımov bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun intiharı ilə gündəmə gəlmişdi. Belə ki, mərhum son günlərə kimi “Galaxy Palace” tikinti şirkətində çalışıb. Şirkətin rəhbəri isə İlham Qasımovdur.
 
İş adamı intihar olayından əvvəl isə İbrahimovlarla məhkəmə çəkişməsi məsələsi ilə gündəmə gəlmişdi. Qasımovun məhkəmə proseslərini udaraq, Nazim İbrahimovun kiçik qardaşı Sahib İbrahimovun 4 binasını ələ keçirdiyi bildirilirdi. Maraqlısı odur ki, İbrahimovlara zərbə vuran bu məhkəmə proseslərindən sonra M.Cəfərov öz qohumları ilə deyil, İlham Qasımovla işləməyə başlamışdı. Həmin vaxt İ. Qasımov mətbuata açılamasında N.İbrahimovun qardaşı ilə iş birliyinin davam etdiyini və aralarında heç bir problemin olmadığını bildirmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar