Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Adam hələ “molotov kokteyli” ilə kotleti ayıra bilmir” - Həftənin sitatları


Vüsal Məmmədov: “Quran - oxunması çətin, narahat olan, çoxlu lazımsız təkrarlarla insanı bezdirən bir kitabdır”


Siyavuş Novruzov: “İqbal Ağazadə 2003-cü ildən sonra insanlar arasına çıxmamalıydı. İndi bu insan siyasətdən, yüksək dəyərlərdən danışır. Ona görə də onun heç Azərbaycan siyasətində yeri yoxdur”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “İşğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov: “Bu görüş zamanı münaqişənin mərhələli həllinəüstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər”.

AŞ PA-nın sədri Pedro Aqramunt:Britaniyanın Aİ-dən çıxması Avropa Şurası və AŞ PA-ya da toxunacaq”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bunu aprel döyüşləri də göstərdi. Ermənistanın təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi”.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev: “2014-cü ilin yay aylarında cəbhə xəttində baş vermiş döyüşlər, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus “Mi-24” tipli döyüş helikopterinin məhv edilməsi, həmçinin bu ilin aprel ayının əvvəllərində düşmənin təxribatlarına cavab olaraq hərbçilərimizin əks-hücumla bir neçə strateji əhəmiyyətli yüksəkliyi geri alması ordumuzun kifayət qədər gücə malik olduğunu bir daha sübuta yetirib”
.
Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik: “Prezidentlər anlayır ki, Qarabağda yeni müharibə fəlakətə səbəb olacaq”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev:Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Lakin bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək”.

Azərbaycanın keçmiş XİN rəhbəri Tofiq Zülfüqarov: “Bu münaqişə İlham Əliyev və Serj Sarkisyan arasında deyil. Münaqişənin həlli xalqların fikri əsasında olmalıdır. Bunun üçün onlar məlumatlandırılmalıdır, qapalılıq isə yalnız münaqişəni uzadır”.

Politoloq Zərdüşt Əlizadə: Rusiya əsl imperialist, yırtıcı, zalım, əxlaqsız bir dövlətdir”.

YAP-ın İcraçı Katibinin müavini, deputat Siyavuş Novruzov: İqbal Ağazadə 2003-cü ildən sonra insanlar arasına çıxmamalıydı. O, bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub onların həbsinə səbəbkar olan kəsdir. İndi bu insan siyasətdən, yüksək dəyərlərdən danışır. Ona görə də onun heç Azərbaycan siyasətində yeri yoxdur”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov:Zahid Oruc əgər siyasətşünaslıq etmək və dövlətlərarası münasibətlərdən danışmaq istəyirsə, İctimai Televiziyada və digər telekanallarda çıxıb nə istəyir desin. Milli Məclisdə başqa məsələlər haqqında yox, müzakirə olunan sənəd ətrafında danışmaq lazımdır”.

MMP-nın sədri Hafiz Hacıyev: “Bəzi məmurlar var ki, dünyanı tutub qalacaqlarını düşünürlər. Ancaq elə deyil. Onlardan heyf alınmasa da, övladların heyf alınacaq”.

Politoloq Zərdüşt Əlizadə: “Rusiya Azərbaycanı məcbur edir ki, BMT-nin nizamnaməsində təsdiq edilmiş, ərazinin  zor gücü ilə qaytarılması müddəasından imtina etsin və Azərbaycan razılaşsın ki, Dağlıq Qarabağ daim Rusiyanın qabırğası altında qalsın”.

Jurnalist Vüsal Məmmədov: “Quran - oxunması çətin, narahat olan, çoxlu lazımsız təkrarlarla insanı bezdirən bir kitabdır. “Cümlə bitmiş fikir bildirir” qaydası bu kitabda yoxdur, fikirlər qırıq-qırıq, adda-budda ifadə olunub. Tərtibat, logistika və redaktə baxımından sadəcə, dözülməzdir. Rasional məqsədlə kitab oxuyan adam üçün Quranı oxumaq əzabdır. Amma bütün bunlara baxmayaraq, oxuyuram, bundan sonra da oxuyacağam”

Yeniçağ.az saytının baş redaktoru Aqil Ələsər: “Qədirbilən xalqımızın Facebook temsilçiləri Rosbergin bu statusunu onun burnundan gətirənə qədər əl çəkməyecəklərini bəyan ediblər”.

Deputat Fazil Mustafa: “Əksər insanlarda dinin mahiyyəti haqda məlumat yoxdur və ona görə də dinin tələblərini diqqətə almırlar. Ona görə də öz bildikləri adət-ənənəni tətbiq edirlər. Başqa bir səbəb isə insanların saxta din anlayışına sahib olmasıdır. Hər kəs başqasının görüntüsü əsasında həyatını yaşayır. Başqasına yaxşı görünmək üçün geyinir, keçinir. İnsan özünə yaraşanı düşünmür. Yas mərasimlərindəki israfçılıq də məhz bunlarla bağlıdır”.

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu: “Bir zamanlar həkimlərə ağızdolusu “ağ xalatlı mələk” deyə müraciət edərdik. Onları tərif edəndə “şəfalı əllərin sahibi” söylərdik. Amma indi işin rəngi dəyişib. Daha «ağ xalatlı mələk»lər uçub, gediblər. Yerdə isə “ağ xalatlı qəssablar” qalıblar”.

Jurnalist Fərahim İlqaroğlu: “Üstü-başı yox, ürəyi kirli insanlardan qorxun...”

Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli:Azərbaycan hakimiyyəti çox təəssüf ki, ölkəni dünyaya tanıtmalıyıq tezisini həyata keçirmək üçün hər zaman bəyanatlar verir. Amma heç bir məmur çıxıb demir ki, biz niyə görə öz ölkəmizi dünyaya tanıtmalıyıq?”

İqtisadçı ekspert Əkrəm Həsənov: “Azərbaycanda 3-cü kəskin devalvasiya baş verəcək. 1 dolların 2 manatdan da baha olması qaçılmazdır”.

Yeniçağ.az saytının baş redaktoru Aqil Ələsgər: “Hansısa ictimai çəkisi olmayan, itin belə tanımadığı birisi "Facebook"da profil açıb, ağzının qatığını dağıdırsa, bu xəbər deyil...”

TİA.AZ-ın baş redaktoru Əlişir Əhəd: “İki dünya ola, birindən bezəndə digərinə qonaq gedəsən...”

Jurnalist Aynur Qurbanqızı: “17 yaşlı qızı telefonda oğlanla danışdığına görə öldürüb. Görəsən, bu gerizəkalılar nə yeyir, nə içir ki, bu cür insanlıqdan kənar cinayətlər törədəcək qədər beyinləri cılızlaşır???”

Azvision.az saytının baş redaktoru, jurnalist Vüsal Məmmədov:“Dindarlar özləri TRT kimi dünyada baxılan bir kanalın efirində deyirlər ki, namaz qılmayanlar heyvandır. Bu, açıq-aşkar təhqirdir. İstər İslamın ana kitabı Quranda, istərsə də, hədis toplularında dinə inanmayan insanlarla bağlı xeyli kəskin, ağır ifadələr var. Belələri “lənətlənmiş”, “zəlil” kimi sözlərlə çağırılır. Quranın “Müddəssir” surəsində İslamı qəbul etmək istəməyənlər hətta “ürküdülmüş uzunqulaq” adlandırılır. Allahdan gəldiyi deyilən kitaba əsla yaraşmayan bir ifadədir!”.

Qəzəlxan şair Arif Buzovnalı: “Əruz da muğam kimi şah sarayından gəlmədir. Həmişə yüksək yerdə olub, xalqın yanında olmayıb. Füzuli xalqın yanında oldu nə gün gördü, amma Bahar Şirvanini Nəsrəddin Şah ailəsi ilə birgə saraya dəvət etdi, onun üçün maaş kəsdi. Əruz elitar şeirdir”.

Xalq artisti Ramiz Həsənoğlu:
“Yaşar təbiətin bir hadisəsi idi. Yaşar olmasaydı heç nə olmazdı demək də doğru deyil. Təəssüf ki, Yaşarı son dövrlər baş rollara dəvət edə bilmirdim. Sənətdən yayınmaq, hədəfi vura bilməməkdən söhbət gedir. Siz deyən vaxtlarda Yaşar formada idi və alınırdı hər şey”.

Jurnalist Anar Yusifoğlu:  “Adı özündən ciddi adamlar var”.

Jurnalist Fərahim İlqaroğlu: “Binamıza hər yeni komendat təyin olunanda icra başçıları kimi blokun girişindəki mərmərləri sökdürüb yenisini döşətdirir... sonra da başlayır pul yığmağa...”

Aparıcı Nəsimi Nəbizadə: “Yazarlarımızın nəinki kitablarını, alın yazısını da oxumuşam”.

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu: “Azərbaycan vətəndaşlarının İrana, Türkiyəyə müalicə üçün üz tutmaları bilavasitə canlarını bizdəki qəssablardan canlarını qurtarmaq üçündür. Kimsə bunu qınayırsa, o adamın ya ölkədən xəbəri yoxdur, ya da vicdanı mövcud deyil”.

Yazıçı İlqar Rəsul: “Hamı arzuladığı, amma ağlından keçirmədiyi, yaxud keçirdiyi, amma cəsarət etmədiyi halda bir qız özündə təpər tapıb gözlənilmədən səhnəyə qalxır, öz sevimli müğənnisinə sarılıb, xoşbəxt olur. Nəticədə az qala hamı bədbəxt olur (qeybətcil yəni). Bu hadisəni görən də, görməyən də, lap elə eşidən də başlayır o qızın ən yaxşı halda qeybətini eləməyə, ən pis halda edamına hökm verməyə. İttihamın əsas motivi də nə olsa yaxşıdı? Hə, təəssüf ki, hə: əxlaq. Yəni əxlaqsızlıqda ittiham edirlər qızı...Əslində əxlaqsızlıq bir qızın səhnəyə qalxıb öz kumirinin boynuna sarılması deyil. Əxlaqsızlıq indicə içdiyin suyun şüşəsini, pivənin bankasını, yediyin dondurmanın kağızını, çeynədiyin saqqızı, çəkdiyin siqareti zibil qutusuna yox, küçəyə atmaqdır. Yəni ən böyük əxlaqsızlıq, ən xırda öhdəlikləri, ən adi qaydaları yerinə yetirməməkdir. Yetiririkmi?”

PİA.AZ-ın əməkdaşı Nərminə Umudlu: Oqtay Şirəliyevin bəh-bəhlə təriflədiyi analoqu olmayan səhiyyəmizdən, həkimlərimizdən daha bir analoqu olmayan sübut. Bu həkimi işdən azad etmək yox, əməliyyat masasında ayağın kəsib, sonrada demək lazımdır ki, səhv saldım sağ ayağınla sol ayağını...Lənət  olsun...”

Ədəbiyyatşünas, tənqidçi Cavanşir Yusifli: “Bu dünyada ən intim, heç kəsin təşrif gətirə bilmədiyi yer yazıçının yazı masasıdır”.

Yazıçı Xalid Hüseynli: “Dünyada sadəcə, bir günah var, bircə dənə. Buda oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürürsən, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının ise atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar