Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: “Ab-hava “Xankəndini Ermənistana bağışlamalıyıq” təsirini bağışlayır”


Müasir Müsavat Partiyasının sədri: “İlham Əliyev və Serj Sarkisyanın iyunda baş tutacaq görüşü yekun görüş olmalıdır. Əgər bu görüşdə də bir nəticə əldə edilməsə, öz torpaqlarımızı müharibə yolu ilə azad etməyə məcburuq”


“Allah bizim hüquq-mühafizə orqanlarına da insaf versin. Bir çoxlarını heroinlə tuturlar, jurnalistləri başqa cür adlarla təqib edirlər. Bu düzgün deyil”.

 Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev PİA.AZ-a müsahibəsində qeyd edib. 

PİA.AZ Hafiz Hacıyevlə olan müsahibəni təqdim edir:

-Hafiz bəy, partiyanız prezidentlərin Vyana görüşünü necə dəyərləndirir? Hesab edirsinizmi ki, münaqişənin həlli üçün şərait yetişib?

- Vyana görüşlərindən sonra ermənilər yenidən atəşkəs rejimini pozublar, istədiklərini edirlər. Hətta hədələyici bəyanatlar da verirlər. Biz bunu çox qorxulu tendensiya adlandırırıq və onların bu gün apardığı mübarizənin Vyana danışıqlarına uyğun gəlmədiyini görürük.  Mən Vyana görüşündən heç bir şey gözləmirəm. Azərbaycanın Dağlıq Qarabağı sülh yolu ilə azad edəcəyinə inanmıram. Bu gün güclü ordumuz və Azərbaycan xalqının birliyi naminə biz Qarabağ torpaqlarını işğaldan azad edə bilərik. 

Torpaq bizimdir, istədiyimiz anda torpaqlarımızın yiyəsi olmalıyıq. Ancaq neyləmək olar ki, bəzən bizi Qarabağ torpaqlarından imtina etməyə məcbur edirlər. Vyana görüşündə bəzi detalların məxfi saxlanması ola bilər. Çünki erməni, rus saytlarından tamamilə başqa mənzərə ortaya çıxır. Kimlərisə özlərini qorumaq və ya hansısa səbəbdən dolayı  bu mənzərə qane edə bilər, amma bizi qane etmir və etməyəcək. Reallıq bundan ibarətdir ki, bu gün ermənilər öz havadarları sayəsində yenidən Azərbaycana qarşı çox iyrənc oyun oynayırlar. 

Hal-hazırda Rusiyanın xüsusi təyinatlı dəstələri  Ermənistanda hərbi təlimlər keçirlər. Guya onlardan aldığımız torpaq sahələrini geri qaytarmaq üçün cəhdlər edirlər. Onlar Azərbaycanın torpaqlarını işğal etdiklərini hələ də dərk etmirlər. Kimsə bunu təbliğata çevirirsə, bu da düzgün deyil. Azərbaycan prezidenti bu yaxınlarda Türkiyədə keçirilən tədbirdə də Dağlıq Qarabağ məsələsini ciddi şəkildə qabartdı. Həmçinin Ərdoğan BMT sədrinə dörd qətnamənin var olduğunu və niyə Dağlıq Qarabağ məsələsinin həll olunmadığını bildirdi. Biz iyunda keçiriləcək görüşü gözləməliyik. 


Hafiz Hacıyev: “Azərbaycanın Dağlıq Qarabağı sülh yolu ilə azad edəcəyinə inanmıram”.


Hesab edirəm ki, İlham Əliyev və Serj Sarkisyanın iyunda baş tutacaq görüşü yekun görüş olmalıdır. Əgər bu görüşdə də bir nəticə əldə edilməsə, öz torpaqlarımızı müharibə yolu ilə azad etməyə məcburuq. 25 ildir torpaqları verib, dalınca baxmağa dəyməz. Bu unutqanlığa gətirib çıxarır. Anadan olan qarabağlı, şuşalı, kəlbəcərli artıq Qarabağı unutmaq üzrədir. Ermənilərin məqsədi də status kvonun bu cür saxlanmasıdır.Bizim torpaqlarımızda narkotik əkirlər, torpaqlarımızı digər dövlətləriə arendaya veriblər. Biz buna dözə bilmərik. Torpaqlarımızın azad edilməsi üçün ordumuzun bundan sonra da daha yaxşı güclənməsinə kömək etməliyik, vətəndaş həmrəyliyə önəm verməliyik, siyasi partiyalar birlik göstərməlidir. Bu olmasa biz heç vaxt Dağlıq Qarabağı işğaldan azad edə bilməyəcəyik. 

Çox təəssüf ki, bəzi insanlar ölkə daxilində vətəndaş həmrəyliyinin olmasını istəmirlər. Buna baxmayaraq, biz mübarizə aparmalıyıq.Düşünürəm ki, bizi qarşıda çox böyük iqtisadi sınaqlar gözləyir. Həmçinin Dağlıq Qarabağ kimi yaramız var. Əgər Azərbaycanda olan siyasi partiyaların hərəsi bir tərəfə çəkilsə, əlavə itkilər də verə bilərik. Vyana görüşlərinin ab-havası  Xankəndini Ermənistana bağışlamalıyıq təsirini bağışlayır. Erməni mətbuatından izlədiklərim qədəriylə ermənilərdə elə bunu istəyir. Ancaq biz bununla razılaşa bilmərik. Vaxtilə İrəvanı, Zəngəzuru, Göyçəni verdik. əgər hansısa rəhbər də ermənilər kimi düşünürsə, onun axırının olacağına inanmıram. 

Hafiz Hacıyev: “Avropanın, Qərbin siyasi dustaq adlandırdığı şəxsləri azad etmək lazımdır”.


- ABŞ-ın məşhur senatoru Con Makkeyn “Amerikanın Səsi” Radiostansiyasının Azərbaycan xidmətinə müsahibəsində Azrbaycan hökümətini insan haqqlarını pozmaqda ittiham edib. Sizcə, Makkeynin bu ittihamlarının arxasında erməni diasporası dayana bilər?

- Con Makkeyn ittihamının arxasında erməni diasporası dayanmır. Çünki özü də elə ermənidir. Prezidentimiz humanistlik edib Leyla Yunusla Arif Yunusu azad buraxdı və onlar sığınacaq istəyirlər. Azərbaycandan gedib çox ciddi arqumentlərlə çıxış edirlər ki, burada insan hüquqları pozulur, diktatura rejimidir, dözülməz şərait yaranıb. Erməni diasporasına da məhz bu cür insanlar lazımdır ki, onlardan istifadə etsinlər. Fikrimcə, Avropanın, Qərbin siyasi dustaq adlandırdığı şəxsləri azad etmək lazımdır. Onlara bu cür arqumentlərdən istifadə etməyə imkan verməməliyik. Buraxılan bir neçə siyasi dustaq  nə etdilər ki, bundan sonra buraxılanlar da nə etsinlər?! Sanki hakimiyyətin daxilində də prezidentimizi təzyiq altında saxlamaq istəyirlər. Bu daxilimizdə olan müəyyən qruplaşmaların planıdır. İlqar Məmmədov, Əli İnsanov, Xədicə İsmayıl buraxılsa, nə olasıdır ki? Biz başqa dövlətlərin əlinə “kozur” verməmliyik. (Qeyd edək ki, müsahibə götürüldüyü zaman Xədicə İsmayıl hələ azadlığa çıxmamışdı. Red.)
 
Ümumiyyətlə, Azərbaycanda siyasi məhbus anlamlı maddə yoxdur. Allah bizim hüquq-mühafizə orqanlarına da insaf versin. Bir çoxlarını heroinlə tuturlar, jurnalistləri başqa cür adlarla təqib edirlər. Bu düzgün deyil. Görürsünüz, ABŞ-ın dövlət katibi Con Kerri 28 May Respublika günü münasibəti ilə təbrikində də yenə həmin məsələlərə üstüörtülü toxunur. Bizim hansısa nöqsanımızdan ermənilər çox məharətlə istifadə edirlər.  Erməni diasporası ilə yanaşı, içimizdə ermənilərlə qohumluğu olanlar da ölkədəki vəziyyətdən “kozur” kimi istifadə edirlər. Azərbaycanın əleyhinə dünya televiziyaları ilə yanaşı,bizim  müəyyən dairələr də  kanallar yaradıblar. Onların yaydıqlarını dünya görürük. Ermənilərə Azərbaycanda insan hüquqlarının pozulması, qanunların işləməməsi lazımdır. Hər halda cənab prezident  ölkədəki bu məsələləri sülh yolu ilə yoluna qoymağa çalışır. 


Hafiz Hacıyev: “Vaxtilə Heydər Əliyevə ağır sözlər yazanlara indi ayda  50-100 min manat pul verirlər, sayt yaradıblar”.


Vyana görüşü kimi görüşlərdə bizim dırnaqarası bu siyasi məhbusların olması və insan haqqlarının pozulması kimi yersiz faktlarla nümayəndə heyətimizin dilini qısa edirlər. Bu baxımdan həmin insanları azad etmək lazımdır. Erməni diasporası dünyada səpələnib. Düzdür, bizim diaspora hələ ki o səviyyədə deyil, amma hər halda daxilimizdə çox ciddi anti-dövlət təbliğatı gedir. Azərbaycanı qaralamaq üçün üçüncü devalvasiyanın olmasını gözləyirlər. Dağlıq Qarabağın həll edilə bilməməsindən istifadə edib insanlar arasında çox ciddi təbliğat aparan qüvvələr var. Məsələn, “Azərbaycan saatı”nda ölkənin bütün iç üzünü açıb göstərirlər. Bunu xaricdə ermənilər də, ingilislər də görür. Bundan sonra bizi kim sevə bilər? Heç kim... Biz elə fikirləri ortaya qoymalıyıq ki, dövlətçiliyə xeyiri olsun. Ona görə özümüzü daha çox daxili ermənilərdən qorumalıyıq. 

Vaxtilə Heydər Əliyevə ağır sözlər yazanlara indi ayda  50-100 min manat pul verirlər, sayt yaradıblar. Həmin insanların vaxtında dedikləri qəzetlərdə durur. Dünən bunları söyən, təhqir edən adamlara bu gün milyonlar, villalar bağışlayırlar. Bir unutqanlıq var və bu unutqanlığa görə bəzi qüvvələr də qisas almaq naminə Azərbaycanı nüfuzdan salmaq üçün bütün güclərini işə salıblar. 

Hafiz Hacıyev: “Elman Rüstəmovun mətbuatdakı öncəki açıqlamalarında da demişdim ki, onları Qəddafinin taleyi gözləyir. Bundan sonra mənə qarşı məzəmmətlər oldu”.


-Dünən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov mətbuata açıqlama verərək bank sektorunun defolt edə biləcəyini istisna etməyib. Sizin partiya Mərkəzi Bankının maliyyə siyasətini necə dəyərləndirir? Mərkəzi Bankın bu günə qədər apardığı maliyyə siyasəti indiki vəziyyətin yaranmasında rol oynayıbmı?

- Azərbaycanın bütün bankları Mərkəzi Bank tərəfindən istiqamətləndirilir. Əgər biz vaxtında maliyyə siyasətimizi düzgün qura bilsəydik, bugünkü vəziyyət yaranmazdı. Elman Rüstəmovun mətbuatdakı öncəki açıqlamalarında da demişdim ki, onları Qəddafinin taleyi gözləyir. Bundan sonra mənə qarşı məzəmmətlər oldu. Mən onların gələcəyi naminə bu sözləri deyirəm. Məsələn, bu gün Azərbaycanda manatı süni surətdə dollara nisbətdə saxlamaq düzgün deyil. Manatın arxasında iqtisadi inkişaf durmalıdır. O bu gün bizdə yoxdur. Hansı iqtisadiyyatdan danışmaq olar ki, bu gün Azərbaycanda istifadə edilən yağların hamısı xaricdən gətirilir. Azərbaycanın ixrac potensialı azalıb. Biz hər şeyi xaricdən alırıq. Xaricdən alınan malların hamısı dollarla alınır. Manatın arxasında Azərbaycanın iqtisadiyyatı dayanmırsa, Elman Rüstəmovun bu məsələdə danışdıqları fiaskodur. Elman rüstəmovun açıqlamasından sonra dollar qalxır, Azərbaycan xalqına ziyan dəyir. Mağazalarda da alıcı qabiliyyəti aşağı düşüb. İndi də Vergilər Nazirliyi iri marketlərdən 18% əlavə dəyər vergisi tələb edirsə, kənd təsərrüfatı məhsullarının istehsalına nə qədər pul xərcləndiyini bilməlidir. Gərək o pul gəlsin ki, manat bazarda öz stabil vəziyyətini tutsun. Ona görə də Elman Rüstəmov qorxusundan və ya nəyinsə xətrinə yalançı arqumentlərlə çıxış edir”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar