Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

40 milyonluq qalmaqalda daha bir müəmmalı ölüm


Təcridxanada dünyasını dəyişən Yaşar Mehdiyev kimdir?


Mayın 21-də Bakı İstintaq Təcridxanasında ölüm faktı qeydə alınıb. Belə ki, 3 aydır məhkum olunmuş Yaşar Mehdiyev qəfildən dünyasını dəyişib.

Təcridxanadan mətbuata verilən məlumatda bildirilib ki,  Y.Mehdiyev ürəktutmasından dünyasını dəyişib. İlkin məlumatlarda bildirilirdi ki, o, “Parabank”ın iddiası əsasında həbs olunub. Hazırda məhkəməsi davam edən Y.Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bu gün “son söz” deyəcəkmiş…

IMG-20160524-WA0002

Qeyd edək ki, Yaşar Mehdiyev “Parabank” və “KİA Motors Az” MMC-nin adı keçən səs-küylü 40 milyonluq qalmaqala görə həbs olunan 3 nəfərdən biridir. Onun ölümü bu işdə ikinci müəmmalı ölüm faktıdır. Bundan əvvəl “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərovun etibarlı adamı kimi “Parabank”ın “Nəsimi” filialına təyin etdiyi Abbasov Fərhad Cəfər oğlu da müəmmalı şəkildə intihar etmişdi. F.Abbasov S.Səfərovun bu filialda qeyri-rəsmi saxladığı 40 milyon manatı idarə edən əsas fiqur idi.

Bu cinayət işi barədə xatırlatma verməzdən öncə qeyd edək ki, mərhum Yaşar Mehdiyev “Parabank” ASC-nin “Nəsimi” filialında baş mühasib işləmiş Sevinc Mədətovanın yeznəsidir. Onun “Kia Motors Az” MMC-nin qeyri-rəsmi şəkildə filialın xəzinəsində saxlanılan 689 132,75 manat pulunun bankdan çıxarılmasında vasitəcilik etdiyi üçün həbsə alındığı bildirilir.

Qeyd edək ki, bu cinayət işinin detalları ilə bağlı ötən aylarda KİV-lərdə, o cümlədən “AzPolitika.info”da geniş yazılar dərc olunub. Cinayət işinin başlanmasına səbəb kimi “Parabank”ın “Nəsimi” filialının bunkerində “Kia Motors” MMC-nin qeydiyyata salınmayan, dövlətdən gizlədilərək saxlanılan 40 milyona yaxın vəsaitinin olması, onun qeyri-qanuni dövr etdirilməsi və bu pulun müəyyən hissəsinin yoxa çıxmasından sonra bir nəfərin müəmmalı şəkildə ölməsi göstərilir. 

Behruz-Mirzeyeb-Filial-mudiri-231x300

Məlumatlarda bildirilirdi ki, “Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərov qohumluq əlaqələrində olduğu “Parabank”ın “Nəsimi” filialının rəhbəri Bəhruz Mirzəyevlə sövdələşərək, qeyd olunan məbləğdə vəsaitini heç bir sənədləşdirmə aparmadan bankın xəzinəsində saxlamaqla, vergi uçotundan gizlədib.

Bundan əlavə bank və şirkət rəhbərliyinin həmin pulların qanunsuz dövriyyəsi ilə məşğul olduğuna və bu yolla “çirkli pulları” leqallaşdırdığına dair əsaslı sübutlar və iddialar var. “Kia Motors Az” MMC-nin “Parabank”da sənədləşdirmə aparılmadan saxlanılan və istifadə olunan 40 milyon manatına nəzarət edən Fərhad Cəfər oğlu Abbasovun ölümü – guya 8 bıçaq zərbəsi ilə intihar etməsi isə bu işin ən diqqətçəkən və müəmmalı tərəfidir.

Fərhad Abbasov “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərovun ən etibarlı adamlarından biri olub, buna görə də 40 milyon manatı idarə etmək üçün “Parabank” ASC-nin “Nəsimi” filialına göndərilib. Hətta bu məqsədlə Fərhad Abbasova “Nəsimi” filialında xidməti otaq da ayrılıb.

40 milyonun 680 mini yoxa çıxıb

Məlumatlara görə, “Parabank” ASC-də dəfələrlə audit yoxlamaları aparılan zaman bankın xəzinəsinin bunkerində böyük qutulara yığılmış “Kia Motors Az” MMC-nin gizlətdiyi pul baratları aşkar olunsa da, bu barədə heç bir tədbir görülməyib, sənədləşdirmə aparılmayıb. Hər halda audit yoxlamalarının nəticələri barədə rəylərdə bu qeyd edilməyib, Mərkəzi Banka məlumat verilməyib. Eyni zamanda rəsmi qeydiyyata alınmadan filialın xəzinəsinin bunkerində qanunsuz şəkildə saxlanılması, onların dövlətdən gizlədilməsi, həmin pulların leqallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi məlumat verilməyib.

Lakin manatın birinci devalvasiyasından sonra banklarda aparılan sistemli yoxlamalar zamanı “Parabank”ın illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, “Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatı 2012-ci ildə yoxa çıxıb.

“Kia Motors Az”ın bankdakı etibarlı nümayəndəsinin müəmmalı ölümü və…

Sexavet-Seferov-225x300
Bu faktın üstü açılandan sonra isə, şirkətin bankdakı etibarlı nümayəndəsi Abbasov Fərhad Cəfər oğlu müəmmalı şəkildə intihar edib. Rəsmi versiyada Fərhad Abbasovun özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyd olunur. Amma bir adamın özünə 8 dəfə ağır bıçaq zərbəsi vura bilməsinin qeyri-mümkün hal olması nədənsə istintaqda nəzərə alınmayıb.

Bu üzdən də, Fərhad Abbasovun ölümü ilə bağlı Binəqədi rayonunda 2012-ci ildə başladılan və sonradan bağlanan cinayət işi Bakı Şəhər Prokurorluğunda yenidən araşdırılmağa başlanıb. Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emin Nəsibov tərəfindən yenidən araşdırılan bu cinayət işinin materiallarında bir çox şübhəli məqamlar ortaya çıxıb. Müstəntiqin diqqətini çəkən əsas məqam, qeyd etdiyimiz kimi, Fərhad Abbasovun özünə 8 bıçaq vurmasıdır. Təcrübəyə əsasən, intihar edən şəxs özünə 3 bıçaq zərbəsindən artıq vura bilmir…

Eyni zamanda müstəntiqin ekspert rəyinə baxarkən daha bir maraqlı məqamı aşkarladığı bildirilir. Belə ki, ekspert rəyindən məlum olub ki, bıçağın birincisi mərhumun köynəyinin üstündən, digərləri isə köynək yuxarı qaldırıldıqdan sonra vurulub və sonda boğazı kəsilib.

Bu “səliqəli” hərəkətin intihar edən adamın özü tərəfindən həyata keçirilməsi inandırıcı hesab olunmur. Ancaq nədənsə, bu və onlarla belə şübhəli məqamlar Binəqədi Prokurorluğunun diqqətini çəkməyib.

Halbuki, iddalara görə, Fərhad Abbasov ölümündən əvvəl Səxavət Səfərovun onu hədələdiyini deyirmiş. Eyni zamanda S.Səfərovun oğlu Əşrəf Səfərov tərəfindən də təhdidlərə məruz qaldığını bildirirmiş. Hətta Əşrəf Səfərovun 10-a yaxın idmançı görkəmli şəxslə Fərhad Abbasovu “söhbətə” çağırdığına və döydüyünə dair məlumatlar da var…

Nə 40 milyonun gizlədilməsi, nə də ölüm işi araşdırılır???

Qəribə orasıdır ki, nə “Kia Motors Az” MMC-nin 40 milyona yaxın vəsaiti dövlətdən gizlədərək bankın filalında saxlaması, nə də ölüm işi ilə ortaya çıxan yuxarıda qeyd etdiyimiz faktlar ciddi araşdırma predmeti olmur.

Cinayət işinin istintaqında əsasən “Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatının 2012-ci ildə yoxa çıxması araşdırma predmeti olur. Bununla əlaqədar da şübhəli şəxs qismində 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlu saxlanılıb. Sonradan mərhum Yaşar Mehdiyev və daha bir nəfər bu işlə bağlı həbsə alınıb.

Hansı ki, yaxınları onların tamamilə günahsız olduğunu, “Parabank”ın “Nəsimi” filialında baş vermiş cinayətlərlə heç bir bağlılıqlarının olmadığını bildirirlər.

Eyni zamanda onlar prokurorluğun işi obyektiv araşdırmadığını, sonradan hansısa səbəblərdən istintaqın istiqamətini dəyişdirdiyini iddia edirlər. .

Həbs edilən xəzinədarın anası Prezidentə müraciətində kimləri ittiham edir?

ulvi1

Məsələn,  Ülvi Kazımovun anası Maya Kazımova Prezident İlham Əliyevə, həmçinin respublikanın maliyyə-bank və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciətində işin prokurorluqda obyektiv aparılmadığını, oğlunun heç bir günahı olmadığı halda cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edib.

Maya Kazımova, baş vermiş cinayət hadisəsinin gizlədildiyini, həqiqətlərin saxtalaşdırıldığını bildirir : “Sizə bildirmək istəyirəm ki, Bakı Şəhər Prokuroruluğunda oğlum Ülvi Kazımov Elçin oğlu barəsində açılan cinayət işinin istintaqı qərəzlidir, əvvəlcədən danışılıb, razılaşdırılıb və  birtərəfli şəkildə aparılıb. Bakı Şəhər prokuroru Əziz Seyidov, müavini Azər Əsgərov, İstintaq İdarəsinin rəisi  Cəfər Cəfərov və müstəntiq Emin Nəsibov istintaqı “KİA Motors AZ”-in rəhbəri Səxavət Səfərovun maraqlarına uyğun aparıblar”.

Qeyd edək ki, “Parabank”ın “Nəsimi” filialının bunkerində “Kia Motors” MMC-nin qeydiyyata salınmayan, dövlətdən gizlədilən 40 milyona yaxın vəsaitinin saxlanılmasına dair ittihamlar hər iki qurum tərəfindən təkzib olunub.

Bu işlə bağlı məhkəmə istintaqı isə bitmək üzrədir. Bu gün növbəti proses keçirilib.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar