Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Azərbaycan mafiyası»na güclü zərbə!


Milyarderlər «Şarko»nun himayəsində!


Nisanov və İliyev «Fud Siti» layihəsi üzrə ermənilərlə işbirliyinə girib!

Son günlər Azərbaycan əsilli Rusiya milyarderləri Qod Nisanov və Zarax İliyevin yeni çalışmaları (meyvə-tərəvəz biznesi) barədə məlumatlar Azərbaycan KİV-də tez-yez yer alır. Bu gün “crimerussia.com” saytında dərc olunmuş bir məlumat isə diqqəti xüsusilə çəkir.

“AzPolitika” adıçəkilən sayta istinadla xəbər verir ki, milyarderlər – Qod Nisanov və Zarax İliyev ikisi də «qanuni oğru» Vaqif Süleymanovun («Vaqif») və Zaxari Kalaşovun («Şarko Molodoy») gizli işgüzar tərəfdaşıdır.

«Rumafia.com» saytının məlumatına görə, «qanunilər» Nisanovla İliyevin «Fud siti» adlı layihəsinin qeyri-rəsmi iştirakçısıdırlar. Bu «aqroklaster»in təqdimatı 2014-cü ildə Moskvanın meri Sergey Sobyaninin iştirakı ilə baş tutub və o, Moskvanı meyvə-tərəvəzlə təmin etməlidir. Bu təminat Vaqifin və Şarkonun sıx himayəsi altında gerçəkləşir (qeyd edək ki, Vaqif vaxtilə «qanuni oğru» Ded Xasanın qrupuna daxil olub, indi də Şarkonun yanındadır – M.A.).

Bu yaxınlarda «Rumafia.com»-un müxbiri xüsusi xidmətlərdən birinin nümayədəsindən Forbes jurnalının «təzə» milyarder siyahısını öyrənərkən, həmin nümayəndə qeyd edib ki, bir qədər də keçəcək və bu siyahıda Zaxari Kalaşovun familyası da rahatca yer alacaq.

Bu şəxs hələ öz həyatının İspaniyadakı dövründə milyarder olub. Amma sonradan «çirkli pulların yuyulması» ittihamı ilə həbs olunub və həbsxana barmaqlıqları arasında 8 il «ömür sürüb». Həmin dövrdə «Şarko Molodoy»un maliyyə işləri xeyli pisləşib. Amma onun Moskvaya «zəfər qayıdışı» və oliqarxlarla sərfəli layihələri tezliklə «qanuni oğru»ya yeni və külli sərvət toplamağa şərait yaradıb.

Maliyyə baxımından, Qod Nisanovun (Forbesin siyahısında 27-ci yerdə qərarlaşıb – sərvəti 3,2 milyard dollar olmaqla) və Zarax İliyevin (Forbesin siyahısında 26-cı yerdə gedir – sərvəti 3,2 milyard dollar olmaqla) layihəsi daha uğurlu olub.

Azərbaycan əsilli bu iki dağ yəhudisi əvvəlcə Yuri Lujkovun, sonra isə Sergey Sobyaninin fəal dəstəyi sayəsində Moskvada milyarlarla sərvət toplaya bilib.

Hazırda onlar «Kiyev meydanı» qrupunun sahibidirlər. Bu qrupa bir çox kommersiya və daşınmaz əmlak üzrə ticarət müəssisələri daxildir. Şirkət hər il 1,1 milyard dollar gəlir əldə edir. Onlar «Avropalı» Telemərkəzinin, «Reddison Ukraina» mehmanxanasının sahibdirlər.

2014-cü ildə Nisanov və İliyev növbəti nəhəng layihə üzrə – paytaxtda kənd təsərrüfatı məhsullarının nəhəng pərakəndə ticarət bazarı «Fud Siti»nin tikintisi üzrə işləri başa çatdırıblar. Bu bazar 346 min kvadrat metr sahəni əhatə edir və 300 min kvadrat metr anbar sahəsi var.

shakro

Şarko

Topdansatış ticarətçilər üçün tikmək və yaxşı iş şəraiti yaratmaq bir məsələdirsə, buraya həmin tacirləri şirnikdirib gətirmək başqa məsələdir. Uzun onilliklər ərzində Moskva bölgəsinə böyük partiyalarla meyvə-tərəvəz və göyərti göndərən iş adamları nəhəng «qanuni oğru»ların himayəsi altında işləyirlər (əksər hallarda Azərbaycan əsilli) və «qanunçuların» nəzarəti altında olan bazarlarda ticarət edirlər. Odur ki, başqa bazarlara, o cümlədən, «Fud Siti»yə keçmək cəhdləri «topdansatışçı»lar üçün kriminal dünya ilə problemlər vəd edir. Ona görə də öz ticarətini «Fud Siti»yə keçirmək istəyən yoxdur. «Topdansatış»çı yoxdursa, deməli gəlir də yoxdur…

Saytın xüsusi xidmətdəki mənbəyinin sözlərinə görə, bunun nəticəsi olaraq, Nisanov və İliyev öz problemlərini yeni ünvanlarla bölüşmək zorunda qalıblar. Belə ünvanlardan biri prezident Putinin tələbə yoldaşı kimi tanınan azərbaycanlı milyarder İlham Rəhimovun da adı çəkilir. Amma təkcə o deyil…

Bu çalışmaların sayəsində Nisanov və İliyev öz problemlərini Vaqifin və Şarkonun diqqətinə çatdıra bilib. «Fud Siti»yə satıcı «qovmaq» üzrə layihə gələcəkdə hər iki «qanuni oğru»ya daimi və böyük gəlirlər vəd edir. Nəticədə, azərbaycanlı «qanuni oğru»ların nəzarət etdiyi bazarlardan «pərakəndə»çilərin yerlərini dəyişmək üçün Kalaşov Vaqifə xeyir-dua verib. Düzdür, Şarko ağzından qaçırıb ki, bu zaman «qan tökülməməlidir», çünki yeni «müharibə» heç kimə lazım deyil (diqqətə çatdıraq ki, həmin Şarkonun azərbaycanlı «qanuni oğru» Lənkəranski ilə də problemi var).


Vaqif Süleymanov

Amma hansı «müharibə»dən söhbət gedə bilər ki, «pərakəndəçilərin deportasiyası» barədə qərar ən yüksək səviyyədə qəbul olunub? Şarkonun təkcə adının çəkilməsi kifayət edər ki, digər «oğru»lar pistoletə əl atmasınlar, «optovik»lər isə işləmək üçün yeni bazara («Fud Siti») üz tutsunlar və Vaqiflə Şarkonun himayəsi altına keçsinlər.

Beləliklə, meyvə-tərəvəzin və göyərtinin nəhəng «optovik»lərinin əksəriyyəti «qanuni oğru»ların fəal iştirakı ilə «Fud Siti»yə «köç edir». Bununla da Nisanov və İliyevin xəzinəsinə «pul seli» axmağa, bu axının bir hissəsi isə milyarderlərin gizli tərəfdaşları olan Vaqifin və Şarkonun cibinə axmağa başlayıb.

Qeyd: Bir neçə ay bundan əvvəl xəbər verilmişdi ((«Сирия протягивает фрукты помощи») ki, «Fud Siti»-nin sahibləri Suriyadan meyvə-tərəvəz idxal edərək, Türkiyə kanalını beləcə əvəzləyəcəklər. O zaman xeyli təəccübləndim: Ayə, Suriyanın altının-üstünə çevrildiyi, əhalisinin kütləvi halda cəlayivətən olduğu bir vaxtda, görəsən, Suriyada nəhəng partiyalarla meyvə-təprəvəzi kim əkib-becərəcək, kim toplayıb, Moskvaya göndərəcək?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar