Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçay ƏSMM müdirinin qoyun fermaları, vilalları üzə çıxdı - Video

Aqşin Qafurov 13 yaşlı azyaşlı uşağa 500 qoyunu səhər saat 6-dan axşam saat 20:00-a kimi otartdırır


Dünən “Göyçayda dövlət sosial müdafiəsi adına Aqşin Qafurov rəzaləti” adlı dərc etdiyimiz yazıdan sonra adı çəkilən rayonun bir çox vətəndaşları mərkəz müdirinin və ətrafının korrpusiya əməlləri barədə saytımıza xeyli sayda ilginc məlumatlar göndəriblər. 

Həmin məlumatlardan bir neçəsini oxucularımıza çatdırmamışdan öncə qeyd edək ki, ilk yazımızda Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzinin müdiri Aqşin Qafurovun “Göyçayda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə işləməsini bildirmişdik. Mərkəz müdirinin sosial almaq istəyən vətəndaşlardan nəğd şəkildə 600-700 manat rüşvət aldığını və bu işdə onun əsas köməkçilərinin Aqşin Qafurovun müavini Fuad Seyidovun, baş müahsibi Fəhmin Cəfərovun və onun baldızı Esmira adlı xanımın olduğunu qeyd etmişdik. Göyçay sakinləri saytımıza göndərdikləri şikayətdə bildirirlər ki, Aqşin Qafurovun arxasında nazir Səlim Müslümovun yaxın ətrafı dayandığı üçün mərkəz müdiri ölkə Pezidentinin və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xəbərdarlıqlarını qulaqardına vuraraq heç kəsi saymır. 

AzFakt.com-un dərc etdiyi məqalədən sonra əlaqə nömrəmizə zəng edərək özülərini Göyçay ƏSMM-nin işçisi kimi təqdim edən və  adlarını açıqlamayan şəxslər Aqşin Qafurov haqqında yazılanların yalan olduğunu, mərkəzdə bütün işlərin qaydasında getdiyini, şikayət edən rayon sakinlərinin qərəzli olduğunu bildirdilər. Ancaq Göyçay sakinlərinin Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurovla bağlı saytımıza göndərdikləri xeyli sayda məlumatları dəqiqləşdirmək üçün rayondakı etibarlı mənbələrimz vasitəsi ilə kiçik bir araşdırma aparmağa qərar verdik. 

Apardığımız  araşdırmalarda məlum oldu ki, Aqşin Qafurov və onun mərkəzdəki Fuad, Fəhmin, Esmira üçlüyündən ibarət “komandası” həqiqətəndə sosial yardım almaq istəyən vətəndaşları soymaqla məşğuldurlar. Əgər bu deyilənlər yalandırsa o zaman Aqşin Qafurov Göyçay rayonunda inşa etdirdiyi dəbdəbəli villanı, obyektləri, qoyunçuluq təsərrüfatını, yüz hektarlarla torpaq sahələrini hansı vəsaitlər hesabına əldə etdiyini açıqlasın. 

Göyçay sakinlərinin verdikləri məlumatlarda bildirilir ki, Aqşin Qafurovun rayonun Bığır kəndində iki qoyun ferması fəaliyyət göstərir və həmin təsərrüfatda 1000-ə yaxın qoyun var. Mərkəz müdirinin qoyun ferması ilə bağlı saytımıza göndərilən digər ilginc video məlumatda göstərilir ki, Aqşin Qafurov azğınlaşmış bir məmur olaraq qoyunlarını 13 yaşı olan azyaşlı bir uşağa otartdırır. Həmin uşağın Əhmədov Səbuhi Səməd oğlu olduğu və 500-ə yaxın qoyun otardığı video faktda açıq şəkildə göstərilir. Ən azından Aqşin Qafurovun 13 yaşı olan azyaşlı bir oğlanı çobanı kimi istifadə etməsi bütün çərçivələri aşır. Oxucularımıza göstərəcyimiz video faktda mərkəz müdirinin 13 yaşlı çobanı azyaşlı Səbuhi Əhmədov açıq şəkildə deyir ki, Aqşin Qafurovun qoyunlarını səhər saat 6-dan axşam saat 20.00-a kimi otarır. 

Göndərilən digər ilginc məlumatda isə qeyd olunur ki, mərkəz müdirinin Göyçay şəhərində yerləşən 3 mərtəbəli dəbdəbəli villasının qiyməti təxminən 1 milyon manata yaxındır. Ancaq Aqşin Qafurovun villası biri ilə bitmir. Belə ki, Göyçay rayonun Potu kəndində Aqşin Qafurova məxsus daha bir villa mövcuddur.Bundan başqa mərkəz müdirinin Bakı şəhərində bir neçə evinin, Qəbələdə evinin, İsmayıllı rayonunda torpaq sahələrinin və obyektinin olduğu deyilir. 

Görünən odur ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri dəyəri milyonlarlla manat olan var-dövləti əmək haqqı hesabına əldə etməyib.Çünki Azərbaycan reallığında hansısa bir məmurun və yaxud işçinin əmək haqqı ilə bu qədər var dövlət sahibi ola bilməsi yalnız xəyallarda mükündür. 

Göyçay rayon sakinləri bildirirlər ki, Aqşin Qafurov yüzlərlə şəxsi qanunsuz olaraq sosial yardım siyahısına salıb. İndidə həmin şəxslərin yenidən siyahıya salınması üçün çalışır və demək olar ki, istəyinin bir hissəsinə çox asanlıqla çatıb. Çünki öz admlarının sənədlərini ustalıqla saxtalaşıdran mərkəz müdiri onların nazirliyin komputer sistemindən asanlıqla keçməsinə şərait yaradır. 

Rayon vətəndaşları Göyçayda saxta sosial yardım alan şəxslərin siyahısını saytımıza göndərərək dərc etməyimiz xahiş edirlər. Lakin ilk öncə saxta sosial yardım alanların siyasını Göyçaydakı mənbələrimiz və aidiyyatı yerlərlə dəqiqləşdirdikdən sonra oxuclarımıza təqdim edəcəyik.



Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar