Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan hökuməti ``DQR``-in tanınmasına “hə” dedi -layihə parlamentə göndərildi

Bu dəqiqələrdə Ermənistan hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyi”nin tanınması məsələsi ilə bağlı parlament müzakirələrinə etiraz etmədiyini açıqlayıb


Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, hökumət yekun qiymətləndirməni edərək müxalifətdən olan deputatlar Zarun Postancanyan və Qrant Baqratyanın həmmüəllifliyi ilə hazırlanmış absurd qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasına razılıq verib.

 Məlumatda o da bildirilir ki, layihənin geniş müzakirəsinə ehtiyac olmayıb. 

Qeyd edək ki, bir gün əvvəl Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanı narahat olmamağa çağırmışdı. “Moskvada Ermənistan deputatlarının Qarabağın tanınması ilə bağlı təklifləri ilə əlaqədar panika üçün əsas görmürlər”-deyən Lavrov iddia etmişdi ki, bu erməni parlamentinin iki üzvünün təklifidir. “Ermənistan hökuməti onların qanunlarına əsasən, onların hamıya izah etdiyi kimi, bu qanun layihəsi ilə bağlı qiymətləndirmə verməlidir. Mən indi həyacan sinqalı verməz və panikaya düşməzdim”- Rusiya XİN başçısı demişdi.

Amma Ermənistan hökuməti hətta Lavrovun “iradəsinə zidd hərəkət edərək” layihənin parlamentdə müzakirəsinə razılıq verdi. İddialar var ki, əslində bu, Moskvanın xeyir-duası ilə baş verən prosesdir.

Rəsmi Bakı “DQR”-in tanınması halında baş verə biləcək hadisələrə görə Ermənistanın məsuliyyət daşıyacağını bəyan edib. Görünən budur ki, Ermənistan hökuməti savaş yolunu seçdi. Parlamentin bu səhvi düzəltməyəcəyi halında müharibə qaçılmaz olacaq.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar