Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Azərbaycanı nüvə silahı və “çirkli silah”la təhdid etməsinə niyə beynəlxalq aləm səssiz qalır? – Ekspert rəyi

Qabil Hüseynli: “Ermənistanın Azərbaycanı nüvə silahı və "çirkli silah"la təhdid etməsinə beynəlxalq aləmin səssiz qalması çox təəccüblüdür”


“Əlbəttə ermənilər hələ ki, bu silahın onlarda olduğunu birmənalı qaydada iddia etmirlər. Amma deyirlər ki, biz o silahı hazırlaya bilərik”

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın Azərbaycanı nüvə silahı və "çirkli silah"la təhdid etməsinə baxmayaraq beynəlxalq aləmin səssiz qalmasını PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi bugünlərdə Ermənistan hərbi rəhbərliyində təmsil olunan bəzi generallar mətbuata verdiyi açıqlamada Azərbaycanı radioaktiv tullantılardan hazırlanan “çirkli silah”la təhdid edib. Yəni Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyan kimi, general-mayor Arkadi Ter-Tadevosyan da dəfələrlə Azərbaycan əleyhinə hərbi əməliyyatlarda radioaktiv silahdan istifadə etmək niyyətlərini bildiribdilər.

Bəs Ermənistanın Azərbaycanı nüvə silahı və "çirkli silah"la təhdid etməsinə niyə beynəlxalq aləm səssiz qalır? Ümumiyyətlə beynəlxalq aləm Ermənistanın bu tədidlərini ciddi qəbul etmir, yoxsa bu təhdidi Azərbaycana təzyiq vasitəsi kimi görüb susqunluq nümayiş etdirirlər?



Qabil Hüseynli: “Azərbaycan bu məsələni beynəlxalq təşkilatlarda qaldırmalı və siyasi qiymət verilməsini tələb etməlidir”


Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib. Qabil Hüseynli qeyd edib ki, əgər bu silahın əsli olmasa da ona bənzəri Ermənistanda varsa, bu ölkəyə qarşı da ciddi tədbirlər görülməlidir:

Ermənistanın Azərbaycanı nüvə silahı və "çirkli silah"la təhdid etməsinə beynəlxalq aləmin səssiz qalması çox təəccüblüdür. Çünki bildiyimiz kimi bu yaxınlarda Vaşinqtonda Betnəlxalq Təhlüksizlik Məsələlərinə dair sammit keçirildi. Dünya çox həyəcanla nüvə silahının qarşısının alınmasından və nüvə silahı ilə təhdid etməkdən danışdı. Nəzərə aldılar ki, bütün dünya çalışmalıdır ki, nüvə silahlarının həcminin azaldılsın və nüvə silahının yayılmaması haqqında fakta daha çox ölkə qoşulsun. 

İndi məlum olur ki, Ermənistanda nüvə silahı olmasa da atom elektrik stansiyasının tullantılarından hazırlanmış və guya "çirkli atom" bombası deyilən bomba istehsal ediblər. Ermənilərin bu silah doğruçu atom silahından fərqlənsə də, amma onun da güclü radiasiya şüalanması var. Əlbəttə ermənilər hələ ki, bu silahın onlarda olduğunu birmənalı qaydada iddia etmirlər. Amma deyirlər ki, biz o silahı hazırlaya bilərik. Bu işin tətbiqi də o qədər asan məsələ deyil. Amma dünya Ermənistanın dediyi bu fakta duyarlı olmalıdır.

Qabil Hüseynli: “Ermənistan bu təhdidi ilə Azərbaycan əhalisini qorxutmaq istəyir”


Mən hesab edirəm ki, Azərbaycan bu məsələni beynəlxalq təşkilatlarda qaldırmalı və siyasi qiymət verilməsini tələb etməlidir. Beynəlxalq Atom Təşkilatı olan “MAQATE” var. Bu təşkilat Ermənistanda yoxlanışlar aparmalıdır. İrana qarşı necə sanksiyalar tətbiq edildisə, yəni əgər bu silahın əsli olmasa da ona bənzəri Ermənistanda varsa, bu ölkəyə qarşı da ciddi tədbirlər görülməlidir. Amma dünya bu məsələdə susursa, biz məcbur etməliyik ki, dünya danışsın. 

Əlbəttə Beynəlxalq aləm Ermənistanın bu tədidlərini ciddi qəbul etmir. Həm də Ermənistan bu silahı lap hazırlasa da, ona “çirkli silah” deyirlər. Yəni o silahın dağıdıcı qüvvəsi yoxdur, amma zəhərləyici qüvvəsi var. Amma bütövlükdə götürsək nüvə tullantısı kimi bir şeydir. Həm də əgər bir dövlət başqa dövləti “çirkli silahla” təhdid edirə beynəlxaql qurumlar, beynəlxalq təşkilatlar bu tətdidə siyasi qiymət verməlidir. Mən yenə deyirəm, təşəbbüs Azərbaycanan gəlməlidir və Azərbaycan bu məsələni beynəlxalq müstəviyə qaldırmalıdır. Ermənistan həm də bu təhdidi ilə Azərbaycan əhalisini qorxutmaq istəyir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar