Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

GDU-nun prorektorunun müdhiş maxinasiyaları

Fəxrəddin Həsənov DTX-nın şəhər şöbəsinin rəisi Əli Əliyevlə birləşərək bütün ali məktəb və kollecləri nəzarətlərinə alıblar


Ötən günlərdə Politika.Az-ın elektron ünvanına Gəncə şəhərindən məktub daxil olub. 

Bir qrup şəxs tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevə ünvanlanmış müraciətdə xidmətin Gəncə şəhər şöbəsinin rəisi Əli Əliyevdən və GDU-nun prorektoru Fəxrəddin Həsənovdan şikayət edilir. 

Müraciətdə qeyd olunur ki, Əli Əliyev öz işlərinə aid olmayan məsələlərlə məşğul olur. Onların sözlərinə görə, GDU-nun təsərrüfat məsələləri üzrə prorektoru Fəxrəddin Həsənov onun yaxın qohumudur və bu şəxslər birləşərək Gəncədəki ali məktəb və kolleclərdə maliyyə maxinasiyaları həyata keçirirlər. «Fəxrəddin Həsənov özünün etdiyi əməllərinə haqq qazandırmaq üçün bütün bunları Əli Əliyevin tapşırığı ilə etdiyini deyir».

Şikyətçilər yazırlar ki, Fəxrəddin Həsənov 2006-cı ildən bu vəzifədədir. «Elman Məmmədov GDU-nun rektoru olduğu dönəmlərdə edilən şikayətlərə baxılması üçün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Fəxrəddin Həsənovun fəaliyyəti yoxlanılmışdı. Həmin vaxt külli miqdarda korrupsiya halı aşkarlanmışdı. Belə ki, yoxlamalar zamanı məlum olmuşdu ki, 6 milyon 742 min 337 manat mənimsəmə var. Araşdırmalar zamanı məlum olmuşdu ki, bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, o zaman GDU-nun bas mühasibi işləyən (hal-hazırda Gəncə şəhər Mərkəzi poçtun müdiri) Nizami Mustafayevlə əlbir olaraq saxta sənədlərə imza atmaqla mənimsəyiblər».

Məlumatda vurğulanır ki, həmin vaxt araşdırmalar zamanı o da məlum olub ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq, həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə, yəni təsərrüfatda işləyir. «Qalan 21 nəfərin adi ştat cədvəlində olsa da faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmayıb. Həmin şəxslərin maaş kartları prorektor Fəxrəddin Həsənovdadır və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurlar. Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahibinə qaytarmağına baxmayaraq, hal-hazırda yenə də Fəxrəddin Həsənov həmin kartları mənimsəyərək öz talançı əməllərindən əl çəkmir».

Məktubda daha sonra qeyd olunur ki, Həsənov şəhərdə yüksək vəzifəli məmurların (Gəncə şəhəri DTX şöbəsinin rəisi Əli Əliyev və Gəncə şəhər icra başçısı Elmar Vəliyev) adından istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur.

 «Təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binalarında xəfiyyə şəbəkəsi quraraq onun üçün “maraqlı” olan adamların hara gedib gəldiklərini izlədir. Bir neçə dəqiq fakt qeyd edək. Universitetin əsas binasında 2500 manatlıq kamera və fotoaparatlar alınmış və onlar maliyyə sənədlərində 12500 manat göstərilmişdir. Fəxrəddin Həsənov “Samsung” firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə iş birliyi quraraq oradakı dostlarının vasitəçiliyi ilə Universitetin bütün tədris binalarına külli miqdarda proyektor, komputer, notbooklar almış və bunların hamısı sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq, köhnə, işlənmiş, demək olar ki, istifadəyə yararsız mallardan ibarət olmuşdur. İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir. Fəxrəddin Həsənov bu yolla külli miqdarda dövlət əmlakını talayıb». 

Verilən məlumatda qeyd edilir ki, Bayraq Meydanının yaxınlığında yerləşən tədris korpusunun yalnız bir mərtəbəsinə təmir üçün 54000 AZN pul ayrılmağına baxmayaraq, onun bir manatı belə üzə çıxmayıb və Fəxrəddin Həsənov tərəfindən mənimsənilib. «Maliyyə sənədlərinə baxdıqda aydınca görünür ki, 18 manatlıq qurğunun biri 92 manata, 3 manat 60 qəpiklik qurğunun biri isə 39 manat 70 qəpiyə sənədləşdirilib. Hal-hazırda tələbə yataqxanası üçün nəzərdə tutulmuş yataq dəstləri Alüminiumçular qəsəbəsi deyilən yerdə yaşayış binasının altındakı mağazada Fəxrəddin Həsənov tərəfindən dədə malı kimi satılır. 

Maraqlıdır ki, universitetin yataqxanasında bir nəfər belə tələbə yaşamır. Universitet üçün alınmış inventarları Fəxrəddin müəllim öz işçilərinə dədə malı kimi paylayır. Ən agrılı hal odur ki, ayaq üstə 10 dəqiqə belə çıxış edə bilməyən bu adam fakültə dekanlarına təsir edərək öz iyrənc əməllərini həyata keçirir. O, təsərrüfat işləri üzrə prorektor olmağına baxmayaraq elə şərait yaradıb ki,universitetin bütün işçiləri icazə almaq üçün ona müraciət etməlidir, axı, bu onun səlahiyyət çərçivəsinə aid deyil. Universitet binalarının təmiri onun qudası Yunis müəllimin təmir işlərinə baxan şirkəti tərəfindən həyata keçirilir. Bu zaman isə rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan olunur».

Müraciətdə qeyd edilir ki, Fəxrəddin Həsənov həmin çirkli pullarla yeməkxanalarda əylənərək,spirtli içki qəbul etməklə özünə və vəzifəsinə xas olmayan əməllərlə məşğuldur. «Maraqlıdır ki,Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər şöbəsinin rəisi Əli Əliyev bu şəxsi himayə etdiyindən, heç kim Fəxrəddin Həsənov haqqında tədbir görə bilmir. Çox maraqlıdır, müharibə gedən bir ölkədə, xalqımızın gözəl övladları şəhid olan zaman Fəxrəddin müəllimin və onun himayədarlarının vicdanı bu işlərə necə yol verir? İqtisadi böhranın bu agır dövründə bu adam əcaib əməllərindən niyə əl çəkmir?»

Şikayətçilər DTX rəisi Mədət Quliyevə müraciət edərək, ondan baş verənlərlə bağlı tədbir görməsini istəyirlər. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar