Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tağı Əhmədov Çovdarovun kamerasına harada yaxalanıb?

Metropolitenin sabiq rəhbərinin susqunluğu davam edir


Bakı Metropoliteninin eks-rəisi, YAP Yasamal təşkilatının sədri Tağı Əhmədovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarova 3 milyon manat xərac verməsi məsələsi gündəmdən düşmür. 

Bugünlərdə T.Əhmədovun odioz generala xərac ötürməsinin daha bir detalı üzə çıxıb. Belə iddialar var ki, ortada Tağı Əhmədovu 3 milyon xərac verməyə sövq edən gizli çəkilən video olub. MTN çetesinin gizli çəkilişlər “ustadı” Akif Çovdarovun əlində olan bu kompromat son nəticədə T.Əhmədovun 3 milyon manatla vidalaşmasına yol açıb. İddia edilir ki, T.Əhmədovdan əvvəlcə 5 milyon tələb olunub, sonra bu məbləğ bir məmurun iştirakı ilə 3 milyona qədər endirilib. 

Şantaj videosunun harada çəkilməsi ilə bağlı da maraqlı iddialar var. Akif Çovdarovun əlində kompromata çevrilən videonun Bakıdakı istirahət mərkəzlərindən birində çəkildiyi bildirilir. Yada salaq ki,  “MTN işi” üzrə istintaqın keçmiş nazir Eldar Mahmudovun şəbəkəsinin videoşantaj əməliyyatlarının araşdırıldığı haqda xəbərlər var. İddia ounur ki, istintaqda bəzi məmurların şantajın qurbanı olaraq hələ də şəbəkəyə xidmət göstərmələri ehtimalına yol açan məlumatlar var.  Akif Çovdarovdan başqa çete üzvlərindən bir neçəsinin də nəzarətində əyləncə mərkəzləri, hotel və restoranlar olub ki, həmin ünvanlara da gizli videokameralar yerləşdirilib. Bir müddət əvvəl bu mövzuda maraqlı xəbər yayılmışdı. Həmin xəbərdə bildirilirdi ki, Bakıda fəaliyyət göstərən elit hotellərdən bir neçəsinin - “Emerald”, “Clear” və “Astoria Baku”nun arxasında Akif Çovdarov dayanıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov isə həmin hotellərə nəzarət edib. Rəsmi olaraq bu hotellər ayrı-ayrı MMC-lərə məxsusdur. Bu hotellərin V.Zeynalova aidiyyətini dolayısı ilə təsdiqləyən məqamlardan biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan ərazilərdə yerləşmələridir. Hotellərin icarəçilərə V.Zeynalov tərəfindən təhvil verilməsi haqda da məlumatlar vardı. Ancaq təbii ki, biz Tağı Əhmədovun məhz bu ünvanlardan birində videoşantajın qurbanı olmasını iddia etmirik...

Tağı Əhmədovu digər məmurlardan fərqləndirən cəhətlərdən biri də onun barəsində yazılanlara münasibət bildirməsidir. Maraqlıdır ki, videoşantaj məsələsində Tağı Əhmədov susqunluq nümayiş etdirməyə üstünlük verir. 

Bununla belə, T.Əhmədovun mövqeyini dinləməyə, dərc etməyə hazırıq. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar