Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam camaatı icra başçısını görənə mükafat ayrılıb?


Ağdamın icra başçısı Raqub Məmmədovun yerini deyənə dana hədiyyə veriləcək. Belə bir iddia ilə JAM.AZ saytı çıxış edib.


Qeyd edək ki, son bir ayda Ermənistan Silahlı Qüvvələri mütəmadi olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən kəndlərimizi artilleriya və iri çaplı silahlardan atəşə tutur. Təkcə bu həftə içində Ağcabədi, AğdamTərtərin cəbhəyanı kəndlərinə düşən mərmilərin partlaması nəticəsində onlarla ev dağılıb, iki nəfər şəhid olub, 10-dan artıq yaralı var. 

Xatırladaq ki, düşmən tərəfinin təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusu da lazımi tədbirlər görür. Belə ki, düşmənin bütün atəş nöqtələrini susdurmaq üçün zərbələr endirilir. 

JAM.AZ xəbər verir ki, düşmənin hədəf aldığı əsas rayonlarımızdan biri Ağdamdır. İndiyə qədər rayonun bir çox kəndləri erməni terrorçuları tərəfindən artilleriya atəşinə tutulub. Elə dinc sakinləri şəhid olanlar da bu rayondandır. Maraqlıdır ki, Ağdamın icra başçısı Raqub Məmmədovu nadir hallarda dağıntılar olan kəndlərə baş çəkdiyi müşahidə edilir. Hətta mətbuat nümayəndələri belə onu tapa bilmirlər ki, vəziyyətlə bağlı məlumat əldə edə bilsinlər. Tapdıqları halda isə gülməli vəziyyət yaranır. Ermənilərin kəndləri bombalaması, dağıntılara yol verməsi, hətta itkilərimiz olduğu halda icra başçısı deyir ki, hər şey normaldır. Bunun harası və nəyi normaldır, məlum deyil. 

Raqub Məmmədovun ermənilərdən qorxduğu və ya çəkindiyini demək, ən azından haqsızlıq olardı. Çünki Ağdamın icra başçısı Qarabağ döyüşlərində iştirak edib, kəşfiyyat qruplarının rəhbəri olub. Bundan əlavə, o, Tərtər kimi çətin bir rayonda MTN-in yerli şöbəsinin rəisi vəzifəsində də çalışıb. Bəs, belə olan təqdirdə, Raqub Məmmədov niyə cəbhəyanı kəndlərlə görünmür? 

Bu sualın cavabını birmənalı vermək xeyli çətindir. Bura məsuliyyətsizliyi, hətta səriştəsizliyi də əlavə etmək mümkündür. Ona görə ki, Raqub Məmmədov icra başçısı olaraq dinc vəziyyətdə belə vəzifələrini icra etmək gücündə deyildi. Müharibə vəziyyətində isə onun işinin öhdəsindən gələ bilmədiyi daha qabarıq şəkildə özünü göstərir. 

Bu əsnada, JAM.AZ xəbər verir ki, Ağdam camaatı icra başçılarını görənə və ya yerini dəqiq deyənə mükafat ayırıblar. Məlumatlara görə, Raqub Məmmədovu Ağdam ərazisində görənə bir dana, hədiyyə ediləcək. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar