Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deltakom” MMC-nin 7 korrupsiya möcüzəsi: milyonlar necə mənimsənib?

Qanunvericiliyə uyğun olaraq “Deltakom”MMC-nin Nizamnamə kapitalı ən azı 1 milyon manat olub ki, o da ildə 3-5 milyon manat dəyərində olan müqavilələr bağlaya bilib


Bu gün isə Rüfət Hacıyev bildirir ki, hazırda MMC-nin fondunda vur-tut 3-4 min manat pul var. Halbuki, MMC-lərin borc təminatı onların Nizamnamə kapitalı olmalıdır.

“Deltakom” MMC-ilə bağlı cumhuriyyet.az-ın elektron poçtuna ilginc araşdırma yazısı daxil olmuşdur. Həmin araşdırmada ağla gəlməyən korrupsiya faktlarının Deltakom MMC-də necə ardıcıllıqla və hansı mexanizmlə davam etməsi nəticəsində qazanılmış “çirkli” milyonların rəhbərlik və onlara “krışalıq” edənlər tərəfindən necə bölüşdürülməsi mənzərəsi tam çılpaqlığıilə üzə çıxarılıb.

Bildirək ki, “Deltakom”MMC ölkəmizdə fəaliyyət göstərən ən məşhur mobil operator hesab olunan Azərcellə 2007-2014-cü illərdə ən sıx əməkdaşlıq etmiş bir şirkət olub. Belə ki, əvvəllər Azərcell ona məxsus saytların fasiləsiz işləməsini, yenilərinin qurulmasını, yenilənməsini, yerlərinin dəyişdirilməsini, sökülməsini, ərazilərdə təmir işlərinin aparılmasını və digər lazım olan işlərin icrasını məşhur ERİCSSON şirkətilə 2007-2011-ci illər üzrə müqavilə bağlayaraq sifarişçi təşkilat kimi çalışıb. ERİCSSON şirkəti də AZƏRCELL qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün VİER və bizim “Deltakom” MMC ilə müqavilələr bağlayıb. Təbii ki, məhz bu şirkətlər qeyd edilən iş və xidmətləri müqavilə üzrə vaxtında icra etməli idi. Ancaq cumhuriyyet.az-a daxil olan məlumatada bildirilir ki, sonradan ERİCSSON şirkətini müəmmalı formada Türkiyənin MOBASİS şirkəti əvəz edib.

Bəzi məlumatlara görə MOBASİS Özbəkistanda və Qazaxıstan Respublikalarında gördüyü irimiqyaslı korrupsiya əməllərinə görə bu ölkələrdən didərgin salınıb. Hətta İsveçrənin bir şirkəti onu törətdiyi qanunzidd əməllərə görə məhkəməyə də verib. Belə bir qaranlıq keşmişi olan MOBASİS 2011-ci ildə Azərbaycanda peyda olur və dərhal da ən gəlirli Azərcellə müqavilə bağlayaraq fəaliyyətə başlayır. Və yenə də bu şirkət vasitəsilə VİER və “Deltakom” MMC Azərcellin sifarişlərini 2011-2014-cü illər ərzində yerinə yetirib. Mobasis vasitəçi şirkət olaraq görülən işlərə və xidmətlərə görə bütün pul əməliyyatları onun birbaşa iştirakıilə həyata keçirilirdi. 2014-cü ildə Mobasis yenə öz ampulasında qalaraq 2014-cü ildə Qazaxıstanda olduğu kimi heç bir qeydiyyatı, ünvanı olmadan fəaliyyət göstərmiş, külli-miqdarda pul qazanmış və qəfil də qeyb olmuşdur.

Bəs iş icraçılarından biri hesab olunan “Deltakom”MMC necə pul qazanırdı?

1.Öz payına düşən və Azərcellə məxsus 1200 sayta sadəcə fasiləsiz işinə nəzarət etməyə görə hər birindən ayda 200 ABŞ dolları pul alıblar;

2.Yeni saytların qurulması,yəni Azərbaycanın müxtəlif ərazilərində torpaq sahələrinin alınmasına, elektriq xəttinə qoşulması üçün texniki şərtlərin əldə edilməsinə və yeni saytın quraşdırılmasına görə ayrıca şişirdilmiş xidmət haqları hesablanıb;

3.Saytlarda yenilənmə işlərinin aparılmasına görə (Yəni, 2G,3G, ;G və transmissiyaya görə) yüksək məbləğdə xidmət haqları hesablanıb;

4.Yerlərin dəyişdirilməsi və saytların sökülməsi işlərinə görə də ayrıca smeta tutulub,

5.Hər bir stansiyanın yerləşdiyi torpaq sahəsindən asılı olaraq çoxillik icarə müqaviləsi imzalanırdı ki, bu da ərazinin paytaxtda və ya regionlarda yerləşməsindən asılı olaraq qiymətləndirilirdi.( hər ay 1000-5000AZN olmaqla);

6.Saytların yerləşdiyi ərazilərdə təmir işlərinin görülməsi: Bu bənd üzrə görülən işlərdə külli-miqdarda şişirtmə qiymətlər kağız üzərində rəsmiləşdirilirtdi. Məsələn, sayta gələn kabelin və elektrik dirəklərinin dəyişilməsi üçün zərurət olmadığı halda belə akt yazılırdı ki, guya saytın normal və fasiləsiz işləməsi üçün təmirə və yeni avadanlıqların alınmasına ehtiyac vardır. Və məslən, 4 elektrik dirəyinin dəyişiləsi yerdə sənədə 8-nin dəyişilməsinə və ya yeni sayt yaradılarkən 4 dirək alınası yerdə 9 elekrik dirəyinin alınmasına ehtiyac olması barədə sənədlər tərtib olunaraq Mobasis şirkətinə təqdim edilib.Və yaxud guya hansısa stansiyada 12 metr zədələnmiş kabeli 54 metr göstərməklə həmişə dəfələrlə artıqlamasıilə pul qazanmağa çalışıblar və 7 il bu əməliyyatları aparıblar;

7.Hər bir sayta məxsus Azərcellə məxsus FİX generatorlarının təmiri və yanacaqla təmin edilməsi işlərinə görə də “Deltakom” MMC-ayrıca xidməthaqqı alıb.

Deltakom” MMC-də təxminən 70-90 işçisi əmək fəliyyətilə məşğul olub onlara yalnız gün ərzində görülən 10-12 saatlıq iş rejiminə görə əməkhaqqı və onun yarısı həcmində vergilərdən və Sosial Müdafiədən yayınmaq üçün “paket” maaşlar verilib. “Deltakomun illik qazandığı gəlir isə 3-5milyon manat civarında ölçülüb ki, bu “çirkli” pulların çoxunu şirkətə “krışalıq” edən təsisçi və müdir müavini olmuş Rüfət Hacıyevin MTN-də işləyən yüksək vəzifəli zabit qardaşının səmərəsinə əldə edilib. Çünki indiki Azərbaycan reallığında belə bir gəlirli müqavilə ilə işləmək yalnız və yalnız MTN-nin “dobrosu” ilə mümkün olan bir şeydir ki, bu da təbiiki, nazir Eldar Mahmudovdan xəbərsiz baş verə bilməzdi. Azərcellin və ya Mobasis şirkətlərinin nə həddi ola bilərdi ki, özbaşına başqa bir şirkətlə bu işlərin görülməsi üçün müqavilə bağlaya biləydi.

“Deltakom”MMC bu illər ərzində bu işlərin həyata keçirilməsi üçün ən çox pul qazanmağa hesablanmış variantı isə daha maraqlıdır. Belə ki, Beynəlxalq səviyyədə görülən işlərin qiymətləndirilməsinin standartlaşma cədvəli (AWO) adlanan cədvəl nəzərdə tutulur) ölçüsündən istifadə edilərək dəyişdirilməsi və ya yeni detalın alınması üçün Avropa standartlarına uyğun qiymətlərlə hesablanıb. Məsələn, 25 metr uzunluğunda fiberoptik kabelin metrəsinin qiyməti (AWO) cədvəlinə görə 50 ABŞ dol. nəzərdə tutulurdusa, “Deltakom” rəhbəliyi 8-ci km bazarından belə kabelin metrəsini 3 manata almaqla külli-miqdarda pul qazana bilib. Və bütün alınan mal-materiallar hamısı 7 il ərzində (AWO) siteminə nəzərən hesablanıb. “Deltakom”un “ağ” və “qara” mühasibatlığına daxil olan pulların bölgüsü əsas iki rəhbər şəxs arasında (direktor olmuş Namiq Qocayev və direktor köməkçisi olmuş Rüfət Hacıyev) aparılıb. 

Məsələn, büdcəyə rəsmi daxil olan gəlirdən MMC özünə lazım olan 70-ə qədər minik və yük avtomobillərinin, ofis avadanlıqlarının alınmasına, əmək haqlarına və s. yerlərə sərf ediblər. Hazırda aldıqları avtomobilləri,qurğulları satıb pullarını mənimsəməklə məşğuldurlar.

Hesab etmək olar ki, qanunvericiliyə uyğun olaraq “Deltakom”MMC-nin Nizamnamə kapitalı ən azı 1 milyon manat olub ki, o da ildə 3-5 milyon manat dəyərində olan müqavilələr bağlaya bilib. Bu gün isə əsas rəhbər Rüfət Hacıyev bildirir ki, hazırda MMC-nin fondunda vur-tut 3-4 min manat pul vardır. Halbuki, MMC-lərin borc təminatı onların Nizamnamə kapitalı olmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar