Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın qaz intriqası: Kaladze də gedir, Əliyev də...


İran qazının Gürcüstana nəqlinə dair iki ölkə arasında danışıqlar gedir. Bu, hər iki tərəfin təsdiqlədiyi və artıq oxuculara tanış olan xəbərdir. Bəs İran qazı Gürcüstana hansı marşrutla çatdırıla bilər: Ermənistan, yoxsa Azərbaycan üzərindən?


Belə görünür ki, bu, beynəlxalq sanksiyaların qaldırılmasından sonra bölgədə sürətlə fəallaşmaqda olan fars diplomatiyasının yaratdığı güclü geosiyasi intriqanı əks etdirən və hələlik cavabı məlum olmayan çətin sualdır.

İranın Gürcüstandakı səfiri Abbas Taleb bu gün fevralın 10-da “Rezonansi” qəzetinə müsahibəsində ölkəsinin həm Gürcüstana, həm Avropaya qaz təhizatına hazır olduğunu deyib. Onun sözlərinə görə, bu məsələnin həlli üçün texniki işlər aparılır. “İran üçün qaz təchizatı siyasi xarakter daşımayan məsələdir. Biz heç bir ölkə ilə rəqabətə girmək istəmirik. İran Gürcüstanla energetika sferasında əməkdaşlığa hazırdır və həm onun daxili tələbatını ödəyəcək qədər, həm Avropaya tranzit üçün qaz nəqlini təmin edə bilər”-diplomat deyib. Səfirin dediyinə görə, İran qazını Gürcüstana çatdırmağa həm Azərbaycan, həm Ermənistan hazırdır. Detallar isə energetika naziri Kaxa Kaladzeinin Tehrana səfəri zamanı müzakirə olunacaq.




Xatırladaq ki, Kaladze bu günlərdə Bakıda səfərdə olub və onun apardığı danışıqlardan sonra Gürcüstanın baş naziri Georgi Kvirikaşvili “Qazprom” məsələsinin “bitmiş sayıldığını”, Azərbaycanın əsas energetika tərəfdaşı olaraq qaldığını deyib.

Kaxa Kaladzenin yaxın vaxtlarda İrana səfər edəcəyini onun müavini Mariam Valişvili də təsdiq edib. O, qaz təchizatının hələ ötən ildən müzakirə olunduğunu deyib. Ancaq hələlik nəticə yoxdur və nazir müavini deyir ki, Gürcüstan sanksiyaların götürülməsindən sonra İrana artan maraqda başqa ölkələrdən geri qalmaq istəmir. Xüsusən də elə bir vaxtda ki, Avropa Komissiyasının özündə də İrandan qaz təchizatını müzakirə edirlər.




Beləliklə, uzun illərdir regionda oynanılan qaz “pokeri”inə indi daha bir oyunçu-nəhəng qaz ehtiyatlarına malik İran qoşulur. Və belə demək olar ki, oyun Azərbaycan üçün bir az da çətinləşmiş olur. Görünür prezident İlham Əliyevin Tehrana bu ayın sonunda baş verəcək səfərini regionun energetika xəritəsində baş verməkdə olan bu dəyişikliklər kontekstində nəzərdən keçirmək lazım gələcək. İran yaxın perspektivdə Gürcüstana qaz təchizatını, daha uzunmüddətli perspektivdə isə Avropa bazarına çıxmağı nəzərdə tutur. Və bu qazın Gürcüstana hansı marşrutla ötürüləcəyi indi əsas intriqa predmetidir.

İranın bu qaz “ruletkası”ında Azərbaycanın mövqeləri kifayət qədər güclüdür. Azərbaycanı Türkiyəyə birləşdirən yeni qaz kəmərinin-TANAP-ın tikintisi sürətlə davam etməkdədir. 2018-ci ildə Azərbaycan Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə yanaşı Türkiyəyə, oradan Avropa bazarlarına çıxmağa imkan verən ikinci və daha iritutumlu qaz kəmərinə malik olacaq. “Şahdəniz-II” yatağından hasil olunacaq qazın nəqli üçün nəzərdə tutulan (ildə 16 milyard kubmetr) bu kəmərin buraxılış gücünü artırmaq imkanı var. Deməli  İran Avropa bazarına çıxmaq istəyirsə ortamüddətli perspektivlərdə bunu ancaq Azərbaycan qaz borusu ilə təmin etmək imkanındadır. Başqa alternativ isə yoxdur. Nəticədə İran Gürcüstana qaz satmaq istəsə bunu Azərbaycan üzərindən nəql etməlidir ki, daha sonra Avropa bazarlarına çıxa bilsin.




O biri tərəfdən hazırda mövcud olan və Rusiyanın “Qazprom” şirkətinə məxsus İran-Ermənistan qaz kəmərinin buraxılış gücü ildə cəmi 400 milyon kubmetrdir, yəni məhduddur. Vaxtilə Ermənistan bu kəməri daha iri həcmdə qaz üçün çəkməyə çalışsa da Rusiya imkan vermədi. Deməli İran qazını Ermənistan üzərindən Gürcüstana ötürmək üçün infrastruktur və Rusiyanın razılığı məsələsini həll etmək lazım gələcək. Özü Gürcüstan bazarında iştirakını artırmağa can atdığı və Ermənistanın qaz təchizatı mənbələrini diversifikasiya etmək xəyallarını qətiyyən dəstəkləmədiyi bir vaxtda Rusiya buna imkan verəcəkmi? Hərçənd ki, İran Ermənistana indikindən 5 dəfə artıq qaz təchiz etməyə, yəni faktiki olaraq “Qazprom”un votçinasına arxa qapıdan daxil olmağa hazır olduğunu bildirir.

Başqa sözlə, İranın Gürcüstan bazarına çıxmaq səyləri tamamilə geosiyasi çalarlar daşımaqdadır və Azərbaycan bölgədə dəyişən vəziyyətə sürətlə adaptasiya olunmaq üçün çevik diplomatiya yürütməkdədir. Bura bir tərəfdən Gürcüstanla intensiv təmaslar, digər tərəfdən İranla planlaşdırılan yüksək səviyyəli danışıqlar daxildir. İstisna deyil ki, Ermənistanı təcrid vəziyyətində saxlamaq üçün Azərbaycan İrana qaz nəqlində əlverişli şərtlər təklif edəcək. Söhbət İran qazının Avropa bazarlarına çıxarılmasından gedir. Doğrudur, İran ucuz qazla Gürcüstan bazarında SOCAR-a rəqib ola bilər və Azərbaycan qonşu ölkə bazarındakı payının bir hissəsini güzəştə getməli olacaq. Ancaq daha uzunmüddətli planda Azərbaycan İran qazının Avropaya tranziti üçün üstün mövqelərə malikdir.(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar