Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-da Qarabağ qətnaməsinin niyə keçmədiyi üzə çıxdı

AŞPA-nın qış sessiyasında britaniyalı Robert Uolterin hazırladığı və Azərbaycanın işğal altındakı ərazilərindəki zorakılıq hallarına dair qətnamə layihəsinin səsvermədən niyə keçmədiyi məlum olub


Ermənipərəst amerikalı konqresmen Adam Şiff Amerikada nəşr edilən erməni qəzeti “Asbarez”in baş redaktoru Ara Xaçatryanla söhbətində dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nulandın bu işdə xüsusi rolunun olduğunu deyib.

“Mən qətnamə müzakirəyə çıxarılmazdan əvvəl ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət etdim. Mənfi mövqeyimi bildirdim və qeyd etdim ki, bu, Azərbaycanı dəstəkləyən, təktərəfli qətnamədir. Həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini dedilər”-Adam Şiff bildirib.

Konqresmen deyib ki, onların bu kimi səyləri sayəsində qətnamə layihəsi səsvermədən keçməyib. “Orada su ilə bağlı digər bir qətnamə də var idi. O, keçdi. Amma düşünürəm ki, ən destruktiv olanı keçmədi”, - Adam Şiff deyib. 

Xatırladaq ki, Robert Uolterin qətnaməsində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı təsbit olunurdu. Qətnamə layihəsinin müzakirəyə çıxarılmasından əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri sənədin qəbulundan çəkinməyə çağıran bəyanat vermişdi.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar