Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nardaran üsyanının bir ucu “AAAF Park”-a uzanır ?

Nardaranda həbs olunan Zülfüqar Mikayılzadə: “Tofiq Heydərovla əlaqəm olub, var və bundan sonra da olacaq”


Zülfüqar Mikayılzadənin Nardaranda həbs olunmasına dayanan mənbənin bildirdiyinə görə “AAAF Park”-da aparılacaq araşdırmalar ciddi faktların və sensasion qalmaqalların yaranmasına səbəb olacaq. 

“AAAF Park” çoxdan radikal dindarların yuvasına çevrilib. Bu barədə AzMedia.infoya danışan mənbənin bildirdiiyinə görə “AAAF Park” və “AAAF-İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərov uzun müddətdir ki, radikal dindarların təsiri altındadır və Tofiq Heydərovun bir sıra radikal camaatları maliyyələşdirməsi heç kimə sirr deyil. 

Qeyd edək ki, dünən Nardaranda baş verən və 2 polisin, 4 mülki şəxsin ölümü ilə nəticələnən silahlı qarşıdurmada həbs olunanlar arasında Tofiq Heydərova yaxınlığı ilə tanınan Zülfüqar Mikayılzadə də var. Xatırladaq ki, Zülfüqar Mikayılzadə dəfələrlə Tofiq Heydərovu açıq şəkildə müdafiə edərək onunla yaxın olduğunu bildirib. Qeyd edək ki, uzun müddətdir ki, Tofiq Heydərovun müxtəlif radikal dini cərəyanlarla əlaqəli olması ilə bağlı məlumatlar yayılıb. Həmin yazıları isə bir qayda olaraq Tofiq Heydərovun özünün də aid olduğu camaatın rəhbəri Zülfüqar Mikayılov təkzib edib. 

Sitat 1: “Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, T.Heydərovun 2011-ci ildə Bakıda Azərbaycan İslam Partiyasının (AİP) xətti ilə mitinqlər təşkil edən ilahiyyatçı Zülfüqar Mikayılzadə ilə sıx əlaqələri olub və bu mitinqlərin təşkilinə dəstək verib. 

Xatırladaq ki, Z.Mikayılzadəyə bu mitinqlərə görə şərti həbs cəzası verilib.

Aldığımız yeni məlumatda bildirilir ki, T.Heydərov “AAAF Park” yaşayış kompleksində toplanan xumsu Z.Mikayılzadəyə verirmiş. Xəbərdə kompleksdə toplanan xumsun illik məbləğinin 1 milyon dollar olduğu deyilir. O da qeyd edilir ki, İran müştehidləri bu xumsu dini fəaliyyət üçün Z.Mikayılzadənin götürməsinə icazə veriblərmiş.

Bundan başqa, T.Heydərov “AAAF Park” yaşayış kompleksindən Z.Mikayılzadəyə 87.565 manat dəyərində olan ev verib. Məlumatda o da qeyd edilir ki, T.Heydərovla Z.Mikayılzadənin 2015-ci ilin parlament seçkilərinə yönəlik bir sıra ciddi planları var. T.Heydərovun axşamlar AİP-in sədr əvəzi Elçin Manafovla görüşdüyü və tez-tez İrana səfər etdiyi də bildirilir.

Yayılan məlumatda T.Heydərovun İrana tez-tez səfərinin arxasındakı sirr pərdəsinin artıq açıldığı və bunun Azərbaycandakı dindarlarla sıx əlaqələri ilə bağlı olduğu bildirilir.

Sitat 2: “Əvvəla, onu qeyd edim ki, Tofiq Heydərovun vəhhabiliklə heç bir əlaqəsi yoxdur. O, şiə əqidəsinə malik olan bir şəxsdir. Bir yerli kimi mənim Tofiq Heydərovla əlaqəm olub, var və bundan sonra da olacaq. Şəxsən özüm onunla məsciddə namaz qılmışam və onun hansı əqidəyə malik olduğuna da şahidəm. Vəhhabi damğasını ona vurmaq ədalətsizlikdir. 

Qaldı ki, guya, mən ondan 1 milyon dollar dəyərində xüms alaraq hansısa mitinq təşkil etmişəm və 2015-ci ilin parlament seçkilərində nəsə planlaşdıraraq bu pulları ora xərcləmişəm, bu, açıq-aydın yalandır. Bizim onunla heç bir maliyyə, xüms və bu kimi işlərə görə nə söhbətimiz, nə də ki, görüşümüz olub.

Qaldı ki, onunla görüşməyimizə, bəli, nə vaxt ki, mən yaşayış kompleksinə getmişəm, o zaman onunla görüşmüşəm. Bundan başqa, bizim heç bir mütəmadi görüşümüz baş tutmayıb.

Ev məsələsinə gəldikdə bəli, mənim də bir çoxları kimi həmin yaşayış kompleksində evim var. Lakin bunu mənə Tofiq Heydərov pay verməyib, özüm almışam. Əgər kiməsə maraqlıdırsa, qəbzləri də göstərə bilərəm”.(“Yeni Müsavat” qəzeti, 2 fevral, 2014-cü il). 


<font color=red>http://www.aznews.az/index.php?c=news&id=64892</font>

AzMedia.infonu məlumatlandıran mənbənin bildirdliyinə görə Tofiq radikal dindarların Heydərovun himayəsi altında olması çoxdan diqqət mərkəzində olsa da, hüquq-mühafizə orqanların bu məsələyə lazımı qədər diqqət yetirməyiblər. Hazırda isə Nardaranda baş verən məlum silahlı insidentlə bağlı “AAAF Park” yenidən gündəmə gəlib. Mənbə əminliklə bildirir ki, Nardaran üsyanının bir ucu istintaq nəticəsində “AAAF Park”-a gedib çıxacaq və böyük ehtimalla uzun illər boyu radikal dini cərəyanları bəsləyən Tofiq Heydərov məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, mənbə bir müddət əvvəl ölkə prezidentinin iştirakı ilə Astarada təməli atılan “AAAF Park Astara” layihəsinində də İranın maraqlarına uyğun olduğunu bildirir. Mənbə bu barədə ətraflı məlumata sahib olduğunu və gərəkirsə, bütün detalları açıqlaya biləcəyini dilə gətirib.

Zülyüqar Mikayılzadənin Nardaranda həbs olunmasına dayanan mənbənin bildirdiyinə görə “AAAF Park”-da aparılacaq araşdırmalar ciddi faktların və sensasion qalmaqalların yaranmasına səbəb olacaq. 

Mövzu diqqətimizdədir və apardığımız araşdırmanı yaxın günlərdə oxucularımızın diqqətinə cəlb edəcəyik.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyni dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar