Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “Azərbaycan islamafobiya ilə mübarizə aparır”

“Son illərdə bəzi Qərb dairələrində islamın terrorla əlaqələndirilməsi düzgün deyil. İslam sülh dinidir”


APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən ISESCO Baş Konfransının XII sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib. 

Dövlət başçısı deyib ki, Azərbaycan islamafobiya ilə mübarizə aparır: “Azərbaycan xaricdə islam mədəniyyətinin təbliğinə böyük önəm verir. Azərbaycan dinlər və mədəniyyətlər arası əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycan islam həmrəylinin gücləndirilməsi, islam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir”.

Prezident İlham Əliyev bildirib ki, ISESCO-nun fəaliyyət dairəsinə daxil olan sahələr Azərbaycanda inkişaf edir: “Azərbaycanda elm, təhsil və mədəniyyət sahələrində böyük layihələr həyata keçirilir”.

Dövlət başçısı qeyd edib ki, bu il tarixdə ilk dəfə Bakıda Birinci Avropa Oyunları keçirilib: “2017-ci ildə isə Bakı İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu, tək idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisidir. Ölkəmiz dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq içərisində yaşamasına töhfə verir”.

Prezident İlham Əliyev vurğulayıb ki, ISESCO-nun fəaliyyətinin gücləndirilməsində və ikitərəfli inkişafında Osman Әl Tüveycrinin böyük rolu var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar