Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Məmmədovun seçki kampaniyasını kim maliyyələşdirib? - İddia

Deputatın son iki seçkidə əsas dəstəkçisinin yaxın dostu və biznes şəriki Vidadi Zeynalov olduğu deyilir


«MTN işi» ilə əlaqədar aparılan araşdırmalarda yeni-yeni ismlər ortaya çıxır. 

Hələ bir müddət əvvəl sabiq MTN rəhbəri Eldar Mahmudovun parlamentə düşməsinə yardım etdiyi deputatlarla bağlı məlumatlar yayılsa da, sonradan bu şəbəkənin daha böyük olduğu üzə çıxdı. 

Hakimiyyətin bütün qollarında təmsil olunmaq istəyən Mahmudov, bu prosesdə təkbaşına hərəkət etməyib. Həmçinin ona hazırda həbsdə olan digər nazirliklərin də rəsmiləri yardımçı olublar. 

Jam.az-ın apardığı araşdırmalar zamanı məlumat olub ki, bir neçə gün əvvəl Konstitusiya Məhkəməsinin qərarı ilə deputat mandatına sahib olmuş İlham Məmmədov da məlum şəbəkəylə yaxın olub. Əldə edilən məlumatlarda vurğulanır ki, 48 saylı Yevlax Şəhər Seçki Dairəsindən seçilmiş İlham Məmmədovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun həddindən artıq yaxını olub. Dostluq münasibətləri ilə yanaşı, Yevlaxda birgə biznesləri də olan sözügedən şəxslər maksimum dərəcədə bir birlərinə dəstəkçii də çıxıblar. Həmçinin Gəncə şəhərində də tərəflərin birgə biznes obyektlərinin olduğu da deyilir. 

Daxil olan məlumatlarda iddia edilir ki, İlham Məmmədova istər 2010-cu il, istərsə də 2015-ci il parlament seçkilərində ən ciddi dəstəyi elə Vidadi Zeynalov verib. Hətta bəzi məlumatlara görə, Zeynalov Məmmədovun seçki kampaniyasını da maliyyələşdirib. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar