Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüstəm Xəlilov YAP-ın nüfuzuna xələl gətirir? - Deputatın seçiciləri belə düşünürlər


Bir qrup Sabirabad seçicisinin ölkə prezidentinə və parlament rəhbəlrliyinə müraciət edərək Rüstəm Xəlilovun əməlləri barədə məlumat vermələri gözlənilir


64 saylı İkinci Sabirabad Seçki Dairəsindən milli məclisə deputat seçilmiş və növbəti seçkilərdə namizədliyini irəli sürəcək Rüstəm Xəlilovun vəziyyətinin o qədərdə yaxşı olmadığı deyilir. 

Rüstəm Xəlilovun qohumları artıq onun təbliğatına başlayıblar. Bu barədə AzFakt.com-a Sabirabaddan daxil olan məlumatda bildirilir ki, hələ sovet dönəmindən Sabirabadı və ətraf rayonları öz təsirləri altında saxlayan Xəlilovlar klanı yenidən öz ağsaqqları, parlamentin lal-kar deputatı kimi ün qazanan Rüstəm Xəlilovun təbliğatını aparırlar. Qeyd edək ki, Rüstəm Xəlilov o deputatlardandır ki, parlamentdə bir dəfə də olsun çıxış etməyib və heç kimdə bu deputatın səsini belə eşitməyiblər. Bu üzdən də parlament jurnalistləri Rüstəm Xəlilova «lal-kar» deputat ayamasını veriblər. Rüstəm Xəlilovun «seçiciləri» ilə də münasibətləri heç bir vaxt normal məcrada olmayıb. Belə ki, hələ sovet dönəmindən Xəlilovların zülmü altında inləyən Sabirabad seçiciləri öz deputatlarını yumşaq desək sevmirlər.   

Xatırladaq ki, sovet dönəmində Rüstəm Xəlilovun atası Gülabba Xəlilov uzun illər "Jdanov" kolxozunda sədr işləyib. SSRİ dağılandan sonra isə Rüstəm Xəlilov və tayfası "Jdanov" kolxoznun bütün əmlakını mənimsəyiblər. Hazırda Xəlilovlar camaatın pay torpaqlarını və bütün bələdiyyə torpaqlarını öz şəxsi torpaqları kimi işlədirlər. Sabirabadda Xəlilovlar ailəsinin əllərində yüz hektarlarla torpaq sahləri var. Bundan başqa Sabirabadın kasıb əhalisinin torpaqlarını uzun müddətli icarə və alıq satqı ilə min hektarlar ərazidə əldə edilər. Deputatın əldə etdiyi torpaq sahələrində heyvandarlıq təsərrüfatından tutmuş balıqçılıq nohurlarına qədər var.

Xəlilov qardaşları və onların yaxınları Sabirabadda və ətraf rayonlarda vəzifələri ələ keçiriblər. Deputatın qardaşı Ağaəli Xəlilov 10 il Saatlıda polis rəisi işləyib. Təxminən bir il yarım bundanq abaq vəzifəsindən uzaqlaşdırılıb. Deputatın digər qardaşı Vaqif Xəlilov isə Sabirabadın Nizami kəndində məktəb direktoru işləyir.

Rüstəm Xəlilovun qardaşı oğlu Ağaşirin Xəlilov uzun illər Şirvan şəhər işıq idarəsində müdir işləyib və bir müddəət əvvəl işdən çıxarılıb. Hazırda isə Şirvanda "Elit" restoranın sahibidir və oranı işlədir.

Millət vəkilinin bahqa bir qardaşı Telman Xəlilov Sabirabadda yerləşən DYP postunun rəisidir. Digər qardaşı da Sabirabad rayonunun Qaragünə kəndində sahə müvəkkildir. Başqa bir qardaşıda vaxt ilə Şirvan Elektrik şəbəkəsində müdir işləyib. Hazırda isə Hacıqabul rayonunda satış müdiri işləyir. Həmin idarənin müdiri də Rüstəm Xəlilovun qardaşı oğlu Mehman Xəlilovdur. O, Mehman Xəlilov ki, əmisinə güvəndiyindən, Hacıqabulda heç kəslə hesablaşmır. 

Sabirabadda hər kəs bilir ki, Xəlilovların əlldə etdikləri bütün kapitala deputat Rüstəm Xəlilov şəxsn özü rəhbərlik edir. Bundan əlavə deputatın Bakıda, Şirvanda və bir neçə yerdə göz oxşayan villaları var. 

Sabirabaddan daxil olan məlumatda bildirilir ki, hazırda Rüstəm Xəlilovun bütün qohum əqrabası dayanmadan seçki təbliağı ilə məşğuldurlar.Hətta bəzi yaxın qohumları belə açıq aşkar deyirlər ki, “əgər YAP Rüstəm Xəlilovu namizəd göstərməsə onun namizədliyini müstəqil şəkildə irəli sürəcəyik və seçkinin nəyin bahasına olur olsun udacağıq”. 

Qeyd edək ki, Rüstəm Xəlilov bu günə qədər heç bir seçicisinin problemi ilə maraqlanmadığı bildirlir. Heç ölkə problemləri ilə də maraqlanmayan deputatın əsas işi öz «tayfasına» xidmət göstərməkdir. Elə buna görə də bir qrup Sabirabad seçicisinin ölkə prezidentinə və parlament rəhbəlrliyinə müraciət edərək Rüstəm Xəlilovun əməlləri barədə məlumat vermələri gözlənilir. Bu barədə AzFakt.com-u məlumatlandıran mənbənin bildirdiyinə görə Rüstə Xəlilov və yaxınlarının elə əmməlləri var ki, bu əməlin sahibinin Milli Məclisdə oturması sadəcə utancvericidir və bu üzdən də bir qrup seçici Rüstəm Xəlilovun ölkə qanunlarını tapdalayaraq Milli Məclisdə oturmasını doğru hesab etmədiklərini ölkə rəhbərliynin diqqətinə çatdıracaqlar. Seçiciləri hesab edirlər ki, Rüstəm Xəlilov hakimiyyətin və YAP-ın nüfuzuna xələl gətirir.

AzFakt.com-un başqa mənbədən əldə etdiyi məlumata görə deputatların reytinqini öyrənən YAP Mərkəzi Təşkilatı Rüstəm Xəlilovu öz siyahısından namizəd irəli sürməsin. Çünki hakim partiyanın araşdırmasına görə doğurdan da Rüstəm Xəlilov YAP-ın reputasiyasına ziyan gətirən deputat kimi  tanınmaqdadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar