Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıl Ağayev Fəzail Ağamalıya qarşı - BDM rəhbəri «Ana Vətən»ə qalib gələ biləcəkmi?


Adı müxtəlif qalmaqallarda hallanan BDM sədri «Ana Vətən» partiyasının sədri Fəzail Ağamalının 10 ildir «zanit» etdiyi dairəni ələ keçirməyə qərar verib.


Salyanın icra başçısı Tahir Kərimov öz növbəsində İsmayıl Ağayevə imkanları daxilində yardımçı ola biləcəyini bildirdirib. 

Beynəlxalq Diaspora Mərkəzinin (BDM) rəhbəri İsmayıl Ağayev 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürür. Bu barədə AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, müxtəlif zamanlarda adı müxtəlif qalmaqallarda hallanan BDM sədri «Ana Vətən» partiyasının sədri Fəzail Ağamalının 10 ildir «zanit» etdiyi dairəni ələ keçirməyə qərar verib. Bunun üçün BDM sədrinin artıq dairədə təbliğata başladığı bildirilir. Həmçinin məlumatda o da qeyd olunur ki, İsmayıl Ağayev Salyan İcra Hakimiyyətinin başçısı Tahir Kərimovla görüşüb və icra başçısı ilə xoş münasibətlər yaratmağa cəhd edib. Tahir Kərimovun öz növbəsində İsmayıl Ağayevə imkanları daxilində yardımçı ola biləcəyini bildirdiyi iddia olunur. 



Mənbə bildirir ki, Salyanın icra başçısının uzun müddətdir ki, Fəzail Ağamalı ilə münasibətləri problemlidir. Tahir Kərimovun Salyana təyinat almasından sonra Fəzail Ağamalı ilə ulduzunun qətiyyən barışmadığı bildirilir. Bu üzdən də icra başçısının uzun illərdir 60 saylı dairdə Fəzail Ağamalının rəqibi olan ATXƏM sədri İlham İsmayılovla isti  münasibətlər qurub. Məlumata görə son günlər icra başçısı İlham İsmayılovdan da məsafə saxlamağa başlayıb. Elə bu üzdən də İsmayıl Ağayevin heç bir zaman yaxından-uzaqdan əlaqəli olmadığı 60 saylı dairədə peyda olması maraqla qarşılanmaqdadır.



Qeyd edək ki, BDM sədri Elşad Abdullayevin qalmaqallı videolarına görə mandatdan məhrum edilib həbs olunan keçmiş millət vəkili Gülər Əhmədovanın yaxın adamlarından biri olub. Gülər Əhmədova həbs olunduqdan sonra İsmayıl Ağayev öz hamisindən imtina edib və bundan sonra da İsmayıl Ağayev xarici ölkələrdə aktiv «piket keçirmə» fəaliyyətini dayandırıb. Həmin aksiyaların maliyyələşdirilməsində Gülər Əhmədovanın böyük rolu olduğundan, hazırda BDM-in fəaliyyəti elə də nəzərə çarpmır. 

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar