Xəbər xətti

21 YANVAR

21:35 Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib

20:34 Saatlıda polis əməkdaşı bıçaqlanıb

20:23 Nazir: “Araz Ağalarova kömək edərdim, amma qanun buna imkan vermir...”

20:00 Saatlıda ağır qəza olub, ölən və yaralananlar var

19:29 Plastik qabların ziyanı

19:09 Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib

19:00 Suriyanın Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

18:39 Türkiyədə qar uçqunu iki hərbçinin ölümünə səbəb olub

18:25 Mahaçqalanın meri həbs edildi

17:52 Rusiya və Azərbaycanın axtardığı şəslər tutulub

17:34 Gəncə sakini avtomobillə azyaşlı övladını vuraraq öldürüb

17:18 Afrin əməliyyatından son xəbər: ilk kənd PYD-nin əlindən alındı

17:02 Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təklif edib

16:44 Ağdamda bir ailənin 5 üzvü zəhərləndi

16:35 Praqada oteldə yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib

16:22 Bakının 3 qəsəbəsində su olmayacaq

16:13 Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

15:55 Tillerson Lavrovla Suriyadakı vəziyyəti müzakirə etdi

15:40 Türkiyə Afrində PKK terrorçularının mövqelərinə 153 zərbə endirib

15:33 Telman İsmayılovun “Tropikano“ biznes-mərkəzinə məhkəmə qadağası

15:20 OPEC+ bu gün Vyana sövdələşməsindən çıxmağımüzakirə etmək niyyətində deyil

15:05 Müdafiə Nazirliyi: Bədbəxt hadisə nəticəsində hərbi qulluqçu həlak olub

14:55 Penelope Kruz məşhur təcavüz qalmaqalından danışdı: “Ürəyim parçalandı“

14:40 Azərbaycan XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

14:25 Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb

14:08 “Efirlərə gündə bir sponsor tapan qızlar gələ bilər...“ - Dostəliyeva

14:05 Lənkəranda sakinləri döyməkdə və öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb

13:55 Ağ Ev zənglərə cavab verilməsini dayandırıb

13:42 Türkiyə Rusiya və İranın “Zeytun budağı“ əməliyyatına münasibətinə aydınlıq gətirib

13:37 Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı – Biri ölüb

13:10 Sabah hava küləkli, dumanlı olacaq

13:05 "Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"

12:55 Dəhşətli qətlin təfərrüatları: 19 yaşlı Əmrah mağaza sahibini niyə öldürüb?

12:40 Paris Bakının namizəd olduğu “Expo-2025“ ilə bağlı müraciətini geri götürüb

12:15 Azərbaycanda tütün, qida və içki istehsalı artıb

12:05 Türkiyə tankları Afrinə daxil olub

11:47 Tramp prezidentlik səlahiyyətinin 1 ilinə yekun vurub

11:42 “Hindistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqları dəstəkləyir“

11:37 Kabildə silahlıların hücumuna məruz qalan oteldən 30 nəfər xilas edilib

11:20 Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı- Bu səbəbdən

11:12 Çaylardakı vəziyyətlə bağlı son məlumat – Sululuq səviyyəsi dəyişib

11:05 Suriya Türkiyənin Afrindəki əməliyyatını pisləyib- Bəyanat

10:50 "ABŞ-ın törətdiyi təxribatlar Afrindəki böhrana səbəb olub"

10:38 Keçmiş səfir “Qalatasaray”ın yeni İdarə Heyətinə üzv seçilib

10:33 Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

10:27 Muradı əsəbiləşdirən hadisə: “Ayıbdır!“

10:22 Türkiyə ərazisinə raket zərbələri endirilib- Suriyadan

10:17 İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

10:13 ABŞ-ın Kabildəki səfirliyi silahlıların otelə hücum planından məlumatlı olub

10:09 Atəşkəs 120 dəfə pozulub

10:05 “Azərbaycanın PUA-larla erməni mövqelərinə mina zərbələri endirməsi yalan informasiyadır“

20 YANVAR

21:50 Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib

21:38 Füzuli sakini qohumunu güllələyib- DİN-dən açıqlama

21:33 Şamaxıda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

21:20 Rusiya ordusu Suriyanın Afrin rayonunu tərk edib

21:05 Ərdoğanın köməkçisi: Türkiyə təkcə Afrini terrorçulardan təmizləmək niyyətində deyil

20:45 İran XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

20:15 “Səhərə yaxın atam üst-başı qanın içində gəldi“ - Elnarə

20:05 Türkiyə Afrin əməliyyatını başlatdı-“Zeytun budağı” -Video

19:43 Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

19:23 32 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb- Yevlaxda

19:13 Türkiyə Baş Qərargahı rəsmi açıqlama yayıb

19:05 “Prezident olsam, 20 martda Ukraynanı işğal edəcəm”

18:40 Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başlayıb

18:27 Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib- Fəhlə ölüb

18:17 “S&P” bu il neftin qiymətinə dair proqnozunu artırıb- 5 dollar

18:10 Dağlıq Qarabağda Ermənistan hərbçisi ağır yaralanıb

17:50 Türkiyə Silahlı Qüvvələri son həftədə 20 terrorçunu zərərsizləşdirib

17:36 Ermənilər Qazaxı atəşə tutub – Mülki təsərrüfata ziyan dəyib

17:25 Donald Tramp:“Hökumətin işini demokratlar dayandırdı“

17:17 Çində dünyanın ən böyük hava təmizləyicisi işə düşüb – Video

17:05 Tərtərdə 20 Yanvar şəhidləri yad edilib

16:42 Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib

16:25 Ermənistan prezidenti Fransaya gedir- İşgüzar səfərə

16:20 Əbdülfəttah əs-Sisi yenidən prezident olmaq istəyir- Namizədliyini irəli sürəcək

16:12 “Azərbaycanla eyni səviyyədə komandayıq“

16:05 Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

15:53 Millimizin rəqibi heyətini açıqladı

15:40 Suriyada avtomobildə partlayış olub

15:33 Türkiyə Silahlı Qüvvələri terrorçuların Afrindəki mövqelərinə zərbə endirib

15:25 “Piter Elçin”in qardaşını kim öldürtdürüb?

15:14 Rusiyanın Çinə göndərdiyi “S-400” sistemi geri qaytarılıb - Səbəb

15:05 “Qarabağ”ın Türkiyədə ikinci sınağı

14:57 Ukrayna Xarici Kəşfiyyat xidmətinin sabiq rəhbəri: “Ən başlıcası Putinin ətrafıdır”

14:50 Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib

14:38 “Gazprom”: ““Türk axını”nın ikinci xəttinin inşası üçün icazələr alınıb”

14:29 Bakıda avtomobil oğruları yaxalandı

14:21 Sülh Platforması 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

14:13 Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib, fəhlə ölüb

14:01 20 Yanvarda şəhid olmuş şairin şeirləri

13:52 Ağcabədi sakinindən xeyli sayda silah-sursat tapıldı

13:43 Demokratların Senatdakı lideri Trampı qurumların bağlanmasında ittiham edib

13:37 “Barselona”da növbəti ayrılıq

13:15 Corc Soros ona qarşı olan dövlətlərə meydan oxudu: “Ölənə qədər sizinlə varam”

13:10 Sabah hava necə olacaq?

13:03 Çavuşoğlu İraqa gedir - Əl-Abadi ilə görüşəcək

12:58 İraqda zəlzələ baş verib

12:50 İƏT XİN rəhbərləri Ciddəyə fövqəladə görüşə toplaşır

12:42 Biləsuvarda 20 Yanvar faciəsi ilə əlaqədar ümumrayon tədbiri keçirilib

12:37 Füzuli sakini qohumunu güllələyib

12:30 Türkiyə səfiri: “Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar”

12:23 “Apple” “iPhone”un ləngiməsini söndürməyə imkan verəcək

12:16 Tramp üçün bir, dünya üçün səkkiz il...

12:10 Türkiyənin Afrin əməliyyatı və İran: Rəsmi Tehranın susması razılıq işarəsidir

12:04 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi

11:57 Gəncə sakinindən narkotik götürülüb

11:51 Ev sahiblərinin əl-ayağını bağlayıb, külli-miqdarda pul apardılar - Şamaxıda

11:46 Azərbaycan nefti 1%-dən çox ucuzlaşıb

11:40 Azərbaycan Ordusunun şəhid olan əsgəri Neftçalada dəfn olundu

11:34 Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

11:29 Masazırda körpə altıncı mərtəbədən yıxıldı - Sağ qaldı

11:23 Odessada silahlı insident: 3 nəfər ölüb

11:16 Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb

11:11 Ləğv prosesində olan iki banka məxsus 11 avtomobil hərrac yolu ilə satılıb

11:06 Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

11:00 Azərbaycan-Rusiya sərhədinin demarkasiyasına dair növbəti görüş keçiriləcək

10:54 Əli Əhmədov: “Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətə başlayacaq”

10:45 Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

10:40 “WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

10:35 Ucarda ata və oğlunu bıçaqlayan şəxs tutuldu - Yenilənib



MÜSAHİBƏ

...

“Hakimiyyətin öz daxilində də böyük müxalifət formalaşmaqdadır”

Tarix 11.12.17, 10:42

Font ölçüsü : - / +
bitmap-img6


Sülhəddin Əkbər: “Azərbaycanda müxalifət deyəndə nədənsə 30 il ərzində tanınan müxalifət nəzərdə tutulur”


Prezident Donald Trampın Qüdsü İsrail dövlətinin paytaxtı olaraq tanıması dünya gündəminin müzakirəsində olan əsas mövzudur. 

Müsəlman dünyası üçün çox vacib olan bu mövzu ətrafında cərəyan edən proseslərin hansı axarla davam edəcəyini söyləmək çox çətindir. Artıq Türkiyə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə zirvə toplantısının keçirilməsinə qərar verib. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”ın bu və digər mövzularla bağlı suallarını cavablandırdı.

- Sülhəddin bəy, bundan əvvəlki ABŞ liderlərinin atmadığı addımı Tramp atdı. Qüdsün paytaxt kimi tanınması qərarını necə şərh etmək olar?

- Birincisi, onu nəzərə almaq lazımdır ki, Tramp hələ seçki kampaniyası dövründə seçicilərinə söz vermişdi ki, prezident seçiləcəyi təqdirdə Qüdsi İsrailin paytaxtı olaraq tanıyacaq və ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcək. O, sözünə əməl etdi. İkincisi, nəzərə almaq lazımdır ki, bunun simvolik əhəmiyyəti də var. Bu il Qüdsün ingilislər tərəfindən işğalının 100 illiyidir, İsrail tərəfindən işğalının da 50 illiyidir. O cümlədən “Balfour Deklorasiyası”nın  da 100 illiyidir. Yəni bunlar bu cür addımların atılmasında simvolik addımlardır. Ən ciddi məsələlərdən biri isə Orta Şərqin yenidən dizayn ediilməsi haqqında ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsidir. Bu prosesə körfəz ölkələri, xüsusən də başda Ərəb Əmirlikləri olmaqla Misir də cəlb olunub. Dördüncü məsələ isə burada İranın provokasiyaya çəkilməsi və Trampın İrana qarşı aparmaq istədiyi siyasətə “legitimlik” yaradılmasıdır.  Qüds məsələsini analiz edərkən sual edirlər ki, “niyə indi?” Ona görə də mən bu dörd məsələnin qeyd olunmasını əhəmiyyətli hesab edirəm.

- Bu qərara İslam dünyasının ilkin reaksiyası bəllidir. Bəs, sonra nə olacaq? Sonda vəziyyətlə barışıq qərarı veriləcək, yoxsa geri dönüş olacaq?

- Düşünmürəm ki, ABŞ qərarını dəyişəcək - baxmayaraq ki, təkcə İslam dünyasından deyil, eyni zamanda Vatikandan, Avropa ölkələrindən, ABŞ-ın Böyük Britaniya kimi yaxın müttəfiqlərindən belə, etiraz səsləri gəlir. Həmçinin Rusiyanın etirazı eşidilir. Qərarın başqa bir nəticəsinə gəldikdə, artıq bəlli olduğu kimi, Fələstin-İsrail danışıqları qeyri-müəyyən müddətə dayanacaq. Digər bir nəticəsi ABŞ-ın vasitəçilik rolunun ciddi şübhə altına alınması olacaq. Həmçinin Fələstindaxili gedən prosesin, “Həmas”la “əl-Fəth”in yaxınlaşması prosesində ciddi problemlər yaranacaq. Bu problemlər artıq üzə çıxmaqdadır. Eyni zamanda hadisələr Üçüncü İntifadanın başlanmasına səbəb olacaq və bu da artıq başlayıb. Regional təsirlər də qaçılmazdır. Bir tərəfdə Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələri, Misir, ABŞ, İsrail, digər tərəfdə də digər yerli regional güclər Rusiyanın dəstəyi ilə Türkiyə-İran yaxınlaşması, burada müəyyən mənada Böyük Orta Şərq planına Pakistanı da daxil etmək mümkündür. Bu dövlətlər arasında da yaxınlaşma olacaq. Amma mən ərəb ölkələrinin, Ərəb Liqasının birləşmiş şəkildə, yaxud İslam dünyasının ciddi bir reaksiya verəcəyini düşünmürəm. Təbii ki, ciddi bir bəyanat olacaq, amma bütün İslam ölkələrinin eyni addımları atması, məsələn, siyasi-diplomatik sanksiyalar tətbiq etməsi, yaxud iqtisadi sanksiyalara getməsi, hərbi-təhlükəsizlik sahəsində birgə hansısa addımlar atacağı isə çox ciddi şübhə altındadır. Burada əsas ağırlıq Türkiyə və İranın üzərinə düşəcək. Rusiya isə ABŞ-la region ölkələri arasında yaranmış vəziyyətdə öz maraqlarını inkişaf etdirməyə çalışacaq. Çalışacaq ki, ABŞ və İsrailin qarşı çıxdığı İslam ölkələri ilə münasibətlərini daha da inkişaf etdirsin.

“Azərbaycan İsraillə yaxınlaşmada durumun həssaslığını nəzərə almalı və bundan irəli getməməlidir”

- Bundan əvvəl həm də Türkiyə və İranın təhlükəsizliyini təhdid edən “Kürdüstan dövləti” projesi də işə salınmışdı, lakin son anda Təl-Əviv və Vaşinqton kürd separatçılarının arxasından geri çəkildi. Belə demək olarmı ki, Qüds məsələsinə görə İraqın parçalanması layihəsi ertələnib?

- Mən hər zaman deyirəm: Orta Şərqdə bir kürd dövlətinin qurulması ABŞ-ın strateji planıdır və onun 100 illik bir plandan vaz keçəcəyini düşünmürəm. Sadəcə, bu planda operativ-taktiki ehtiyacdan irəli gələn müəyyən dəyişikliklər, təxirəsalınmalar ola bilər. Amma bir daha təkrar edirəm, bu, strateji yox, operativ-taktiki xarakter daşıyacaq. Yeni dünya nizamı yaradılır və yeni dünya nizamının tərkibində də Orta Şərqin yenidən dizayn edilməsi layihəsi ortadadır. Bu layihəyə qarşı çıxan dövlətlərə qarşı da bu siyasət bundan sonra da davam etdiriləcək. Neçə ki, Türkiyə, İran kimi dövlətlər, onların da arxasında bəzən səsli, bəzən səssiz Rusiya, Çin kimi dövlətlər var, bu qarşıdurma davam edəcək. Orta Şərqin yenidən dizayn proyektinin mərkəzində duran əsas məsələlərdən biri İsrailin təhlükəsizliyinin təmin edilməsidir. İkinci məsələ də region dövlətlərini zəiflədəcək kürd dövlətinin yaradılması proyektidir və yaxın perspektivdə biz bunu daha aydın şəkildə görəcəyik.

- Bütün bu hadisələrin Azərbaycana təsirsiz ötüşəcəyini də demək olmaz. Xüsusilə də Qüdsün paytaxt olaraq tanınması fonunda Qarabağın ilhaqının legitimləşdirilməsi təhlükəsindən danışılır, həmçinin İraq Kürdüstanı ilə bağlı durumun yaradılması zamanı da Dağlıq Qarabağla bağlı təhlükələrdən danışırdıq. Türkiyə prezidentinin Bakıya zəngindən belə aydın olur ki, Ankara Bakını bu məsələdə də yanında görmək istəyir. Mövcud situasiyada Azərbaycan hansı mövqedə dayanmalıdır?

- Birincisi, rəsmi Bakı nəzərə almalıdır ki, Azərbaycan da bir müsəlman dövlətidir, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və heç şübhəsiz ki, üçüncü gün Türkiyədə keçiriləcək  toplantıda bir müsəlman dövləti kimi ümumislam mövqeyində dayanmalıdır. İkincisi, Azərbaycan Türkiyənin tərəfdaşıdır, təbii müttəfiqidir və bu məsələdə Ankara öncüllük etdiyinə görə Türkiyənin yanında yer almalıdır. Üçüncüsü, işğala məruz qalan, analoji problemi olan bir dövlət kimi təbii ki, məsələnin beynəlxalq hüquq, BMT-nin məlum qətnamələri çərçivəsində həllinin tərəfdarı kimi çıxış etməlidir. Dördüncüsü də İsraillə yaxınlaşmada artıq durumun həssaslığını nəzərə almalı və bundan irəli getməməlidir.

- Bunun qarşılığında İslam ölkələrinin Qarabağ məsələsində ciddi dəstəyini gözləmək olarmı? Məsələn, İranın Ermənistana yönəlik ənənəvi siyasəti dəyişə bilərmi?

- Xüsusi bir dəyişikliyin olacağını düşünmürəm. Çünki Azərbaycan postsovet məkanına aid edilir və burada geopolitik lider Rusiya  qəbul olunur. Bunu həm Türkiyə, həm də İran qəbul edir. Ona görə də Azərbaycana etnik, dini, mədəni, tarixi baxımdan ən yaxın olan qonşu müsəlman dövlətləri, Türkiyə və İran başda olmaqla bütün İslam dövlətlərinin mövqeyinin bundan sonra dəyişəcəyini və bu hadisənin də ona təsir edəcəyini güman etmirəm. Əsas məsələ Azərbaycan-İsrail münasibətlərində olacaq. Artıq Azərbaycan əvvəlki kimi İsraillə münasibətlərinin inkişafında sərbəst davrana bilməyəcək.

- Bu da dolayısı ilə ermənilərin mövqeyinə uyğun situasiyadır. Çünki erməni diasporu xüsusilə də aprel döyüşlərindən sonra Azərbaycan-İsrailə münasibətlərini pozmağa çalışırdı...

- Mən bundan sonra xüsusi bir problemin yaranacağını düşünmürəm. Sadəcə olaraq artıq münasibətlərin bundan da irəliyə getməsinin qarşısı alınacaq. Amma geriyə xüsusi bir gediş olacağını da düşünmürəm.

- Maraqlıdır ki, son həftələrdə daha çox Şimali Koreya ətrafında gərginliyin yaranacağı gözlənilirdi. Amma qəfildən nəzərlər Qüds ətrafına yönəldi...

- Tam tərsinə. Bunlar gözlənilən hadisələr idi. Mən yuxarıda ilk səbəb kimi qeyd etdim. Hamıya bəlli idi ki, Tramp hakimiyyətə gəlməsində İsrailin, yəhudi lobbisinin, xristianların böyük rolu olub. Tramp da öz seçicilərinə, ilk növbədə də ona dəstək verən böyük güclərə söz vermişdi. O sözü yerinə yetirməliydi. Həm İrana qarşı daha sərt siyasət  aparacağını bəyan etmişdi, 5+1 formatında İranla imzalanan nüvə sazişindən çıxacağını, Tehrana qarşı sanksiyaların yenidən tətbiq edilməsinə çalışacağını bildirmişdi və bu yöndə də addımlar atır.

 - ABŞ-da Trampa qarşı etimadsızlığın  göstərilməsi təşəbbüsləri ortaya çıxırdı. Belə demək mümkündürmü ki, Qüds qərarı ona həm də hakimiyyətdə möhkəmlənməsi üçün yəhudi lobbisinin dəstəyini almaq üçün lazım idi?

- Əvvəla, Konqres qanun qəbul edib və o qanunda eyni vaxtda Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub. Konqres Dövlət Departamenti başda olmaqla icra qurumlarına tapşırıq verib ki, fevral ayına qədər artıq konkret fiziki və hüquqi şəxslərin siyahısını hazırlasın. Ki, hansına qarşı sanksiyalar tətbiq olunacaq. Fevral ayından artıq biz həm Rusiya, həm İran, həm də Şimali Koreya ilə münasibətlərin  - hətta heç bir hadisə olmasaydı da belə - gərginləşəcəyini gözləməliydik. Əgər biz rəsmə bütöv baxsaq, onda bunların heç biri gözlənilməz olmamalıdır. Ancaq hadisələrə geniş, hərtərəfli, dərin baxmaq və davamlı izləmək lazımdır. O zaman görəcəksiniz ki, gözlənilməz bir şey yoxdur. Təbii ki, sizin qeyd etdiyiniz məsələ də var. Tramp daxili siyasətdə sıxışdırıldıqca təbii ki, daxili, siyasi ehtiyacdan da irəli gələn bəzi taktiki gedişlər də var ki, diqqəti fərqli məsələlərə yönləndirsin. Hətta mən deyərdim ki, əgər ABŞ hər hansı bir hərbi müdaxiləyə və müharibəyə başlayarsa belə, mən təəccüblənmərəm.

-Deməli, Trampa xarici düşmən lazım imiş...

- Bəli.

- Azərbaycanın iki böyük qonşusu ilə bağlı planların işə salınması ölkəmiz üçün nə vəd edir? Özü də 2018-ci il Azərbaycan üçün həssas bir ildir, prezident seçkiləri keçiriləcək. Azərbaycan üçün göləntiləriniz nədən ibarətdir?

“ABŞ hər hansı bir hərbi müdaxiləyə və müharibəyə başlayarsa belə, mən təəccüblənmərəm”.

- Çox açıq şəkildə görünür ki, qonşu regionlarda, yəni həm Yaxın, Orta Şərqdə, həm də postsovet məkanında - hansı ki, Azərbaycan da daxildir - vəziyyət gərginləşəcək. Bu, həm Rusiyanın, həm də İranın hədəf taxtasında olması ilə bağlıdır. İkinci bir ciddi məsələ var ki, dünyada şəffaflaşma istiqamətində ciddi addımlar atılır. Elektron dolların dövriyyəyə buraxılması məsələsi var, ofşor zonaların ləğvi, gizli hesabların açılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məsələsi var. Bu məsələlər də eyni zamanda Azərbaycana təsir edəcək. Üçüncüsü də Azərbaycanda seçki ili ilə bağlı olaraq da vəziyyət gərginləşəcək. Həm qonşu regionlarda baş verən hadisələr, həm GUAM məkanında, Qara dənizdə, eyni zamanda İran və Rusiya ətrafında baş verən proseslər heç şübhəsiz ki, Azərbaycana da birbaşa və dolayısı ilə təsir edəcək. Azərbaycanda da ictimai-siyasi aktivliyin, eyni zamanda gərginliyin artması gözlənilir.

- Azərbaycan müxalifəti fəaliyyətsiz vəziyyətdədirsə, ciddi etirazlar müşahidə olunmursa, gərginliyi hansı faktorlar tətikləyə bilər? Xarici faktorları nəzərdə tutursunuz, yoxsa...

- Xarici faktor da ola bilər, xarici faktora aid daxili faktor da ola bilər. Azərbaycanda müxalifət deyəndə nədənsə ancaq 30 il ərzində tanınan müxalifət nəzərdə tutulur. Mənim fikrimcə, hakimiyyətin öz daxilində də böyük müxalifət formalaşmaqdadır.

- Partiya sədri olaraq prezident seçkilərində iddia ortaya qoymaq niyyətiniz varmı?

- Mən Azərbaycanda seçkilərin olacağını düşünmürəm. Çünki hələlik Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yoxdur. Ümumiyyətlə, dinc, demokratik siyasi fəaliyyət üçün belə şərait mövcud deyil. Belə bir şəraitdə, seçki mühitinin olmadığı bir vaxtda seçkiyə hazırlaşmaq məsələsinə, açığı, ciddi yanaşmıram... (musavat.com)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Tramp prezidentlik səlahiyyətinin 1 ilinə yekun vurub

bitmap-img3

Rakurs

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?

bitmap-img3

Seçmələr

Fazil Məmmədovun Ukraynada mülkləri üzə çıxdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru