Xəbər xətti

24 YANVAR

13:35 Azərbaycan yollarında nə qədər radar və kamera quraşdırılıb?

13:31 “Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır” - Komitə sədri

13:29 Sürüşmə ilə bağlı Səbail RİH-də Xüsusı Qərargah yaradıldı

13:27 Jurnalist Nicat Məlikov Ağsu rayonunda dəfn ediləcək

13:23 Xəbərdarlıq: Hava kəskin pisləşəcək, qar yağacaq

13:19 İlham Əliyev Şevçoviçlə TANAP-ı müzakirə edib

13:15 Əbüdfəz Məlikov xaricdəki pullarını qarantiya altına alıb?

13:11 2017-ci ilin dəhşətli yol qəzası statistikası: 750 ölü, 1719 yaralı

13:07 Varisin yeni kitabı çıxdı

13:03 Kobra yolu kəsdi, tıxac yarandı - Video

12:59 Təhsil Nazirliyi yeni təklif hazırladı - Summativlərin ləğvi ilə bağlı

12:56 Bakıda taksi sürücülərinin qənimləri ələ keçdi

12:52 Rusiyada yol qəzasında həlak olan azərbaycanlı jurnalist şəhid qızı idi

12:48 Avropa Birliyi 8 vergi cənnətini “qara siyahı”dan çıxardı

12:44 Gəncədə kütləvi dava-dalaş: 3 nəfər bıçaqlandı, 5 nəfər tutuldu

12:42 Bir ton xəstə at əti tutuldu - Bakıda satılacaqdı

12:40 Elvin Məmişzadə: “Mənə qarşı edilənləri açıqlasam, aləm bir-birinə dəyər”

12:36 “Sürücülərlə mübahisə etməyin” - Nazirdən yol polislərinə xəbərdarlıq

12:32 “Roma” heyətinə 3-cü türk futbolçunu qatmaq istəyir

12:30 Azərbaycandakı Rusiya dövlət bankı kapitalını rekord həcmdə artırır

12:28 Fazil Məmmədovun yaxınları istintaqa cəlb olunub - Həbs oluna bilərlər

12:24 Ötən il Azərbaycanda 3424 uşaq zorakılıqla üzləşib

12:22 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

12:18 Əməkdar artistin boşanan oğlu: “5 dəfə evlənə bilərəm”

12:17 “Bugünkü gənclik kommunikasiyadan asılıdır” - Psixoloq

12:14 Kərəm Həsənovun çörək sexi bağlandı - Rəsmi

12:10 İlin ilk Ay tutulması baş verəcək

12:06 İddialı serialın gələn həftə son bölümü yayımlanacaq

12:02 Səudiyyə Ərəbistanı neftdən imtina edir

11:58 11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb - Ramiz Zeynalov

11:55 NASA-dan gözlənilməz qərar

11:51 Qırğızıstana anomal soyuqlar gəlir - Temperatur -45-ə düşəcək

11:47 Azərbaycandan böyük pullar aparan əcnəbi müğənnilər vergiyə cəlb olunurmu?

11:43 Kriptovalyuta bazarında yeni qiymətlər

11:39 İllərin küsülülüyü bitdi? - Aygünlə Natavan yan-yana

11:35 Rusiyada azərbaycanlı jurnalist yol qəzasında vəfat edib

11:31 “Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdır” -Rəşad Sadıqov

11:27 İlham Əliyev Davosda “IBM” şirkətinin baş icraçı direktoru ilə görüşüb

11:23 Polis bakıda əməliyyat keçirdi - Külli miqdarda narkotik ələ keçirildi

11:19 Jurnalist niyə vəfat edib? - Polisdən fərqli səbəb

11:15 Keçmiş arvadını boğaraq öldürdü - Bakıda

11:11 Səməd Seyidov: “AŞPA-nın yeni Prezidentindən gözləntilərimiz...”

11:08 Dövlətin problemli kreditləri ödəməsi mümkündür?

11:07 Sarkisyan Fransada İranın Qarabağ mövqeyindən danışdı

11:03 ATƏT təmas xəttində monitorinq keçirəcək

10:59 “Oskar”ın nominantları bəlli oldu

10:56 Qış tətili başlayır, şagirdlər necə istirahət etməlidir?

10:52 Nəhəng şirkətlərin qatıldığı Davos Forumu haqda bilmədiklərimiz

10:50 Prezidentin köməkçisi müdafiə naziri ilə birlikdə cəbhə bölgəsində - Fotolar

10:48 Daha 4 şirkət Azərbaycandan gedir

10:44 Azərbaycanlı professor yazıçıların beynəlxalq forumunda

10:43 “Bu siyasi gedişat Serj Sarkisyana sərf edir” - Politoloq

10:40 Fransa prezidenti Azərbaycanı və Ermənistanı güzəştlərə çağırdı

10:36 Amerikalı yazıçı öldü

10:32 Bakının bu rayonunda su olmayacaq

10:28 Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

10:24 “Hiss edirdim ki, Qurbanov mənimlə yeni müqavilə istəmir” - Ndlovu

10:22 ​İrəvan teatrının ilk tamaşası anşlaqla keçib

10:20 “Bakı Ekspo 2025” Davosda təqdim edildi - Fotolar

10:16 Azərbaycan nefti bahalaşdı

10:12 Bakıda iki məktəbin ətrafında piyadaların təhlükəsizliyi araşdırılıb

10:08 İranda “daxildə satqın” axtarışı başladı - ilginc gəlişmələr

10:06 Putin və Ərdoğan arasında telefon danışığı olub

10:04 AŞ PA-nın yeni prezidenti siyasətçiləri “qaraladı” - Bakıdan reaksiyalar

10:00 Dollar və manatın bugünkü məzənnəsi

9:57 Məşhur İvonna nənə vəfat etdi

9:54 Qənirə Paşayeva: “O fikirdən məni anam daşındırdı”

9:50 Neft ucuzlaşıb

9:47 Seçki ərəfəsi sabitlik, yoxsa qarışıqlıq olacaq?

9:43 Cəbhədən yeni xəbər

9:40 Bakıda sexdə partlayış: işçilərdən biri ayağını itirib

9:37 ““Qara bazar” elə sürətlə inkişaf edib ki...” - Vahid Əhmədov

9:34 Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar...

9:30 “Alpinistlərdən heç bir iz yoxdur” - Ziya Qasımlı

9:27 ATƏT, AŞ PA rəhbərliyi italyanlara, BMT TŞ sədrliyi qazaxlara keçdi - Qarabağı nə gözləyir?

9:23 Senat FES-in yeni rəhbərini təsdiqlədi

9:20 İsrailin baş naziri Davosda Azərbaycan Prezidenti ilə görüşəcək

9:17 Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

9:14 Polad Bülbüloğlunun ermənilərlə bağlı mövqeyi kəskin etiraz doğurdu

9:10 Baş nazir qaydalara dəyişiklik etdi

9:07 Prezident Davos Forumunda nələrdən danışdı? - Tam mətn

9:03 “Şapka Mamed”in örtülü bazarı - Təfərrüatlar

9:00 İşıqpulu ödəməkdə problem yaranıb

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...

23:15 “KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!” - MKİ başçısı

23:09 67 yaşlı Ağsu sakini özünü asaraq intihar edib

23:02 “PYD/YPG Afrine doğru hərəkət edəcəyi təqdirdə...” – Pentaqon

22:56 Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - Video

22:50 Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - Video

22:43 Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

22:35 Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

22:28 “Neft hasilatının azaldılmasına dair saziş...” - İlham Əliyev

22:21 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

22:14 İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

22:07 Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:00 Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

21:55 Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk“

21:49 Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

21:42 Afrində keçirilən əməliyyatlar niyə “Zeytun budağı” adlanır?

21:35 2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

21:28 Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

21:20 Maskerano “Barselona”dan ayrıldı - Rəsmi

21:13 BP prezidenti neftin qiyməti barədə

21:06 “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - ABŞ generalı

20:58 Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

20:50 İlham Əliyev Rusiya ilə yeni hərbi müqavilə üzərində iş getdiyini açıqladı

20:43 Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

20:36 Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

20:29 Rəşad Sadıqovun komandası Gürcüstana qarşı



MÜSAHİBƏ

...

“Ermənistanın müalicəsi Azərbaycan əsgərinin qılıncının altından keçir”

Tarix 26.12.17, 9:10

Font ölçüsü : - / +
bitmap-img6


Emil Həsənli:“Ermənilərin yaratdığı mifi Azərbaycan 40-45 dəqiqəyə darmadağın etdi”


 “Yeni Müsavat”ın  qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlidir. Emin bəylə Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslər və digər məsələlərlə bağlı söhbət etdik.

- Emin bəy, ötən ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ ətrafında gedən proseslər qızışıb. Bunun  sonluğunu necə dəyərləndirirsiz?

- Aprel hadisələri böyük bir test oldu. Hər kəs üçün nəticə çıxarmalı hadisələr yaşadıq. Ermənistan işğaldan sonra bir mif yaratmışdı, buna “Ohanyan xətti” də deyə bilərik. Bu mifi Azərbaycan 40-45 dəqiqəyə  darmadağın etdi. Nəticədə Ohanyan da istefaya göndərildi. Həmin əməliyyatlarda ordumuzun bir neçə günə Qarabağı azad etmək qabiliyyətində olduğu göründü. Əslində bu  fikir ölkə daxilində tez-tez səslənirdi. Amma beynəlxalq aləmdə şişirdilmiş kimi qəbul olunurdu. Lakin aprel hadisələri bunun sübutu oldu və ermənilər idarəetməni tamam itirdilər. Cənab prezident daha öncə bildirmişdi ki, ölmək istəmirsinizsə, Füzuliyə, Ağdama gəlməyin. Erməni valideynlər övladlarının meyitlərini götürüb, Prezident Aparatının önünə belə getdilər. İlk dəfə Ermənistanda dedilər ki, biz övladlarımızın başqa torpaqlarda ölməsini istəmirik. Bu gün Ermənistan hökuməti nə qədər əhalini inandırmağa çalışsa da, mümkün deyil, çünki artıq ermənilər ordumuzun gücünü yaxşı bilirlər, həm peşəkarlığına, həm döyüş əzminə, həm vətənpərvərliyinə, həm də texnikasına görə... 

Artıq ermənilər o ruh düşkünlüyünü aradan qaldıra bilməyəcəklər. Yaxınlarda sizin mətbuat orqanı başda olmaqla, bütün mətbu orqanlar verdilər, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi bildirdi ki, Azərbaycan Zəngəzur, İrəvan və Qarabağı qaytarmaq istəyir, buna da gücünü var. Bu bir etiraf idi. Biz heç bir kömək olmadan dövlət olaraq, bunları etdik. Ermənistan artıq gücümüz qarşısında dayana bilmir. Aprel hadisələrindən sonra Ermənistan ali təhsil alan  şəxslər üçün möhlət hüququnu da ləğv etdi. Artıq qəbul olsa belə, 18 yaşına çatan şəxs hərbi xidmətə getməlidir. Amma biz də magistraturaya belə möhlət hüququ verilir. Bu amil Azərbaycan-Ermənistan arasındakı fərqi açıq göstərir. Bu fərqlər sübut edir ki, Azərbaycan hər an torpaqlarını işğaldan azad edə bilər. Bu müddətdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyini yaratdı. Ermənistanın isə bu cür  imkanları yoxdur. Səfərbərlik hazırlığı bizdə yüksək səviyyədədir. Şəhidlərimizin dəfni çox yüksək səviyyədə aidiyyəti qurumlar tərəfindən həyata keçirilir, bu da bizlərdə qürur hissi yaradır. Müdafiə Nazirliyinin  bir neçə hərbi hissəsi bütövlükdə Qarabağı işğaldan azad edə bilər. Aprel hadisələrində Azərbaycan heç səfərbərlik etmədi.

Bizim təşkilat və digər qazilər, veteranlarla bağlı qurumlar tez-tez hərbi hissələrdə oluruq. Ordumuzdakı inkişafı görürük. Şəhid, əlil ailələrinə diqqət durmadan artır. Cənab prezidentin ad günlərini məcburi köçkünlər, yaxud əsgərlərlə birlikdə qeyd etməsi təsadüfi deyil. Biz ədalətsiz, hüquqsuz dünyada yaşayırıq. Biz ehtiyatda olan hərbçilər olaraq, qardaş Türkiyənin qazilər dərnəkləri ilə sıx əməkdaşlığımız var. Aprel qazilərinin bir hissəsinin də Türkiyəyə səfərini biz təşkil etdik, oradan da bura səfərə gəldilər. Türkiyə Azərbaycanın ordu quruculuğuna hər zaman dəstək verir. 4 türk vətəndaşının Qarabağa qanunsuz səfərini həmin qazilər yüksək səviyyədə pislədilər, haqq işimizi müdafiə etdilər. İkiyaşlı Zəhra ilə bağlı məsələyə ilk onlar reaksiya verdilər. Dünyanın müxtəlif ölkələrində Azərbaycanın haqq işini aparmaqda davam edirik. Ən çox sülh istəyən müharibə veteranlarıdır, çünki zamanında bunun ağırlığını görüblər. Azərbaycanda qazilər, əlil və veteranlarla bağlı olan təşkilatların hər birinin fəaliyyətini yüksək qiymətləndirirəm.

Bizim aprel hadisələrindəki mediamızla əvvəlki vaxtların mediası arasında böyük fərq var idi. Dünyanın hər yerində belədir, yəni müharibə olanda media dərinliyi ilə məlumat vermir, eyni zamanda, ordunun yanında olur, necə ki, aprel hadisələrində mətbuatımız belə etdi. Siyasi partiyaların mövqeyini də yüksək qiymətləndirmək lazımdır. Dövlət sirrini daim qorumalıyıq. Peşəkar ordumuz kimi, peşəkar mətbuatımız da var. Xocalıda o boyda hadisə baş verdi, amma bir neçə ildən sonra bunu dünyaya çatdıra bildik. Amma Zəhra faciəsini saatlar ərzində dünyaya yaydıq. Demək, dövlət güclü olanda haqq işini dünyaya daha tez yayır. Ermənistan bütün cəbhələrdə geriləməkdə davam edir. Bu cür davam etsə, Ermənistanı çox ağır cəzalar gözləyir. O cəzanı da haqq edirlər. Biz 20 ildən artıqdır gözləyirik, dünyaya göstərmişik ki, bu qədər gücümüz ola-ola yenə də sülh istəyirik. Ermənistanın müalicəsi Azərbaycan əsgərinin qılıncının altından keçir. Zaman Azərbaycanın durmadan xeyrinə işləyir. Biz vacib olan o əməliyyatı mütləq keçirəcəyik.

“Ermənilərin  Mübariz İbrahimov, Ramil Səfərov kimi nümunələri yoxdur”

- Qarşıdan gələn 2018-ci illə bağlı gözləntiləriniz varmı?

- Biz heç zaman ümidimizi itirmirik. O məsələyə arzu kimi də baxmırıq. Torpaqlarımızı azad etmək haqqımız var. Bu istiqamətdə vətəndaş və dövlət arasındakı həmrəylik vacib amildir ki, bu bizdə var. Aprel hadisələri bunu sübut edib. Artıq Minsk Qrupu həmsədrləri olan ölkələr etimadlarını itiriblər. Aprel hadisələri də onu sübut etdi ki, bu dövlətlərin vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Ermənistanı ayaqda saxlayan da Rusiya, Amerika və Fransadır. Onların yardımı dayansa, cənub qonşumuz İran üzərindən ermənilər keçməsə, qısa zamanda əməliyyat olmadan belə Ermənistan məğlubiyyətə düçar olar. Minsk Qrupu vasitəçilik etmir, əksinə, problemi uzadır. Ermənilərin  Mübariz İbrahimov, Ramil Səfərov kimi nümunələri yoxdur. Biz münaqişənin həlli üçün bütün məsələləri həll etmişik. Sadəcə, beynəlxalq mövqe məlumdur. Bir həqiqət var ki, hər qaranlıq bir gecənin işıqlı sabahı var. 2018-ci ildə şərtlər diktə etsə, Azərbaycan nəinki Qarabağı, tarixi torpaqlarını belə azad edə bilər. Gələn il İrəvanın Ermənistana paytaxt kimi verilməsinin 100 ili tamam olur. Eyni zamanda gələn il bizlər üçün bir neçə əlamətdar günlər var. Cümhuriyyətimizin, Silahlı Qüvvələrimizin, Bakının işğaldan azad edilməsinin 100 illiyi, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Ümid edirik ki, gələn il real haqqımız olan torpaqlarımızı azad edəcəyik. 2018-ci ilin tariximizə qələbə ilə kimi yazılmasını ürəkdən arzulayırıq. Aprel ayı ruhumuzun qələbəsidir. Bir şey həqiqətdir ki, Ermənistanın dövlət kimi inkişafı Azərbaycan torpaqlarının azad edilməsindən keçir. Biz ordumuza ürəkdən inanırıq.

- Belə fikirlər səsləndirilir ki, Qarabağda  müharibə olarsa, heç bir dövlət müdaxilə etməyəcək...

- Cənab prezident atdığı addımların hər birini hesablayır. Tarix keçdikcə, ölkə başçısının nə qədər ölçülü-biçili addımlar atdığının şahidi oluruq. Bu qərarı verəcək ali bir baş komandanımız var. Kim bilirdi ki, Ramil Səfərov azad ediləcək? Əksinə, onun məsələsində dövlətin seyrçi mövqeyi tutulduğu tez-tez önə çəkilirdi, amma sonluq ortadadır. 1992-93-cü illər deyil ki, əməliyyatlarımız açıq şəkildə müzakirə edilsin. Aprel hadisələrinin necə gözəl təşkil olunduğu məlumdur. Bu məsələdə ilk növbədə, cənab prezident tərəfindən Azərbaycanın dövlət maraqları öndə tutulur. Aprel hadisələrində nəticə bizi tam qane etməsə də, Ermənistanın zabiti, əsgəri və əhalisinin nə qədər mənəvi zərbə aldıqları ortadadır. Yaxın 10 illərdə belə onlar bu şokdan ayılmayacaqlar. Digər dövlətlərin  müdaxilə etməyəcəyi fikirlərinə gəldikdə isə unutmaq lazım deyil ki, beynəlxalq hüquq işləmir. Burada ölçülü-biçili davranmaq lazımdır. Bu gün Amerika üç dövləti dünya üçün təhlükə mənbəyi elan edib, Rusiya, İran və Şimalı Koreya. Bu dövlətlərdən ikisi qonşumuzdur. Azərbaycan həm Qərblə, həm də qonşu ölkələrimizlə yüksək səviyyədə əməkdaşlıq edir. Azərbaycan heç vaxt atəşkəsi pozmayıb. Aprel hadisələrində də ermənilər pozmuşdular. Atəşkəsi pozmaq bizim haqqımızdır. Amma unutmaq olmaz ki, Azərbaycan bir dəfə atəşkəsi pozacaq və onda da heç bir dövlət müdaxilə etməyəcək. Vaxtilə yanlış siyasət ucbatından qonşu ölkələri özümüzə düşmən etdik. Amma ulu öndərimiz və İlham Əliyevin düzgün siyasəti nəticəsində bu dövlətlər neytrallaşdılar. Azərbaycan öz sabitliyini qoruyur.

“Qazilərə qan pullarının verilməməsi...”

- Qazilərlə bağlı bəzi problemlər var ki, onlardan biri də qan pulunun verilməməsidir. Sizcə, bu problemi aradan qaldırmaq Azərbaycan üçün çoxmu çətindir?

- Bu istiqamətdə işlər gedir. Sadəcə, vaxtında bizə ciddi problemlər qoyulub. Nəticədə də bu cür problemlər yaranır. Qazilərə qan pullarının verilməməsinə gəlincə, biz bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik. Düşünürəm ki, üzümüzə gələn illərdə bu məsələ bütövlükdə həll olunacaq. Bu problem mütləq həll olunmalıdır. Amma qazilərlə bağlı xeyli işlərin görüldüyünü də unutmaq olmaz. Onlar ev, maşınla təmin olunublar. Bundan əlavə, şəhid olanların dəfnini də dövlət təşkil edir, yerli icra orqanları da yas mərasimlərini təşkil edirlər. Biz də hərbi yönlü təşkilat olaraq, bütün belə yas mərasimlərində iştirak edirik. Bu gün vətənpərvər gəncliyimiz var. Olan problemlər 90-cı illərindir. Bəzi şəxslər özlərini elə təqdim edirlər ki, daha çox pul dövlətdən alsınlar deyə, insan dəhşətə gəlir. Problemlərin həllini deyərdim ki, hamıdan çox cənab prezident istəyir. Bütün dünyada olduğu kimi bu məsələlərə səhlənkar olan insanlar bizdə də olacaq. Amma bunu bütövlükdə dövlətin adına çıxmaq yolverilməzdir. İnşallah, onların kompensasiyası da mütləq olunacaq".

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb - Ramiz Zeynalov

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

ABŞ Suriya sərhədində ordu yaratmaqdan niyə vaz keçdi? - Ərdoğanın ultimatumuna görəmi...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru