Xəbər xətti

24 FEVRAL

22:00 Xocalı soyqırımı ilə bağlı Vyanada aksiya keçirilib

21:55 Şirvan sakini güllələndi

21:49 Fatih Terimin qızını belə yola saldılar - Fotolar

21:43 Bolqarıstanda həbsxanalarda etiraz mitinqləri başladı

21:37 Tacikistan prezidenti Azərbaycana gəlir

21:31 Bülbülə qəsəbəsində sakinlər yol tələbi ilə yolu bağlayıb

21:25 Somalidə iki partlayış: 38 ölü

21:19 Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi

21:12 Ermənilər “Xocalı” bukletinin paylanılmasına mane olmaq istədi -Video

21:05 Rusiya XKX rəhbəri İrəvanda nələri müzakirə etdi?

20:59 Bərdədə teplovozla yük avtomobili toqquşub - Foto

20:53 İstanbulda Xocalıya Ədalət Həftəsi başladı - Foto

20:45 Bakı qəsəbələri: proqram bitib, dərdlər bitməyib...

20:38 Bərdədə qamışdan tikilmiş ev yandı

20:31 Bakıətrafı qəsəbələrə elektrik qatarları işləyəcək - Açıqlama

20:24 Düşmənə bəraət qazandıran xainlər

20:17 İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

20:10 Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?

20:02 Zaur müğənniləri biabır etdi: “Pul verib xaricdən səslər alırlar”

19:58 Bakıda Xocalı soyqırımının qurbanlarını yad edirlər

19:52 Çin öz rekordunu təzələdi: ən uzun körpü - Video

19:46 DİN Xoşqədəmin verilişində baş verənləri ifşa etdi

19:39 Bakı-Quba yolunda ağır qəza – Ölən və yaralananlar var

19:33 İlham Əliyev Küveytin əmiri və hökumət başçısına təbrik məktubu ünvanlayıb

19:27 Rusiya regiona daha iki Su-57 göndərdi - Səbəb

19:20 3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

19:13 Ali məktəb tələbələri üçün prezident təqaüdü artırıldı

19:06 Prezidentdən təhsillə bağlı - Sərəncam

19:02 Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırıldı

19:00 “Ehtiyac ucbatından oxuyuram” - Mənzurə

18:54 “Amazon”dan satıcısız, kassasız mağaza

18:47 Beyl “Real”dan ayrılır? - Zidan açıqladı

18:40 MSK qərar verdi, yekun protokollar hazırlanacaq

18:33 Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəlib

18:26 Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar

18:19 Ağdamda saxlanılan maşından elə bir şey tapıldı ki... - Foto

18:11 ABŞ İsraildəki səfirliyini 2018-ci ilin may ayında Qüdsə köçürməyi planlaşdırır

18:04 Stiv Cobsun işə qəbul ərizəsi hərraca çıxarılıb

17:57 Bakıda 52 yaşlı kişi evdə ölü tapıldı

17:50 Azərbaycanda 27 yaşayış yerinin adı dəyişdirilə bilər

17:43 Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

17:36 “Toyunda qapıya bağladığımız qırmızı lentin rəngi hələ solmayıb” – Şəhid ömrü

17:29 “Real Madrid” və “Barselona” üçün asan rəqiblər

17:21 “Qarabağda vəziyyət elə gərgindir ki, hansısa artilleriya yaylım atəşi açılsa...”

17:14 Prezidentliyə namizədlərin sayı 15-ə çatdı

17:06 Birinci siniflərə qəbul üzrə 30 mindən çox sorğu daxil olub

16:59 Yeganə boşanma xəbərindən danışdı: “Qanuni ərimdir”

16:52 Yaxın 20 ildə Rusiya enerji ixracında lider qalacaq

16:45 Bakı məktəblərində “açıq dərslər”ə başlanılıb

16:38 “Zeytun budağı”: 1931 terrorçu məhv edilib

16:33 Azərbaycan XİN və Baş Prokurorluq: Xocalı soyqırımına görə Ermənistan məsuliyyət daşıyır

16:30 Ağdamda ər-arvad qazdan zəhərlənib

16:23 “Neftçi”nin sabiq hücumçusu məşqçiliyə başladı

16:15 Şövkət Mirziyayev Özbəkistanda Xruşşovsayağı “inqilab” edir

16:07 Özbəkistanın keçmiş baş prokuroru həbs olundu

15:57 Putinin daha iki ən yeni qırıcısı Hmeymimə endi

15:53 Azərbaycanlı müğənnilər Bodrumda restoran açdı

15:47 Siyavuş Novruzov: “Azərbaycanı indi idman ölkəsi kimi tanıyırlar”

15:41 Kadırov Stalini lənətlədi

15:36 ABŞ-ın qərarına Fələstindən cavab

15:30 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb

15:21 Rusiyaya finalda Almaniya rəqib oldu

15:16 Ata və oğulun söhbəti

15:11 Smartfonlar üçün yeni çip yaradılıb

15:05 Somalidə partlayış: azı 20 ölü

14:56 Mirzəyevin bacısı və yeznəsi niyə öldürüldü?

14:48 Məzahir Pənahov: “Bu, anlaşılmaz yanaşmadır”

14:44 Bakıda gənc oğlan bıçaqlanıb

14:39 Azərbaycan nefti bahalaşdı

14:31 Türkiyə ordusu 1931 terrorçunu məhv edib

14:26 Xızıda sürücünü öz maşını ilə 200 metr sürüdülər

14:22 Elman Fəttahın qardaşı qəzada vəfat etdi

14:17 Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi

14:12 Qusarda itkin düşmüş qadın tapıldı

14:06 Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib

14:01 Müğənni Damlanın “YouTube” kanalı silindi

13:55 Sabahın hava proqnozu

13:50 Ermənistan hakim koalisiyası prezidentliyə namizədini irəli sürdü

13:46 ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb

13:42 “Qarabağ” Türkiyədə ilin komandası seçilə bilər

13:35 Kabildə kamikadze özünü partlatdı: 1 ölü, 6 yaralı

13:32 Nərimanovda Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüş keçirilib

13:31 Hindistan ballistik raketi sınaqdan keçirtdi

13:19 Deputat Sona Əliyeva yaranmış problemə son qoydu

13:15 650 minlik avtomobil hansı məmurundur?

13:12 Azərbaycan deputatları Ərdoğanla görüşəcək

13:09 Bəxtiyar Hacıyev Şimali Koreya səfərindən danışdı

13:05 Ali Sunalın azərbaycanlı nişanlısı ilə toy tarixi bəlli oldu

12:56 Ağlamağa dərd axtarmaq adəti

12:49 Deputat: “Separatçıların “seçki şoularını” tanımırıq”

12:42 Bakıda ağacları kəsən adam saxlanıldı

12:38 Füzuli Məmmədovun (Frenk Elkapone) yalanı və ayıbı

12:38 Böyük Britaniyadan İŞİD xəbərdarlığı

12:33 Millət vəkili: “Bizdə benzin niyə bahadır?”

12:27 Çingiz Abdullayev: “O, yaddaşlarda əbədi qalacaq”

12:24 Neft bahalaşıb

12:18 Sumqayıtda yaşıllıqları məhv edənin kimliyi məlum oldu – Əli Həsənovun nəvəsiymiş…

12:13 Bakı aeroportunda İsrail vətəndaşı olan qadın saxlanıldı

12:08 Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

12:04 BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək

12:01 Əhəd Abıyev Gültəkin Hacıbəylini döyüb?

12:00 Lazer smartfonları enerji ilə dolduracaq

11:58 Səhləbad kəndində səyyar qəbul-görüş keçirilib

11:55 Polis maşını qəzaya düşdü: xəsarət alanlar var

11:52 Dünən axtarışda olan 60 nəfər saxlanılıb

11:48 Dəccal

11:47 Süni intellekt xəstəlik riskini proqnozlaşdırır

11:42 Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı

11:41 “Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə...”

11:36 Ekspert: “ABŞ Rusiya və Türkiyəyə mane ola bilməyəcək”

11:30 Başbuğ Ərdoğana qarşı iki partiyanı birləşdirir – İddia

11:25 Tovuzda yanğın: 2 ölü

11:21 Erməni diasporu Fətullayevi məhkəməyə verir

11:16 Bill Geyts məşhur serialda rol alacaq

11:12 Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

11:07 Məzahir Pənahova ağır itki

11:03 Məşhur aktrisa 97 yaşında vəfat etdi

10:59 “Azərbaycanı Moskvada nazirin müavininin təmsil eləməsi siyasi məna daşımır”

10:55 Azərbaycan xaricə satdığı məhsulu, həm də xaricdən alır

10:51 Beyləqan və Ağcabədidə oğurluq edən çoban tutuldu



ÖLKƏ

...

“Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili böhran yarandı”

Tarix 19.06.17, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


“Heydər Əliyev prinsipləri Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil edir”


Bunu bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə millət vəkili Fuad Muradov deyib.

O, qeyd edib ki, həmin vaxt ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi: "Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.

1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissənin rəhbərliyi Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdi".

Vətənin belə ağır günündə xalqın Naxçıvandan Heydər Əliyevi Bakıya dəvət etdiyini deyən millət vəkili bildirdi ki, Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı: "Bir neçə gün sonra - iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdi.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmışdı.

Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdı. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

O, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb".

F. Muradov deyib ki, Ulu öndərin Ali Sovetin Sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir. Heydər Əliyev parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlamış, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını almışdır.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdir: "O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.

Beləliklə də, 1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi düşmüşdür.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri kimi qeyd etməliyəm ki, bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı da öz mənbəyini məhz həmin Qurtuluş günündən götürür. Diqqət yetirsək Azərbaycan gəncliyinin inkişaf - təşkilatlanma prosesini 2 mərhələyə ayırmaq olar. Müstəqiilik dövrünə qədər və müstəqillik dövrü. Müstəqillik dövrünə qədər olan mərhələdə gənclər sovet ideologiyasının daşıyıcıları kimi ümumi prinsiplər əsasına təşkilatlanan bir sosial təbəqə olaraq inkişafa və dəyişikliyə meylli deyildi. Azərbaycanda Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması gəncləri yenidən təşkilatlanmağa, təəssübkeş dövlətçi və millətçi olmağa sövq etdi. Lakin müstəqillik dövründə gənclər sferasının inkişafının iki mərhələsini fərqləndirmək lazımdır - Pərakəndəlik və təkmilləşmə mərhələləri. Müstəqilliyin ilk illərində Azərbaycan gənci pərakəndə və kütlə Şüuru ilə hərəkət edir, məqamdan istifadə etməyə çalışan - fürsətçi siyasi qruplaşmaların - səriştəsiz AXC- Müsavat cütlüyünün alətinə çevrilirdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı gənclər və idman sahəsinin yeni şərəfli səhifəsinin açılmasına səbəb oldu. Gənclik Müstəqillik, Dövlətçilik, Vətənpərvərlik xüsusiyyətlərini daha dərindən yiyələndi, müstəqilliyimizin möhkəmlənməsi naminə iradə nümayiş etdirdi və yenidən mükəmməl şəkildə təşkilatlanmağa başladı və bunu bacardı.

Sözsüz ki, ictimai-siyasi proseslər inkişaf etdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayır. Bunu böyük uzaqgörənliklə hiss edən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin daha səmərəli idarə edilməsi, gənclərin daha mütəşəkkil təşkilatlanması üçün 1994-cü ilin 26 iyulunda Gənclər və idman Nazirliyini yaratdı. Gənclər və idman nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində əhəmiyyətli işlər həyata keçirilməyə başladı, gənc nəslin intellektual və fiziki inkişafı, onların beynəlxalq platformalarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində mühüm tədbirlər görüldü, xüsusi dövlət proqramları hazırlandı.

Bunun ardınca növbəti tarixi addım olan , 1996-cı ilin 26 yanvarında Ulu öndər tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğının əsas istiqamətləri müəyyənləşdirildi, dövlət orqanları qarşısında mühüm vəzifələr qoyuldu. Daha sonra 1997-ci il fevralın 1-də Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncam nəticəsində MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq 2 fevral Azərbaycanda gənclər günü elan edildi".

Millət vəkili bildirib ki, İlham Əliyevin 1998-ci ildə Milli Olimpiya Komitəsinin sədri təyin olunması ilə Azərbaycanın idman həyatında yeni səhifə açılıb: "Bunun nəticəsi olaraq gənclər arasında idmana maraq daha da artdı, ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət aldı. Ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev gənclər siyasətini də uğurla davam etdirərək 2006-cı ildə imzaladığı , Gənclər və İdman Nazirliyinin yenidən təşkil edilməsi haqqında fərman da mühüm hadisə oldu. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu tarixi addımın cox böyük rolu var.

Bu gün məhz əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin o düzgün siyasətin nəticəsidir ki, Azərbaycanın bütün sahələrində inkişaf edir. Gənclər və idman sahəsi də uğurla inkişaf edən sahələrdəndir. Hazırda ölkə əhalisinin 65 faizini gənclər təşkil edir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla paralel, beynəlxalq miqyasda da uğurları sıralayırlar. Bu siyasət yeni nəslin fiziki-intellektual, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. Demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir".

Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin "Gənclər ili" elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin növbəti sübutu oldu: "Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci ildə imzalanmış "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramları xüsusi qeyd edilməlidir. Qəbul edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı isə dövlətin bu sahədə işlərinin mövsümi xarakter daşımadığını, gəncləri cəmiyyətin hərəkətverici qüvvəsinə çevirməkdə birbaşa maraqlı olduğunu göstərdi. Proqramın əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək idi ki, ötən illər ərzində Gənclər Mərkəzləri yaradıldı və ilk dəfə olaraq Gənclər Fondu təsis edildi. Hazırda 2016-2020-ci illər üçün yeni proqram təsdiq ərəfəsindədir. Eyni zamanda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərimiz üçün mühüm istiqamətlər mövcuddur.

Həyata keçirilən məqsədyönlü idman siyasətinin nəticəsidir ki, Azərbaycan RİO olimpiadasında böyük qələbə - 18 medal qazanır.

Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzə çevrilib. Azərbaycan böyük - dünya əhəmiyyətli idman yarışlarına ev sahibliyi edir. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinə sədrlik etdiyi, tarixdə ilk dəfə keçirilən "Bakı 2015 Avropa oyunları" və "2017 İslam Həmrəyliyi Oyunları" dünyada böyük əks səda doğurdu və idman arenasında Azərbaycana olan marağı daha da artırdı.

Ölkəmiz "Formula-1" Avropa Qran-prisi, və 42-ci Dünya Şahmat Olimpiadası, kimi mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdi".

Fuad Muradov qeyd edib ki, bütün bu kimi uğurlu tədbirlərin reallaşmasında gənclərin də rolu danılmazdı: "Onu da qeyd etmək istərdim ki, bu gün gənclər üçün əhəmiyyətli qanunvericilik bazası mövcuddur. Heç şübhəsiz ki, ölkədə müəyyən bir sferanın inkişafı üçün həmin sahənin qanunla tənzimlənməsi şərtdir. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" qanunla müəyyənləşdirilib. Bundan başqa, 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" qanun, fərman və sərəncamlar, habelə dövlət proqramları qəbul edilmişdir.

Gənclər sahəsində aparılan uğurlu siyasətin məntiqi davamı kimi keçən ildən Milli Məclisdə Gənclər və İdman komitəsi fəaliyyətə başlamışdır ki, bu komitəyə rəhbərlik etmək məsuliyyəti də mənə həvalə edilmişdi. Bu gün biz komitə olaraq dövlət gənclər və idman siyasətinin daha da uğurlu həyata keçirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsinə bütün gücümüzlə çalışırıq.

Bu yaxınlarda Prezident İlham Əliyevin Prezident Administrasiyasında Yeni Gənclər siyasəti və İdman Məsələləri Şöbəsinin yaradılması ilə bağlı göstərişi bu sahəyə nə qədər önəm verildiyini bir daha sübut etmiş olur. Yeri gəlmişkən bu şöbəyə müdir vəzifəsinə təyin olunmuş Yusuf Məmmədəliyevi də təbrik edir, doğma Azərbaycanı­mız naminə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi bu şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıram.

Düşünürəm ki, bundan sonra ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz və idmançılarımız gələcəkdə daha böyük uğur və nailiyyətlərə imza atacaqlar". (trend)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ÖLKƏ

design-img

Vernisaj

Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəlib

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru