Xəbər xətti

21 FEVRAL

11:24 “Bu eşq günah olsa da, qəbul edirəm” - İlqarə

11:20 Şimali Koreya liderinin bacısı ABŞ vitse-prezidenti ilə görüşdən imtina etdi

11:16 İranın müdafiə naziri Azərbaycana gəlib

11:12 Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı: 3 nəfər ağır xəsarət aldı

11:08 Azərbaycan və Türkiyə “Qaz savaşı”nın tən ortasında

11:04 Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

11:00 Vaşinqtondan Bakıya da sanksiya xəbərdarlığı gəlib

10:55 Pxençxan-2018: Almaniya Norveçə çatdı - Medal siyahısı

10:51 “Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olaraq qalır”

10:47 Bakıda əhali sıxlığı: Paytaxt ağır “yük” altında

10:43 Bədənə yapışa bilən displey yaradıldı

10:38 Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

10:29 Almaniya yığması Olimpiadaya 3,5 min litr pivə gətirib

10:25 Netanyahu Mahmud Abbası “terrorçuların sponsoru” adlandırdı

10:21 Bakının iki magistralında sürət həddi endirildi

10:17 Keçmiş polis intihar etdi - Ağdamda

10:13 Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi

10:08 Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılır

10:04 Sabiq deputatlara pensiya veriləcək

10:00 Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

9:58 Azərbaycandan Avropaya daha bir qaz dəhlizi - Təhlil

9:53 Neft ucuzlaşdı

9:49 Suriyada barışdırılma üzrə Rusiya mərkəzi atəşə tutulub

9:46 Bayılda gərginlik artır

9:42 Atəşkəs 135 dəfə pozulub

9:37 Fəxriyə Xələfova: “Dəb olmasaydı, həyat dayanardı”

9:33 Tələbə kreditləri haqda yeni təklif

9:29 Polkovnik: “Ermənilər hücuma keçə bilər”

9:25 “Alpinistlərin tapılmaması qeyri-peşəkarlıqdır”

9:21 ATƏT məşhur təşkilatını Azərbaycana göndərir

9:17 Bakıda gənc qadın intihara cəhd edib

9:14 Mərkəzi Bank notlarını hərraca çıxarır

9:10 Elşən Musayev: “Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə...“

9:06 Bakıda fəhlə özünü öldürüb

9:03 İranın müdafiə nazirinin Bakı səfərinin mümkün səbəbləri

9:00 Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - Təfsilat

0:57 ABŞ kriptovalyutalara nəzarəti gücləndirəcək

0:49 Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib

0:36 Göygöldə yoxa çıxan gəlin tapıldı

0:28 17 türk məmur Yunanıstana qaçdı

0:14 Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

0:03 Bu gün bürcünüz nələr vəd edir?

20 FEVRAL

23:58 “Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

23:44 Ramil Usubov kral Salmanla görüşdü

23:37 Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

23:25 ABŞ-da orta məktəb atışma ilə əlaqədar təxliyyə edilib

23:11 Olimpiadada səyyar məscidlər xidmət göstərəcək

23:06 Ərdoğandan Əsəd ordusunun həmləsinə ilk reaksiya

22:58 İki dərmanın satışı qadağan edildi

22:42 Tehrandakı iğtişaşda 300 nəfər saxlanılıb

22:36 Maldiv adaları uğrunda Çin-Hindistan rəqabəti - Təhlil

22:29 Çexiyanın “Tatra” yük maşınları Azərbaycanda yığılacaq

22:16 Vahid Əhmədov: “Kənd təsərrüfatı sahəsində ikinci mərhələ başlayır”

22:03 Azərbaycanda işsizlərin sayı açıqlandı

21:55 YPG qüvvələri Afrindən geri çəkilib

21:42 Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi

21:37 Poroşenko Donbasda ordudan istifadəni qanuniləşdirdi

21:24 İranda təyyarə qəzasında ölənlərin cəsədləri tapılıb

21:19 Komitə sədri Cocuq Mərcanlı məscidində

21:07 Bakının iki rayonunda qaz olmayacaq

20:55 Adnan Oktar: “Biz Ermənistanla sərhədləri açacağıq”

20:41 “Seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək”

20:39 “ABŞ Suriyada öz regional maraqlarından əl çəkməyəcək”

20:27 Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət qrafiki dəyişir

20:14 “Erməni və Azərbaycan icmaları arasında dialoqun qurulması vacibdir”

20:03 Bakıda şirkət və mağazadan oğurluq edildi

19:58 Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

19:55 “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrəyə işgüzar səfər ediblər

19:51 Bu sürücülər 50 manatadək cərimələnəcək

19:46 Xarici ölkələrdə Xocalıya aid tədbirlər keçiriləcək

19:42 Reks Tillerson: “Kim məni əsəbiləşdirir”

19:37 Böyük Vətən Müharibəsi veteranlarının prezident təqaüdü artırıldı

19:31 Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

19:26 Əhalinin su sayğacları ilə təmin edilməsinə 15 milyon pul ayrıldı

19:23 Əsəd ordusu Afrinə daxil oldu

19:19 AKP-MHP ittifaqı seçkiyə bu adla girəcək

19:14 Tehranda polislə dərvişlərin toqquşdu: 6 ölü

19:10 Kılıçdaroğlu: “Qardaş Azərbaycanın kədəri Türkiyənin kədəridir”

19:06 Əfv Komissiyasının növbəti iclası keçirilib

19:02 İranda böhran dərinləşir

18:57 Azərbaycan - Makedoniya matçının vaxtı və stadionu dəqiqləşib

18:53 STP Tacikistana kabel ixrac edəcək

18:48 Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu

18:41 “Cəzalandırmasaq, sabah fəlakətlər qarşısında aciz qalacağıq”

18:36 Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib

18:34 Vətəndaşın qeydiyyat vəsiqəsi itib

18:31 Azərbaycanda 21 xarici vətəndaş saxlanılıb

18:29 FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

18:27 Tanınmış rejissorda ağır xəstəlik tapıldı

18:23 İlham Əliyev sərəncam imzaladı

18:19 Sabahın məzənnəsi

18:15 Bayıl sakinlərinə kirayə haqları niyə ödənilmədi?

18:11 SOCAR-ın trest müdiri ittihamlara cavab verdi

18:09 “The Daily Caller”: Azərbaycan Amerikanın mühüm müttəfiqidir

18:05 “Kağıza “ayda 100 min” yazıb qabağıma qoydu, dedi...”

18:02 Bakıda dövlət qurumunun binası yanır

18:00 Avropa Bankı TAP-ın maliyyəsini artıracaq

17:55 ABŞ-a məxsus F-16 qırıcısının havada mühərriki alışıb

17:49 “Oğullarım ikinci ərimi, o da övladlarımı qəbul etmədi”

17:44 Fevral ayının iqlim xarakteristikası açıqlanıb

17:39 “Bayılda sürüşmə prosesi aktiv fazadadır…” – Nazirlik rəsmisi

17:34 Qvardiola baş məşqçiyə hücum etdi

17:29 Türkmənbaşı öz zirehli “Mercedes”lərini satır

17:24 Ziyafət Əsgərov MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini ilə görüşdü

17:20 Rusiya mediası: “FTX “Qazprom”da genişmiqyaslı yoxlama aparır

17:15 Rusiyada azərbaycanlılar çinli turisti qarət etdi

17:10 İş adamı Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir

17:05 Dubayda 3D texnologiyası ilə villalar tikiləcək

17:00 Ermənistandan Avropaya şikayətlər artır

16:55 Şəhriyar del Gerani: “Dediyim bütün fikirlərin arxasındayam”

16:50 Moskva polisi məşhur azərbaycanlı bloqeri saxladı

16:44 Göygöldə itkin düşən gənc qadın tapılıb

16:39 Ziya Məmmədov evinin yanması xəbərindən danışdı

16:34 Direktor: “Hər ay şir 400, piton ilanı 20 manatlıq yem yeyir”

16:28 Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasının rəhbəri bəlli oldu

16:23 Peterburqda öldürülmüş azərbaycanlının meyiti tapıldı

16:16 Lənkəranskinin qatili bilindi

16:10 Boksçumuz turnirə qələbə ilə başladı

16:03 Putin Suriyadakı qoşun qruplaşmasının komandanını dəyişir

15:58 Livanlı general Tel-Əvivi hədələdi



MÜSAHİBƏ

...

“Aprel döyüşlərindən sonra diplomatiyamız fərqli olmalı idi”

Tarix 29.01.18, 9:25

Font ölçüsü : - / +
bitmap-img6


“BMT-nin nizamnaməsindəki həmin maddələrin hamısını artıq keçmişik, qalıb axırıncı...”


Son günlərdə Azərbaycanda geniş müzakirə olunan bir məsələ var. 

Söhbət qardaş Türkiyənin Suriyanın Afrin vilayətində keçirdiyi hərbi əməliyyatlardan sonra Qarabağla bağlı yaranmış vəziyyətdən gedir. Əksəriyyət bu fikirdədir ki, Türkiyə nümunəsi Ermənistanın işğalı altında olan ərazilərdə Azərbaycanın heç bir ciddi beynəlxalq təpkilərə məruz qalmadan hərbi əməliyyatlar keçirməsini mümkün edir. Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, yenicə fəaliyyətini bərpa etmiş Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin sədri Eldar Namazov mövzu ilə bağlı “Yeni Müsavat”a maraqlı fikirlər söyləyib.

- Eldar bəy, Afrin əməliyyatı başlayandan sonra Azərbaycanda ümid yaranıb ki, Qarabağda da bənzər əməliyyatın həyata keçirilməsi üçün zəmin yaranıb. Xüsusilə də Türkiyənin hərbi əməliyyatlar keçirməsinə beynəlxalq güclərin sərt təpki göstərməməsi erməniləri də qorxuya salıb ki, Azərbaycan ordusu da işğala qarşı əməliyyata başlaya bilər? Siz bu barədə nə deyə bilərsiniz, Azərbaycan üçün ünikal şans yarandığını söyləmək olarmı?

- Azərbaycan aprel döyüşləri zamanı bütün dünya ictimaiyyətinə nümayiş etdirdi ki, diplomatik yolla torpaqlar azad olunmasa, o halda güc tətbiq edib ərazilərini azad etməyə hüququ da, iradəsi də var. Bu mövqe indi də öz qüvvəsində qalır. Sözsüz ki, danışıqlar bir nəticə verməsə, Azərbaycan hərbi əməliyyat keçirib, Dağlıq Qarabağda öz suverenliyini bərpa etmək üçün həm beynəlxalq hüquq normalarından istifadə edə bilər, həm də Azərbaycanın siyasi iradəsi mövcuddur. Təbii ki, bu, Türkiyə ilə birgə əməliyyat şəklində ola bilməz. Üçüncü qüvvə bura müdaxilə etsə, onda Rusiya və digər ölkələrin də hərbi müdaxilə ehtimalı böyüyür. Buna heç ehtiyac da yoxdur. Aprel döyüşləri zamanı Azərbaycan ordusu öz hərbi üstünlüyünü nümayiş etdirdi. Ordumuz Qarabağın azad olunması əməliyyatını keçirib, uğur qazanmağa qadirdir. Daha çox Rusiyanın buradakı rolunu neytrallaşdırmaq və Ermənistana hərbi dəstəyinin qarşısını almaqdan söhbət gedir ki, bu da aprel döyüşləri zamanı müəyyən bir sınaqdan keçən bir məsələdir. Ona görə ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Rusiya ilə Ermənistan arasında imzalanmış hərbi sənədlərin - həm ikitərəfli, həm KTMT çərçivəsində - heç birinin Dağlıq Qarabağ və ətrafdakı işğal olunmuş ərazilərə aidiyyəti yoxdur.

- Amma unutmayaq ki, Lavrov “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” demişdi...

- Birincisi, Lavrovun, erməni əsilli xarici işlər nazirinin bəyanatı burada əsas rol oynaya da bilməz. Lavrov faktiki olaraq ikibaşlı bəyanat vermişdi. Bir tərəfdən Azərbaycana hədə-qorxu gəlməyə çalışmışdı. Digər tərəfdən də ona bu məsələ ilə bağlı etiraz olanda həmişə deyə bilər ki, mən ATƏT-in Minsk Qrupunun fəaliyyətini nəzərdə tuturdum. Yəni Azərbaycan buna razılıq veribsə, deməli, Azərbaycan bu işlə ATƏT-in Minsk Qrupunun məşğul olmasına razılıq verib. Hər halda Lavrov Rusiyada əsas söz sahibi deyil. Onun Türkiyə və Azərbaycanla bağlı müxtəlif addımları artıq Rusiya ekspertləri və Rusiya dövlət qurumları arasında da birmənalı qarşılanmır.

- Dediniz ki, danışıqlar nəticə verməsə... Ermənistan prezidenti ötən həftə AŞPA tribunasından Dağlıq Qarabağın heç vaxt Azərbaycan ərazisində olmayacağını növbəti dəfə bəyan etdi. Bundan sonra hərbi əməliyyatdan əlavə çıxış yolu qalırmı?

- Şəxsən mənim qənaətim ondan ibarətdir ki, Azərbaycan güc tətbiq etməli olacaq. Azərbaycan güc tətbiq etməsə, biz sırf diplomatik yollarla bu problemin həllinə nail ola bilməyəcəyik. Sadəcə olaraq həmin gücü tətbiq etməmişdən öncə beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları da bir daha inandırmalıyıq ki, güc tətbiq etməkdən başqa çıxış yolu qalmayıb.

- Yəni qardaş Türkiyənin Afrin əməliyyatı öncəsi və əməliyyatın gedişində apardığı təbliğata bənzər proses aparılmalıdır?

- Bəli, ona bənzər proses. Ona görə ki, beynəlxalq aləmdə gözəl başa düşürlər ki, torpaqlar işğal altındadır. Həmçinin gözəl başa düşürlər ki, BMT təhlükəsizlik Şurasının qətnamələri var və həmin qətnamələr torpaqların şərtsiz azad olunmasını tələb edir. Sadəcə olaraq Azərbaycan hərbi əməliyyat keçirməklə bağlı siyasi qərarı verəndə gərək ilk növbədə ona hazırlıq məqsədilə çox ciddi diplomatik, təbliğat kampaniyası aparsın. Bu çərçivədə də atılan addımları sadəlövhlük kimi qəbul etmək lazım deyil. Bəzi hallarda bu addımlarla beynəlxalq ictimaiyyətə təsir etmək lazımdır və inandırmaq ki, erməni tərəfi artıq diplomatik yolla heç bir kompromisə getmir və Azərbaycanın güc tətbiqindən başqa çıxış yolu qalmayıb. Hətta 2-ci Dünya müharibəsi ərəfəsində Almaniya müxtəlif qonşu ölkələrin torpaqlarını zəbt edəndə də zərurət hiss edirdilər ki, bunun çox böyük beynəlxalq təbliğatı olmalıdır. Yəni həmişə sülhdən, beynəlxalq hüquqdan danışırdılar. Mən Azərbaycanı Almaniya ilə müqayisə etmək fikrində deyiləm, bu, tamamilə yersiz olardı. Sadəcə olaraq demək istəyirəm ki, hər bir ölkə hansısa bir hərbi əməliyyat keçirməzdən öncə diplomatik yolla, təbliğat yolu ilə beynəlxalq ictimaiyyətdə fikir formalaşdırmalıdır ki, bu, zəruri addımdır və artıq hansısa bir diplomatik və digər yollarla işğala son qoymaq mümkün deyil.

- Türkiyə özünün təhlükəsizliyini təhdid edən terrorçulara qarşı qonşu ölkənin ərazisində əməliyyatlar keçirir və ilk günlərdə bir neçə etiraz olsa da, sonradan beynəlxalq aləm Ankaranın iradəsinə qarşı çıxa bilmədi. Azərbaycan öz sərhədləri daxilində antiterror əməliyyatlarına başlasa, yaxud işğala qarşı hərb qərarı versə, münasibət necə olar?

- Mən əminəm ki, hər şey Azərbaycanın təbliğatından və diplomatik sahədə atdığı addımdan asılıdır. Ona görə ki, Azərbaycanın bu ərazilərdə güc tətbiq edib azad etməsi üçün bütün beynəlxalq hüquq normalarında nəzərdə tutulan şərtlər artıq mövcuddur. BMT-nin nizamnaməsində konfliktlərin həlli ilə bağlı xüsusi böyük bir bölmə var. O bölmədə təqribən 10-a yaxın maddələr var. O maddələrin sonuncusu ondan ibarətdir ki, hansısa bir ölkə işğala məruz qalsa, həmin dövlət özünü müdafiə etmək üçün güc tətbiq edə bilər. Ondan əvvəlki maddələr nədən ibarətdir? Deyir ki, bu, işğaldırsa, buna beynəlxalq hüquq normaları çərçivəsində qiymət verilməlidir. Yəni araşdırmaq lazımdır ki, işğal var, yoxsa yoxdur? İşğalçıya çağırışlar etmək lazımdır.  İşğalçıya iqtisadi sanksiya tətbiq etmək olar. Beynəlxalq qurumlar müdaxilə etməli və təzyiq göstərməlidirlər. Yalnız  son maddədə deyilir ki, ölkə öz gücündən istifadə edib özünümüdafiə üçün güc tətbiq edə bilər. Qarabağ məsələsi ilə bağlı həmin bölmədə nəzərdə tutulan bütün maddələr artıq mövcuddur. BMT Təhlükəsizlik  Şurasının qərarı ilə təsdiq olunub ki, bu ərazilər işğal edilib. İşğalçıya BMT TŞ-nin qərarı ilə təzyiq göstərilib ki, “dərhal, şərtsiz o torpaqlardan çıx!” Azərbaycan da sərhədləri bağlayıb, işğalçı ölkəyə iqtisadi sanksiyaları tətbiq edib və 25 ildir bu məsələlərlə bağlı danışıqlar aparır, danışıqların da heç bir nəticəsi yoxdur. Yəni BMT-nin nizamnaməsindəki həmin maddələrin hamısını biz artıq keçmişik, qalıb axırıncı maddə - güc tətbiq edib torpağımızı azad etmək.

- Amma bu günlərdə rusiyalı həmsədr dedi ki, nazirlərin son görüşündə müşahidəçilərin sayının artırılması müzakirə olunub. Deməli, status-kvonun uzadılması istiqamətində yeni təşəbbüslər var. Müşahidəçilərin sayının çoxaldılması Azərbaycanın əl-qolunu bağlamağa xidmət etmirmi?

- Bir neçə ay bundan öncə elə sizin qəzetinizə müsahibəmdə belə bir fikir söyləmişdim ki, Azərbaycan ordusu aprel döyüşləri zamanı Azərbaycan diplomatiyası üçün yeni durum yaradıb, yeni bir imkanlar açıb. Qeyd etmişdim ki, təəssüflər olsun ki, Azərbaycan diplomatiyası hələ ki, ordumuzun onun üçün yaratdığı imkanlardan səmərəli istifadə edə bilməyib. Mən indi də o fikrimdə qalıram. Aprel döyüşlərindən sonra Azərbaycan diplomatiyası fərqli olmalı idi. Azərbaycanın hərbi əməliyyatları dayandırıb, yenidən danışıqlara başlamasının əvəzində müəyyən bir şərtlər qoyulmalı idi. Eyni zamanda həmsədr ölkələr də işğalçını həmin ərazilərdən çıxartmağa inandırmaq öhdəliyini öz üzərinə götürməli idi və diplomatik yolla biz bu təzyiqləri indi görməli idik. Təəssüflər olsun ki, həmin imkanlardan hələlik istifadə olunmayıb və mənim fikrimcə, bu, yanlış yanaşmadır.

- Hazırda Ermənistanda seçkiqabağı gərginlik yaşanır. Serj Sərkisyan ölkəsinin Böyük Britaniyadakı səfirini prezident kürsüsünə oturtmaq istəyir. Yeni prezidentin dönəmində Qarabağla bağlı yenilik gözləmək olarmı, yoxsa bu, sadəcə zamanın itirilməsidir?

- Bu, zamanın itirilməsidir. Əslinə qalsa, bu vəziyyəti daha da mürəkkəbləşdirəcək. Ona görə ki, indi artıq hakimiyyətin səlahiyyətlərinin çoxu baş nazirə keçəcək. Hökumət də parlamentdə formalaşacaq. Bu, o deməkdir ki, parlamentdə təmsil olunan bütün partiyalar söz sahibinə çevriləcəklər. Ermənistan parlamentində hansı qüvvələr təmsil olunub, bu da bəllidir. Ona görə də əslinə qalsa, Ermənistanda qurulacaq yeni hakimiyyət modeli parlamentin rolunu böyütmək və hökumətin səlahiyyətlərini genişləndirmək, hökuməti də parlamentdə formalaşdırmaq modeli Qarabağ məsələsində hansısa bir razılığa gəlməyə daha çox mane olacaq, nəinki münbit şərait yaradacaq.

- Rusiya Türkiyənin Afrin əməliyyatında neytral qaldı, hətta bəzi məqamlarda onu dəstəklədi. Türkiyə-Rusiya yaxınlığı və Afrin nümunəsi nə deyir, Moskva Azərbaycanın Qarabağ əməliyyatında neytral mövqe sərgiləyə bilərmi?

- Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir. Mən hətta hesab edirəm ki, bu, bir az yumşaq ifadədir. Ona görə ki, son illərdə demək olar ki, bütün sahələrdə nə Azərbaycan Türkiyəni, nə də Türkiyə Azərbaycanı özündən ayırmır. Bununla da vaxtilə irəli sürülmüş “Bir  millət, iki dövlət” şüarını faktiki olaraq real həyatda adım-addım reallaşdırırıq. Bu mənada Türkiyənin Rusiyaya təsir imkanları nə qədər yüksək olsa, hesab edin ki, bir o qədər də Azərbaycanın təsir imkanları yüksək olacaq.

Təsadüfi deyil ki, Türkiyə prezidenti cənab Ərdoğan Türkiyə-Rusiya münasibətləri ilə bağlı Putinlə danışıqlar aparanda heç vaxt Qarabağı unutmur, tez-tez mətbuatda açıqlamalar verir və Putinlə bu haqda müzakirələr aparır. Ona görə də, həqiqətən, nə qədər Türkiyə-Rusiya münasibətləri daha yüksək səviyyədə olsa, hərbi-geopolitok məsələləri əhatə etsə və iki dövlət arasında strateji müttəfiqlik formalaşsa, bir o qədər də Azərbaycan üçün Qarabağ probleminin həlli daha asan olacaq. Təsadüfi deyil ki, Rusiyada kök salmış erməni lobbisi bütün imkanlardan istifadə edir. Burada biz Rusiya XİN-də mövcud olan, Lavrov başda olmaqla erməni əsilli diplomatlar, rus mətbuatında ictimai rəyi formalaşdırmağa çalışan erməni əsilli ekspertləri nəzərdə tuturuq. Həmçinin pərdə arxasında Rusiya hakimiyyətinə təsir etmək istəyən erməni iş adamlarını nəzərdə tuturuq. Böyük erməni lobbisinin son dövrlərdə bütün səyləri bir səmtə yönəlib: Türkiyə ilə Rusiya arasında yaranmış bu əlaqələri və əməkdaşlığı pozmağa. Onlar istənilın təxribata əl atırlar, istənilən yalanı, böhtanı səsləndirirlər.

- Eldar bəy, fəaliyyətini bərpa etdiyiniz “beyin mərkəzi”nin - Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin Qarabağ məsələsinin həlli ilə bağlı təkliflər paketi olacaqmı?

- Bəli, elə ilk hesabatlardan biri Qarabağ məsələsi ilə bağlı olacaq. Bu sahədə də müxtəlif təkliflər paketi hazırlanacaq. O təkliflər həm Minsk Qrupunun həmsədrlərinə, həm də digər beynəlxalq qurumlara, həmçinin Azərbaycanın dövlət qurumlarına təqdim olunacaq. Qeyd edim ki, artıq konkret təkliflər mövcuddur. Mənə elə gəlir ki, həmin təkliflər bu prosesdə irəli getmək üçün yaxşı imkanlar yarada bilər, əgər o təkliflər qəbul olunsa...(musavat.com)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Xaləddin İsgəndərovdan “qardaşoğlu” əməliyatı - Biri qovuldu, digəri...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru