Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Trampı impiçmnet gözləyir, prezident Mayk Pens olacaq”


Rusiyalı politoloqdan sensasion açıqlamalar


ABŞ-ın indiki prezidenti Donald Trampın seçki qərargahının keçmiş başçısı Pol Manafort federal hökumətə təslim olub. 

Rusiyalı publisist və politoloq, hazırda ABŞ-da yaşayan Andrey Piontkovski “Apostrof”a müsahibəsində Manafortun ifadələrinin hansı nəticələri olacağı və bunun ABŞ prezidentinin nüfuzuna necə təsir edəcəyi haqda danışıb.

Müsahibəni təqdim edirik:

– Bu gün ABŞ-da (söhbət bazar ertəsi gecədən keçmiş baş tutub-red.) aydın səmada şimşək kimi hadisələr baş verib. Mən FTB-yə təslim olmuş Pol Manafortu nəzərdə tuturam. Hadisələr bundan sonra necə inkişaf edəcək?

– Bilirsiniz, Amerika-Rusiya, Amerika-Ukrayna münasibətləri kontekstində artıq br aydan çoxdur deyirəm ki, ABŞ prezidenti Donald TrampABŞ dövlət katibi Reks Tillerson Rusiya-Ukrayna sahəsində praktik olaraq hakimiyyətdən uzaqlaşdırılıb, qərarları başqa adamlar qəbul edirlər. Hazırda Ukrayna üzrə Volker fəaliyyət göstərir. Bugünki qərarlar isə bu tendensiyanı dönməz edərək möhkəmləndirir. Əslində, açar hadisə ABŞ-ın təhlükəsizliyi üzrə iyulun 20-22-də Aspendə baş tutmuş ənənəvi illik konfrans olub. Güc strukturlarının, xüsusi xidmətlərin həm keçmiş, həm də indiki administrasiyadan bütün rəhbərləri orada idilər. Və hərbi-siyasi isteblişmentin konsensusu orada ilk dəfə olduqca sərt səsləndi: “Putin Qərbə və ABŞ-a hibrid müharibə elan etdiyini düşünürsə, onda biz bundan çıxış edəcəyik və bu savaşda Putini məğlub etməliyik”.

Bu, indi tədricən gerçəkləşdirilir. Ən güclü zərbə sanksiyalar haqda Trampın çox həvəssiz imzaladığı 2 avqust qanunu olub. Amma qanunu imzalamaya bilməzdi, çünki Konqres ona, demək olar, bir ağızdan səs verib. Orada personal sanksiyalar haqda hazırda gerçəkləşdirilən tamamilə dəhşətli 241 seksiya var. Yanvarda artıq Rusiya oliqarxlarına qarşı cinayətkar yolla əldə olunmuş vəsaitlərin yuyulması ilə mübarizə  üzrə mövcud qanunvericilik tətbiq olunacaq. Hərbi-siyasi isteblişmentin Rusiyaya münasibətdə və Ukraynanı Rusiya təcavüzündən qorumaqda mövqeyi bu cürdür.

Baş verənlər isə Trampın sonunun başlanğıcıdır, tezliklə onun impiçmentinə səbəb olacaq. Buna görə də Moskvanın daha bir böyük avantürası – “bizim Trampcığaz”ın seçilməsi – iflasa uğrayıb və tamamilə əks nəticəyə gətirib çıxarıb. Paradoksaldır, amma sizi inandırıram ki, onlar burun soxmasaydılar və Klinton udsaydı, onda Vaşinqtonun Kremllə hansısa yeni, prinsipsiz danışıqlarıyla bitərdi. Bütün isteblişmentin Kremlə qarşı bu cür yekdil sərtləşməsi isə heç bir halda olmazdı.

– Axı Manafortun özünü hələlik Rusiya ilə əməkdaşlıqda ittiham etməyiblər, yalnız Viktor Yanukoviç rejimi ilə əməkdaşlıqdan, pul yumaqdan, vergi ödəməməkdən danışılır.

– Tam elə deyil. Ona əsası ABŞ-a qarşı sui-qəsd olan 12 ittiham elan olunub.

– Razıyam, bununla belə, Rusiya bu itthamlarda xatırlanmır. Hesab etmirsiniz ki, Kremlə münasibətdə yumşaq hərəkət edirlər?

– Xeyr. Onlar tamamilə dəqiq və hüquqca düzgün hərəkət edirlər. Hələlik ona 50 il həbsxanada qalmaq üçün yetərincə ittiham elan ediblər. Doğrudur, əsasən onun Ukrayan işləri üzrə. Və yeri gəlmişkən, o, siyasətə soxulmasaydı – o ki Ukraynada övladlarına və nəvələrinə də bəs edəcək on milyonlarla dollar oğurlayıb – bunlarla heç kim maraqlanmazdı. Sadəcə, onu 50 illiyə həbsxanaya göndərmək təhdidi onu (ABŞ özəl prokuroru Robert) Müllerlə tamamilə başqa cür danışmağa məcbur edəcək, o zaman o, ona başqa suallar verəcək. Lakin birbaşa rus məsələsindən danışılsa, bu gün ən başlıcası hətta Manafort da deyil. Bu, Trampın seçki kampaniyasında xarici məsələlər üzrə müşavir deyilən hansısa CorcmPapadopulosdur. Ona prezidentin özü daxil olmaqla Tramp düşərgəsiylə Putin arasında təmasların təşkili – və bu sənədləşdirilib – üzrə ittiham elan edilib. Və bundan savayı, o, özünü günahkar bilib. Onu artıq heç nəylə qorxutmaq lazım deyil, çox təfərrüatı ilə danışacaq. Belə ki, bu, ümumilikdə Tramp və düşərgəsi üçün son dərəcə xoşagəlməz şeylərdir.

– Tutaq ki, Trampın impiçmenti olacaq. Bəs Amerika hökumətinin dəyişilməsi Ukrayna məsələsinə təsir edəcəkmi?

– Yeni prezident xeyli dərəcədə antirusiya, Ukraynayönlü və NATOyönlü köklənmiş ABŞ vitse-prezidenti Mayk Pens olacaq. O, NATO ilə bağlı bütün durumu xilas edib. Tramp isə qışqırırdı ki, NATO köhnəlib və bunu ona rus agentləri təlqin edirdilər ki, “bizə böyük məsələləri həll etmək üçün Rusiya lazımdır, Ukrayna kimi xırda fikir ayrılıqlarından uzaqlaşmaq gərəkdir”. Pens isə özgə cür hərəkət edir. Ukraynanın rahatsız olmağına dəyməz. Amerikanın həm demokrat, həm də respublikaçı hərbi-siyasi isteblişmentinin Ukrayna üzrə vahid mövqeyini ifadə edən cənab Volkerə qulaq asın. Siz başqa şey haqda düşünməlisiniz və bunu artıq birinci dəfə demirəm. Bu gün Rusiya və Ukrayna arasındakı münaqişənin müəyyən edilməsinə münasibətdə  Ukraynanın rəsmi mövqeyi Volkerinki qədər sərt dərəcəyə çatmayıb. Yeri gəlmişkən, Volker Poroşenko ilə görüşdə işğal edilmiş ərazilər haqda qanunun qəbul edilməsini müzakirə edib. Volker aydın şəkildə deyir ki, bunlar Rusiyanın işğal etdiyi ərazilərdir, Rusiya təcavüzkardır, Rusiya orada iştirak edir. Ümumiyətlə, görkəmli ifadə ona məxsusdur: “Mən Surkovla (Rusiya prezidentinin köməkçisi-red.) görüşərkən, o məni Ukraynadakı rusdilli əhalinin problemlərinə inandırmağa başladı və ona cavab verdim ki, yalnız Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə rusdilli əhalinin problemi var”. Amerikanın mövqeyi 100 faiz Ukraynayönlüdür və burada həyəcanlanmağa bir şey yoxdur.

– Volker Kiyevdə həm də bildirib ki, Donbasdan qoşunları çıxarmaq üçün Rusiyaya basqı göstəriləcək. Kremlə basqı hansı şəkildə həyata keçiriləcək?

– Sanksiyalarla basqı gedir. Artıq Rusiya oliqarxları və onların təmsilçiləri Vaşinqtonda dolaşır və aydınlaşdırırlar ki, personal sanksiyalar siyahısına daxil edilməmək üçün özlərini necə aparmalıdırlar. Axı Rusiya elitası üzərində oğurladıqları dollarların müsadirəsi kimi gerçək təhlükə asılı qalıb. Təbii, bu adamların hamısı düşünməyə başlayıb: bu, nəyimizə lazımdır, bizi buna kim gətirib çıxardıb, bu adamı (Vladimir Putini-red.) daha altı il oğrubaşı saxlamağına dəyərmi, yaxud başqa oğrubaşı seçmək lazımdır və bəlkə, onda amerikalılarla dil tapmağa nail ola bilərik? Putin isə hələlik siyasi baxımdan sağdırsa, heç bir qoşun çıxarılmayacaq, sonralar isə yoldaş Putinin Ukrayna istiqamətində buraxdığı ciddi səhvlərdən danışa bilərlər.

– Bununla belə, Volker deyir ki, basqı təkcə sanksiyalarla olmayacaq. Necə düşünürsünüz, ABŞ-dan hansı hərəkətləri gözləməyinə dəyər?

– Bəs məgər sanksiyalar hərəkət deyil? Rusiyanın bütün rəhbərliyinin cinayətkar, təkcə hərbi təcavüz həyata keçirən hərbi cani deyil, həm də adi cinayətkar elan edilməsi – məgər bu, basqı deyilmi? Moskva tərəfdən ən cüzi hərbi təzyiq zamanı isə Ukraynaya dərhal silah veriləcək. Təkrar edirəm, Ukrayna hələ də Donbas haqda qanun qəbul etməyincə təəssürat yaranır ki, Kiyevdənsə ABŞ daha çox Ukraynayönlü mövqe tutur.

– Və ABŞ-dakı hadisələrə qayıdaq. Necə düşünürsünüz, Manafort və işin başqa fiqurantlarını fiziksəl aradan götürmək cəhdləri olacaqmı?

– Bunu ancaq Rusiya təxribatçıları bacarar. Amma düşünürəm ki, onların Vaşinqtonda hərəkət etməsi Kiyevdəkindən çətindir. Təəssüf ki, KiyevMoskvanın təşkil etdiyi terror aktları dalbadal baş verir. Və bu günki (Əminə Okuyevanın qətli-red.) təzə nümunədir. Amerika ədliyyəsi hərəkətə gəlsə, geri çəkilmir.

Adrian Radçenko

Apostrof (Ukrayna) (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar