Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanla əlaqələrimiz yaxşıdır, şikayətimiz yoxdur” – Kalaşnikov


Hər iki ölkənin prezidentlərinin əməkdaşlığı və səyləri nəticəsində son zamanlar əlaqələrimiz olduqca yaxşıdır və bizim şikayət etməyə haqqımızı yoxdur


Əgər maliyyə, iqtisadi böhran, həmçinin karbohidrogenlərin dəyərində qiymət azalması olmasaydı, əməkdaşlığımız daha yaxşı olardı.

PİA.AZ xəbər verir ki, bunu “MoskvaBakı oxu” konfransından əvvəl jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının üzvü, rusiyalı siyasətçi Leonid Kalaşnikov bildirib.

“Bizi müəyyən problemlərin olduğu sahələrdə belə ümumi dil tapa bilirik. Mənə elə gəlir ki, bu ilk növbədə prezidentlərin müdrikliyi hesabına başa gəlir. Biz yaxşı anlayırıq ki, iqtisadiyyat keçicidir, lakin geosiyasət və bizim xalqlarımızın dostluğu qalır”, - deyə Kalaşnikov vurğulayıb. 

Kalaşnikov, rus dilinin inkişafı baxımından Azərbaycanı daima nümunə göstərdiyini vurğulayıb: “Rus dilinin Azərbaycanda inkişafına gəldikdə isə, mən həmişə sizin ölkənizi nümunə göstərirəm. Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın bu məsələdə səyləri var. Məsələn mən bu yaxınlarda Bakının mərkəzində onun açılışında iştirak etdiyi və yardım göstərdiyi məktəbdə oldum. Bakıda belə məktəblərin sayı 400-ə yaxındır. Bu barədə burada çox az adam danışır. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda rus dilində danışanların sayı keçmiş MDB ölkələrindən sayından çoxdur”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar