Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zümrüd Yağmur qohumlarından imtina etdi

Azərbaycan hakimiyyətinin cəmiyyətimizə sırıdığı yeni əxlaq normalarından biri də valideynlərin balalarından, balaların valideynlərindən imtina etməsidir

 
SSRİ-nin Morozov nümunəsini cəmiyyətimizə tətbiq edən “rusqafalı”ların siyasi müxalif ailələrinə dözülməz təzyiqlər nəticəsində hər gün yeni imtina bəyanatları ilə tanış oluruq. 

Sözügedən bəyannamələrdə, adətən, yaxın qohum-əqraba siyasətə “bulaşmış” müxalifləri öz klanlarından çıxarırlar - ibtidai icma quruluşlarına məxsus tayfa adət-ənənələrində olduğu kimi.

Bu səfər isə tanınmış yazıçı Zümrüd Yağmur həmin ənənəni pozub. Qohumlarına edilən təzyiqləri nəzərə alan yazıçı özü könüllü şəkildə “imtina bəyannaməsi”nə imza atıb.

Yazıçının dünən facebook səhifəsində paylaşdığı “imtina ərizəsi”ni oxucularımıza təqdim edirik:

  

“Bu yazını yazmaqdan uzun müddət yayındım. Açığını deyim ki, qarşılaşdığım təhdid və ya təyziqləri yazmaq kimi vərdişim yoxdur. Amma indi yazmamaq kimi bir lüksüm də yoxdur.

Burdan kimsəyə, ayrıca olaraq hansısa quruma və ya şəxsə müraciət etməyəcəm. Yəqin ki, hər kəs özünə aid olan hissəni anlayacaq. Artıq uzun müddətdir ki, doğulub böyüdüyüm ailə üzvlərimə müxtəlif təziqlər olur. Niyə? Çünki onların bacısı Zümrüd Yağmurdu və birilərinə görə mən vətən xainiyəm. Bu düşüncəyə şərh verməyəcəm. Sadəcə, burdan bəyan edirəm k, doğulub böyüdüyüm ailədən necə deyərlər, bağımsızlığımı 18 yaşında elan etmişəm. Bu həyatda atamdan daha çox dəyər verdiyim biri də olmayıb, mənim üçün məğrur bir insan kimi məhz qüruru, əl öpməməyi, yaltaqlanmamağı, inandıqları üçün inadkar olmağı və prinsipiallığı dəyər kimi qoyub getmiş o Böyük İnsan övladı üçün rahatsız olub bunu dilə gətirəndə, məndən daha ehtiyatlı olmağı istəyəndə ona belə azadlığım, əqidəmdən güzəştə getməmişəm. Atama getmədiyim güzəşti də indi kimsəyə getmək niyyətində deyiləm.

Mənim üçün doğmalıq primal bağdan ibarət deyil. Doğulub böyüdüyüm ailəmlə heç bir əlaqəm yoxdur, şərait elə gətirib ki, yollarımız çoxdan ayrılıb. Hətta bacım dünyasını dəyişəndə ancaq dəfndə iştirak edib geri dönmək məcburiyyətində qalmışam. İndi olanlar, mənə olan basqılar geri addım atmam üçün səbəb ola bilməz. Əgər sizə imtina etməmi açıq dilə gətirmək lazımdırsa, bəyan edirəm ki, mən öz ailəmdən imtina edirəm və bundan sonra onlara olacaq basqıların mənə heç bir aidiyatı yoxdur”.(ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar