Xəbər xətti

24 APREL

0:44 Torontoda mikroavtobus kütləyə çırpılıb: 5 nəfər ölüb

0:33 İranda zəlzələ olub –4,2 bal gücündə

0:11 Ağ Ev:“Maksimum təzyiq kampaniyasını davam etdirəcəyik”

0:01 Bugün bürcünüz nələr vəd edir?

23 APREL

23:55 Ərdoğan: "Bu, bizim üçün həqiqətən bir fəlakətdir"

23:40 Səudiyyə bombaladı: Saməd öldü, 3 günlük matəm elan edildi

23:33 Brent markalı neftin qiyməti 2014-ci ildən etibarən ilk dəfə 75 dolları ötüb

23:25 Torontoda mikroavtobusu piyadaların üzərinə sürən sürücü saxlanılıb

23:20 Fransa prezidentinin ABŞ-a səfəri başlayıb

23:05 Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradılıb

22:40 Prezident İlham Əliyev sabah Türkiyəyə səfərə gedir –Açıqlama

22:26 Türkiyə Afrində uşaq xəstəxanası açıb

22:12 “İranla nüvə sazişinə alternativ yoxdur” – Kreml

21:50 Azərbaycana nə qədər turist gəlib?

21:30 “Ermənistanda yeni parlament seçkiləri keçirilməlidir“

21:22 Erməni deputatlar NATO-nun Batumidə keçirilən seminarından geri çağırılıblar

21:17 “Barselona“ Ardanı satır

20:50 “Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək”

20:40 ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb

20:33 Dünyanın ən böyük neft şirkətinə ballistik raketlər atıldı

20:20 Şamaxıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə” mövzusunda seminar

20:05 "Qarabağ klanı"nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir"

19:40 Azərbaycanda yeni yaradılan Dövlət Turizm Agentliyinə sədr təyin edilib

19:37 “Mourinyo ilə problemim yoxdur“ - Poqba

19:33 Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

19:25 "Bütün istiqamətlərdə şəffaflıq tam təmin olunacaq"

19:21 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub -Siyahı

19:20 Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib

19:13 Prezident “Tibbi sığorta haqqında” qanunda dəyişikliyi təsdiqləyib

19:05 «Beynəlxalq hüququ birlikdə qoruyaq…» – Çin liderindən Rusiyaya çağırış

18:55 Zaxarova erməniləri məhd etdi – “Rusiya həmişə səninlədir”

18:47 Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb

18:42 Azərbaycan MN Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayıb

18:33 “Kimsə məni korrupsiyada ittiham edə bilməz” - Səməd Seyidov

18:28 "İnsanlar yuxarıdan aparılacaq islahatlara ümid edirlər"

18:24 “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik edib

18:20 Putinin xüsusi nümayəndəsi Azərbaycan prezidentinə məktub göndərib

18:09 Yol polisi sürücülərə texniki baxışla bağlı son xəbərdarlıq edib

18:05 Yeni səhiyyə naziri olacaq şəxsin kimliyi bilindi

18:00 Xalq şairinin oğlu: “Atamın xəstəliyini hamıdan gizlətdim”

17:55 Türkiyədə PKK silahlıları ilə hərbçilər arasında atışma baş verdi

17:50 “Bu gün yeni təyinatlar olacaq, görəcəksiniz ki…” – Ramiz Mehdiyev

17:50 Bakı və Ağdam sakinlərindən silah-sursat götürüldü

17:46 Belçika kralı Azərbaycan prezidentini təbrik edib

17:41 Bakıda üç ayda baş verən yol qəzalarında 52 nəfər ölüb

17:36 “Qarabağ Vyana” dan növbəti qələbə

17:31 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:29 Yüz minlərlə erməni inqilabın qələbəsini bayram edir - Video

17:26 Yeni təhsil naziri kimdir? – DOSYE

17:21 Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi oldu

17:16 Rusiyada “YouTube”a girişdə çətinliklər yarandı

17:11 Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olundu

17:06 Bakı metrosundakı dəhşətli hadisə ilə bağlı yeni faktlar

17:01 Lənkəranlı sahibkarlar prezidentdən kömək istədi

16:56 Atası Nağılbazın səhhətindən danışdı

16:51 “Bakcell“ biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir

16:47 Cüdoçularımızdan Afrika kubokunda 15 medal

16:46 Bu ilin 3 ayı ərzində Bakıda 2657 cinayət qeydə alınıb

16:41 “Qəbul üçün 500, yemək pulu üçün 20 manat verməlisiniz” - Bağça müdirəsinin şərtləri

16:37 Prezident təhsil nazirini təyin etdi

16:35 İrandan narkotik vasitələrin Azərbaycana gətirilməsinin qarşısı alınıb

16:30 MTN-in sabiq qadın generalına şərti cəza verilib, 2 nəfər azadlığa buraxılıb

16:25 Azərbaycan prezidenti əfqanıstanlı həmkarına başsağlığı verib

16:20 Səbaildə əhalinin pulsuz göz müayinələri aksiyası keçirilib

16:16 Kreml: Ermənistanda baş verənlər bu ölkənin daxili işidir

16:14 Ermənistanın Baş naziri Serj Sarkisyan istefa verdi

16:12 Ermənistan inqilab burulğanında: Rusiya niyə susqunluq nümayiş etdirir?

16:08 Hüseyn Abdullayevin vəkili danışdı – Audio

16:03 Sahibkarlar üçün ixrac proseduru sadələşdirilir

15:58 “Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

15:54 Paşinyan azadlığa buraxıldı - İrəvanda böyük canlanma

15:48 Hüseyn Bağırov kollektivlə vidalaşdı

15:44 Yığmamızın İsveçlə oyunlarının vaxtı dəqiqləşib

15:40 Sabiq MTN generalı Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edilib

15:35 Əkin sahələrinə Mərakeş çəyirtkələri yayılıb

15:30 Komitə ləğv olundu, qanun layihəsi təxirə salındı

15:25 Milli kinomuzun 120 illiyi geniş qeyd olunacaq

15:20 Anarın ölümündən 7 il keçir

15:15 Bu maşınlar Azərbaycanda yığılacaq

15:11 Ermənistan Müdafiə Nazirliyi hərbçilərin nümayişlərə qatılmasını pislədi

15:01 “Google” tarixi abidələrin qorunması üzrə layihə hazırlayır

15:00 Prezidentdən təyinat sərəncamı gözləyənlər

14:56 ““Siyasi məhbuslar”, “təzyiqlər”, “həbslər”... Qərbdə belə faktlar daha çoxdur”

14:51 Prezident İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - Siyahı

14:47 “Bu film üçün Cavad xanın ruhundan icazə istədim”

14:43 Sarkisyan ağ bayraq qaldırdı

14:39 Dünya Bankı Azərbaycanla bağlı proqnozunu dəyişdi

14:35 Yerevanda həkimlər müxalifətin mitinqinə qoşuldular

14:30 Pakistan lideri Azərbaycan prezidentini təbrik edib

14:26 “ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb

14:21 Yeni təyin olunmuş kənd təsərrüfatı naziri kollektivə təqdim olunub

14:16 Yeni hökümət nə qədər uğurlu, ya da nə qədər uğursuzdur?

14:11 “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

14:07 Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək

13:45 Bu gün beynəlxalq kitab günüdür

13:41 “Titanik“də ilk naharın menyusu 140 min dollara satılıb

13:37 27 yaşlı kişi kanalda batdı

13:33 Sabah hava necə olacaq?

13:25 “Mənə elə kişi lazımdır ki...” - Dilarə

13:21 MSK: 55 siyasi partiyadan 44-ü illik maliyyə hesabatını təqdim edib

13:17 Formula 1 komandaları artıq Bakıdadır

13:13 Türkiyədə 11 yaşlı qız baş nazir kreslosunda oturdu

13:09 Maştağa sakini küt alətlə öldürülüb

13:05 Elçin: “Bundan sonra yeni əsərlər yazacam…”

13:01 “Taliban” hücum etdi: 16 ölü

12:57 Gimnastımız beynəlxalq turnirdən 2 qızıl medal qazandı

12:54 Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi

12:53 İran banklarına kriptovalyuta ilə əməliyyatlar qadağan edildi

12:49 Daşkəsəndə qar uçqunu altında qalan 5 nəfər xilas edilib

12:45 Ermənistanda fövqəladə vəziyyət tətbiq edilə bilər

12:40 “İrəvan inqilabı” Azərbaycanın xeyrinədirmi?

12:36 Müəllimin xadiməni zorladığı məktəb

12:32 "Ermənistanda Karen Karapetyan baş nazirliyə iddialıdır"- Politoloq

12:28 İzzət müğənnilərə “göbələk” dedi

12:24 “Azərbaycanın OPEC-ə qoşulması məsələsi gündəmdə deyil”

12:19 Hazırda nazir vəzifəsini Hüseyn Bağırov icra edir – ETSN

12:15 Yerevanda tələbələr üsyana qoşuldu - Canlı yayım

12:11 Yəməndə ərəb koalisiyasının zərbələri nəticəsində 20 nəfər ölüb

12:07 AKP-MHP ittifaqı CHP-İYİ Partiya sazişinə qarşı - Türkiyəni kim qazanacaq?

11:53 Ələt-Astara yolunda ağır qəza: 6 yaralı



ƏDƏBİYYAT

...

Zorrealizm, vurrealizm, hırrealizm: qeyri-adi cərəyanlarımız

Tarix 13.12.17, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.az Rahid Uluselin “Bizim sürrealizm” esse-karikaturasını təqdim edir


Azərbaycanda realizm içrə sürrealizm belə dürlənir:
 
sürrealizm: omonim kimi iki mənada – (1) absurdlara inandırma yolu; (2) hər şeyi sürmək – həyatı, atı, arabanı, xarabanı – ki, “harda qırıldı-qırıldı” fəlsəfəsinə söykənir;
 
hürrealizm: yenə omonim kimi iki mənada – (1) hürriyyət, azadlıq idealları ilə hər yerə dırmaşıb başını yardıranların yolu; (2) təlimatla sağa, sola, aşağı, yuxarı və qayıdıb özünə hürənlərin sənəti;
 
nurrealizm: gözlərə və ağıllara işıq verənlərlə gözlərdən və ağıllardan işıq alanların dava meydanı;
 
hurrealizm: “hurrey!” deyib çəpik çalanların iyerarxiyada yüksəlməsini vəsf edən və onların haçansa oradan aşağı yuvarlandırılmasına züy çalıb ağı deyən realizm;
 
qurrealizm: ayə kimi deyilənləri qurbağa gölünün vətəndaşları statusunda təsdiq və təkzib edir;
 
şurrealizm: taqətdən düşmüş insanları coşdurub eyforiyada uçurur; emosiyalardan radikallığa, cındırlıqdan krallığa transformasiyalar yapır;
 
surrealizm: Budda bütləri kimi heç nə etmir, meditasiyaya dalıb susur, Məhşər günündə İsrafilin sur çalmasını, Kissincer, Rotşild və Rokfellerin Kəbə, Məşhəd və Təzə Pir məscidlərindəki minarələrdən azan verməsini, bəşəriyyətin hoppadan xortlamasını səbrlə gözləyir;
 
vurrealizm: ədəbi qoçuların yaraqlı (əsas silahı – fit) cərəyanıdır, Baş Qərargahı Parisdə, Keyptaunda və Maştağada yerləşir;
 
torrealizm: xamlara, həriflərə tor qurub öz tərəfinə çəkən tendensioz ədəbiyyatçıların, pulla özünə əsər yazdıran, çevrəsində xudmani ədəbi-tənqidi mühit düzənləyən işbazların doktrinasıdır;
 
korrealizm: ədəbiyyatda optika dükanları açıb zülmət fəlsəfəsini, korluq mistikasını, təpəgözlük məfkurəsini yayır;
 
qorrealizm: dağın başından dərənin dibindəkilərə qor, qığılcım, çınqı sıçradır, bütün qələmlər şam kimi od tutub yanır, zəmanəmiz Füzulinin yuxusuna girir, kondisionerlər sərin aaah buraxır;
 
zorrealizm: bu dünyada hər şeyin zorla mümkün olduğunu dəmir alın, keçəl praktikası ilə sübut edir, ədəbiyyatın zorlanmasından doğulan bicbalaların çilçıraqlı səltənətini, kübar-epoletli əyanlığını seyrəngahlayır;
 
şorrealizm: duzlu şoru milli mentalitetimizin simvolu kimi qəbul edir; neftdən sonra gora getməmək üçün yalnız şora güvəndirir, şit həyatı duzlayıb-məzələndirir;
 
hörrealizm: müasir sofistikanın ocağında binə tutub – yalanı həqiqətə, həqiqəti yalana hörə-hörə, haramı halala, halalı harama qata-qata qəsrlər ucaldır;
 
kirrealizm: ədəbiyyatda kirli söhbətlərin şou-qalereyasıdır; ikinci iş yeri hamamdır – kisə çəkib çıxartdığı kiri estetikaya, zərif sənətlərə tətbiq edir;
 
tirrealizm: uzundraz adamların zürafə həyatına hündürdən baxır, ədəbiyyata Salvador Dalini taxır;
 
birrealizm: sənətdə bir yoldan başqa heç nəyi qəbul etmir; ədəbiyyatda dinastiya və monarxiyanın qalasıdır, Kim Çen İrin, Qəddafinin, Bəşər Əsədin birgə balasıdır: qalanı qalanları üçün yox, özü üçün tikir;
 
sirrealizm: “tamamilə məxfi” tezisi ilə işləyir, dünyanın bütün sirlərini açıb-örtür;
 
hırrealizm: mövcudluğumuzun əsas ədəbi cərəyanıdır, milləti gecə-gündüz güldürüb-əyləndirməklə, dingildədib-oynatmaqla məşğuldur; Baxtinin “gülüş mədəniyyəti” konsepsiyasını ciddi saymır, nəzəri və praktiki səviyyədə qəbul etmir;
 
şırrealizm: hərcayılığın bolluğu, yolsuzluğun vakxanaliyasıdır, bir yerdə qalmır, axıb gedir, arada gəlib qəlbə də dürtülür, Apollon və Dionisdən güc alır;
 
qırrealizm: köhnə Bakının nostalgiyası ilə yaşayır, evlərin damlarına qır yaxanlar onun personajları, persona qratasıdır; göylə gedənlər məhz burada hərdən qıra batıb mıxlanırlar;
 
cırrealizm: özü cırlaşan, iddiaları yekələn ədəbi nəslin platformasıdır; körükləmək sənətində mahirdir;
 
pırrealizm: ədəbiyyatın balacalarını sərçələrin, irilərini leyləklərin ayağına bağlayıb göylərdə uçurur, yerə düşənləri ayətullahların və papaların duası altında kəmali-ədəblə dəfn edib çırtıq çalır;
 
zırrealizm: zırrama həyat tərzindən rasional dəyərlər, obrazlar darayır;
 
xırrealizm: bütün boş xırları bərkidib, saz təyyarələrlə qaz kimi kontinentdən kontinentə uçur;
 
tərrealizm: hələ təzə “bismillah” eləyənlərin qartımış fəlsəfəsidir;
 
hərrealizm: hər şeydən yazır, yazılmalı şeylərdən başqa;
 
nərrealizm: ədəbiyyatın klassik, korifey və patriarxlarının dəvə bioqrafiyasını əjdaha bioqrafiyasına çevirib karikaturalaşdırır;
 
zərrealizm: “hər kəlmə qızıldır” təriqəti ilə gedib, mədhiyyədən altun yolur;
 
şərrealizm: erkəklə dişinin, tənqidlə ədəbiyyatın arasını vurub dolanır;
 
xərrealizm: eşşək zəhmətkeşliyini homosivilizasiyaya örnək sayır, eşşək hüquqlarını əvvəl qatır, sonra at hüquqlarına çatdırmaq məqsədlərini sürüyür; and yeri – uzunqulağın kirpikləri;
 
varrealizm: yoxsulluq fəlsəfəsinə “yox!” deyir, gizli milyarderlərin aşkar zənginliyini, kitabla qan düşmənçiliyini tərənnüm edir, varlı adamların intim şəkillərini baha qiymətə satır;
 
karrealizm: dünyadan gələn “ayıl, oyan, gözlərini aç!” səslərinə qafasını bağlayıb, öz bildiklərini bariton səslə dünyanın qulağına püykürür;
 
tarrealizm: günün günorta çağı altdan yuxarı banlayaraq, tar üstündəki qart-mühafizəkar xoruzlara meydan oxuyan beçələrin platformasıdır;
 
qarrealizm: zifaf gecəsindəki bakirəlikdən çırpıntılarla vidalaşma yaşantılarını poetik qar saflığı ilə bir neçə dəfə tikdirib ərə getmiş ləçərlərin tale linzasına həkk edir;
 
zarrealizm: Xəstə Qasımı postmodernizə edir, Molla Pənah Vaqif və Molla Cümə erotikasını Avropanın sinəsinə dağ kimi çəkir, homoseksuallarla lezbianlar arasında spiritual intertekstuallıq axtarır;
 
xarrealizm: yeraltı sərvətlərimizin ən üst qatındakı turpun və öz milli potensialını hələ gizli saxlayan xar qarpızın bizi böhran çağlarında xar etməyəcəyini bəyan edir; min illər hücrəsinə çəkilmiş xarizmatik zahidləri pop-musiqi, rep altında küçələrə çıxarıb bohema-zahidələrin qarşısında reverans etdirir;
 
narrealizm:  bu – sırf milli realizmdir, nar kimi şirəli, şipşirin, turş, mələs... 

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

Prezident “Tibbi sığorta haqqında” qanunda dəyişikliyi təsdiqləyib

bitmap-img3

Rakurs

Lənkəranlı sahibkarlar prezidentdən kömək istədi

bitmap-img3

Seçmələr

“Çox ciddi islahatlar aparacağıq…” – Prezident andiçmə mərasimdə mühüm mesajlar verdi

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru